Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə29/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   25   26   27   28   29   30   31   32   ...   100

Milli Kitabxana  

 

 



 

121 


 

unudub. Əslində xeyli müddətdə qız boynunda təzə, tanış bir ip 

ağırlığının olmadığını duydu. Amma qətiyyən başa düşmədi ki, 

bu, məhz kisənin sapının ağırlığıdır. Yalnız axşam yatanda kisə 

yadına düşdü. 

Atası qonşu otaqda ağcaqanad vızıltısına oxşar ağlamaq 

səsini eşidəndə  əvvəl bir şey başa düşmədi. Sonra bu nazik 

ağcaqanad vızıltısı  həqiqi ağlamağa çevriləndə  işin nə yerdə 

olduğunu anladı. 

Belə hallarda evdə necə söhbətlər olduğunu yəqin 

bilirsən. Ata sabah dünyanın ən gözəl pul kisəsini alacağmı vəd 

edir, uşaq isə bir az da bərk hönkürüb, məhz həmin pul kisəsini 

istəyir.  İstəyirəm pul kisəsinin  yanına qayıdaq görək onun 

başına nələr gəldi. 

Mən sizə dedim ki, Tanya geyinib  çimərlikdən gedəndə 

kisə elə bildi ki, qız onunla zarafat edir. Amma qız sarı 

saçlarını yelləyə-yelləyə uzaqlaşanda başa düşdü ki, məsələ 

ciddidir. Kisə  nə  qədər qışqırdısa qız eşitmədi. Bir azdan 

çimərlikdən əl-ayaq çəkildi. Hardansa balaca bir it gəlib çıxdı. 

O, daşların arasını imsiləyib nəsə axtarırdı. Kisə ona salam 

verdi. Amma küçük heç elə bil pul kisəsinin dediyini başa 

düşmədi. Ya da bəlkə onun salamını  eşitmədi. Sadəcə olaraq 

yaxın gəlib onu imsilədi və uzaqlaşdı. 

Sonra çimərliyi yığışdıran qarı  gəlib çıxdı. Daşların 

arasına atılıb qalan kağızları yığışdırdı. Amma kisəyə əlini də 

vurmadı. Görünür "Ördək balası" ağ daşa oxşadığı üçün qarı 

onu daşlardan seçə bilmədi. 

Səhərin lap tezdənindən Tanya gəldi. Atası ilə daşların 

arasını axtarmağa başladı. Pul kisəsi yenə  də  qışqırmağa 

başladı. Bu dəfə o lap bərkdən qışqırdı. Belə bir səslə o heç 

zaman qışqırmamışdı. Təkcə bir dəfə, yadındadırmı, səhər 

tezdən Tanya kisənin içində üçlük oluğunu görəndə "Nənə, 

nənə, ay nənə" deyib həyəcanla qışqırmışdı. Doğrudur, onda 

Tanyanın səsi o qədər hündür idi ki, pul kisəsinin səsini 




 

Milli Kitabxana  

 

 



 

122


eşitmədi. Amma bax, onda pul kisəsi elə indiki kimi həyəcanla 

qışqırmışdı. O vaxt kisə  qışqırıb deyirdi ki, Tanya nənəsinin 

bic-bic gülümsünən gözlərinə baxsın. Bu gözlərdə çox sirr var. 

Amma Tanya onu eşitməmişdi və  nənəsinin gözlərində 

gizlənən həmin o sirr eləcə  də açılmamış qalmışdı.  İndi isə 

daha o sirr haqqında sənə danışmağa elə bir ehtiyac yoxdur, 

əziz oxucu, özün fikirləş. Gör tapa bilərsənmi?! Tapmasan 

hekayəni bir də oxu. 

Hə, pul kisəsi həmin həyəcanla bir də  qışqırdı. Və 

yalnız bu zaman Tanya onu gördü. Ağ daşların arasında 

bürüşüb yatan balaca "Ördək balası"nı bağrına basdı. Göy 

üçlük necə qatlanmışdısa eləcə də dururdu. Sabah bu üçlüyə on 

beş dondurma alınacaqdı. 

 

 




Milli Kitabxana  

 

 



 

123 


 

 

 



 

 

 



AYTƏN VƏ NAZİM 

 

ranın suyu çoxdan kəsilmişdi. Ona görə  də 



burnunu aşağı sallayıb, dərin fıkrə getmişdi: 

"Necə gözəl günlər var idi. Mənim burnumdan 

gümüşü su damcılayanda uşaqlar yanımdan 

uzaqlaşmırdılar. Bax, o bantı  ağ, kəpənəyə oxşayan qızı 

görürsünüz? Hə, ilk dəfə onunla tanış olmuşam. Balaca 

vedrəsini burnumun qabağına qoyub dedi: 



Zəhmət olmasa bir az mənə su verin. 

Belə nəzakətli bir müraciətin qabağında mən ona adi su 

verə bilərdimmi? Bu ancaq səfehlik olardı.  —  Mən onun 

vedrəsini ağzına kimi bulaq suyu ilə doldurdum. 

Bir azdan bax, o əlində quşatan gəzdirən oğlan gəldi. 

Vedrəni qabağına qoyub quşlara daş atmağa başladı. Sonra 

mənə tərəf çevrilib dedi: 

Əşşi, sən də tez ol də.                         

Mən bərk hirsləndim. Sizə deyim ki, indiyəcən belə 

bərk hirslənməmişdim. Bir az öskürüb fınxırdım. Nəfəsimi 

içəri çəkib necə hirslə püflədimsə  oğlan kənara sıçradı, onun 

vurmağa hazırlaşdığı sərçə uçub getdi. 

—Bura bax,  deyə  oğlan üstümə  qışqırdı.  Başa düş-

mürəm sən kransan, yoxsa parovoz. Bir az yavaş  də. Quşları 

qorxudub uçurtma. 

—Lap yaxşı oldu — deyə  mən arxayın fısıldadım və 

onun vedrəsinə lilli, bulanıq su tökdüm. Bəs necə?! Ondan 

quşların intiqamını almalıydım, ya yox?!  

Oğlan deyinə-deyinə getdi. 




 

Milli Kitabxana  

 

 



 

124


Bir azdan bantı kəpənəyə oxşayan həmin qız yenə gəlib 

çıxdı. O, zərif, qəşəng əlləri ilə başımı sığallayıb dedı: 

—Sən  dünyanın  ən  ağıllı  kranısan. Vedrəmə doldur-

duğun  əsl bulaq suyu idi. Zəhmət olmasa yenə  də belə bir 

yaxşılıq elə. 

Bu dəfə onun vedrəsinə xalis gülab doldurdum. Qızıl 

güldən çəkilmiş bu suyun ətri adamı lap uzaqdan vururdu. Qız 

küçəylə gedəndə bir görəydiniz. Adamlar dayanıb bu ətirli suya 

baxır və onun hansı krandan doldurulduğu ilə maraqlanırdılar. 

Amma birdən lap səfeh bir iş oldu. Qızın vedrəsindəki 

gülabın ətrini duyan bal arıları bircə anda onu dövrəyə aldılar. 

Onlar bu gözəl suyun dadına baxmaq üçün vurnuxur, özlərini 

vedrənin içinə soxurdular. Qız isə heç elə bil bu iynəli 

acgözləri görmürdü. Vedrəsi ayaqlarına dolaşa-dolaşa gedirdi. 

Qız gözdən itməmişdi ki, bayaqkı  oğlan gəlib çıxdı. 

Deyəsən apardığı suyu bəyənməmişdilər. 

—O nə su idi mənə verdin, — deyə oğlan qışqırdı.  — 

Elə bil gölməçədən doldurmuşdun. Ağacların dibinə

tökməkdən başqa əlacımız qalmadı. Amma Aytənin vedrəsinə 

bulaq suyu doldurursan. 

Mən həmin o qızın adının Aytən olduğunu indi bildim. 

Gözəl adı varmış. Oğlan isə vedrəsini qabağıma qoyub 

quşatanı tuşladı. Mən fısıldamağa macal tapmamış nişan alıb 

atdı. Elə o saat da sərçə budağından qırılmış yarpaq kimi 

torpağa düşdü. Daş onun qanadını yaralamışdı. Oğlan yüyürüb 

sərçəni tutdu və suya gəldiyini tamam yadından çıxarıb 

oynamağa başladı. Mən bundan istifadə edib onun vedrəsini 

demək olar ki, palçıqla doldurdum. O qədər palçıq tökmüşdüm 

ki, boğazımı xeyli təmizləməli oldum. Oğlan isə heç vedrəsinə 

baxmadı. Götürüb getdi. 

Arılar çoxalmışdı, Aytən yeriyə bilmirdi. Buna görə də 

küçənin başında vedrəsini yerə qoyub gözləyirdi ki, görsün bu 

işlərin axırı necə olacaq. Oğlan da palçıqla dolu vedrəsini 

götürüb sərçəsinə baxa-baxa onun yanına çatdı. Aytən dedi: 




Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə