Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə26/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   22   23   24   25   26   27   28   29   ...   100

 

Milli Kitabxana  

 

 



 

108


—Mərci sən udmusan, götür dovşanlarını da buradan 

rədd ol! 

Vaqqulu dedi: 

—Özün rədd ol! 

Şaqqulu dedi: 

—Sən rədd ol!  Onlar bir-birinin saçından tutub 

dalaşmağa başladılar. Tülkü dovşanları götürüb dedi: 

—Eybi yoxdur, dovşanları götürüb mən rədd olaram. 

Səfehlər bir-birinin saçından buraxıb oturdular.  

Tülkü uzaqdan baxıb gördü ki, onlar dostcasına 

qucaqlaşıb gülüşürlər. Tülkü dedi:  

—Belə ovunuz olanda çağırın, sizin zəhmətinizi 

çəkmək mənim boynuma. 

Səfehlər evlərinə gülə-gülə qayıtdılar.  

 

 

 




Milli Kitabxana  

 

 



 

109 


 

 

 



 

 

 



BAŞQA PLANETƏ UÇAN ÇƏYİRTGƏ 

 

əsələ burasındadır ki, sən bəlkə bu, əhvalata inan-



mayacaqsan. Çünki hər şey gözlənilmədən oldu.  

Yerdən sıçrayıb doqquzuncu mərtəbənin eyvan-

larına qalxanda çəyirtgənin qətiyyən ağlına 

gəlməzdi ki, belə bir əhvalat baş verəcək. Bəli, elə ki, 

doqquzuncu mərtəbədəki mavi eyvana çatdı, bu əhvalat da 

həmin anda baş verdi.  

Eyvanda qurumaq üçün asılan döşəkağını külək vurub 

qopardı. Döşəkağı elə o saat havada süzdü və düz çəyirtgənin 

qabağından keçdi. Əslində çəyirtgə özünə gəlincə bir də gördü 

ki, döşəkağının üstündədir. O əvvəl az qaldı  yıxılsın. Sonra 

döşəkağıdan bərk-bərk yapışdı. 

Döşəkağı isə yığılıb düzəldi və qabağa şığıdı. 

Çəyirtgə özünə  gələndən sonra döşəkağının düz 

ortasında dayanıb qabağa baxdı.  



Görəsən hara uçuruq belə? — deyə o özündən 

soruşdu. Tez də öz sualına özü cavab verdi. 

—Hər halda səfərimiz o qədər də yaxın olmamalıdır. 

Hələ az qalıram deyəm ki, mən başqa planetə uçuram. 

Bu zaman hardansa bir dəstə  sərçə  çıxdı. Sərçələri 

görəndə  çəyirtgənin dizləri necə  əsdisə az qaldı döşəkağını 

buraxsın.  Əgər döşəkağını bircə anlığa buraxsaydı, külək kim 

bilir onu haralara atacaqdı. Amma özünü bərk saxladı. 

Sərçələrə çatanda düz qabağa baxıb, özünü dərin fıkrə gedən 

kimi göstərdi: 




 

Milli Kitabxana  

 

 



 

110


Bura bax, qardaş, səfərin çox uzaqdı? — deyə 

sərçələrdən biri xəbər aldı.  

—Hm! — deyə  çəyirtgə bu boşboğazlarla ağız-ağıza 

verməyi öz şəninə sığışdırmadı. 

—Hara gedirsən belə? — bayaqkı sərçə əl çəkmədi. 

—Qoymazsınız bir dərindən fıkirləşək? Axı  mən bu 

saat çox mühüm bir məsələ haqqında düşünürəm. 

Sərçələr bir-birinin üzünə baxıb çəyirtgənin nə barədə 

düşündüyü ilə maraqlandılar. Çəyirtgə başını dik tutub 

gözlərini belə qırpmadan qabağa baxırdı. 

—Bəlkə  sən təyyarələrə çatmaq haqqında düşünürsən? 

— deyə bayaqkı sərçə əl çəkmədi.  

—Doğrusu belə bir fikrim var, — deyə Çəyirtgə özünü 

lap dartdı.         

Birdən qəfil bir boğanaq döşəkağını buluda qədər 

qaldırdı. Bu elə sürətlə oldu ki, bayaqkı sərçə çəyirtgəyə bir söz 

belə deyə bilmədi. Döşəkağı havaya qalxanda sərçələrin hamısı 

başa düşdü ki, Çəyirtgə doğru deyirmiş. Quşlar lap nahaq yerə 

onu lağa qoymaq istəyiblər. Döşəkağı havaya belə sürətlə 

qalxanda çəyirtgənin ürəyi düşdü. Amma özünü bərk saxladı, 

dərindən nəfəs alıb aşağı baxdı. Onların uçmağa başladıqları 

doqquzmərtəbəli ev görünmürdü. Döşəkağı isə getdikcə yuxarı 

qalxırdı. 

—Gəlsənə lap kosmosa uçasan hə? — deyə  Çəyirtgə 

dilləndi. Ağıllı fikirdir! 

Doğrudan da ağıllı  fıkir idi. Lakin birdən qəfıl bir 

gurultu qopdu. Bu elə gurultu idi ki, dağlar lərzəyə gəlirdi. 

Yazıq Çəyirtgənin dizləri yenə  də  əsməyə başladı. 

Birdən başının üstündən eynilə özünə oxşayan nəhəng bir 

maşın gördü. Bu vertolyot idi. Vertolyot onların başının 

üsıündən uçub harasa gedirdi.                                

Aşağıda yaşıl meşələr görünürdü. Nazik çay meşənin 

ortasından burula-burula axıb gedirdi. Birdən döşəkağı havada 

ləngərləndi və yavaş-yavaş düşməyə başladı. Hava 




Milli Kitabxana  

 

 



 

111 


 

sakitləşmişdi. Buna görə döşəkağı daha uça bilmədi. Bir neçə 

dəqiqədən sonra yaşıl meşənin ortasındakı talaya düşdü. 

Çəyirtgə atılıb göy otların üstünə qondu: 

—Səhv etmirəmsə, bura başqa planetdi. Əlbəttə  səhv 

etmirəm! 

Birdən böyürdən yenə  də bayaqkı  sərçə  dəstəsi çıxdı. 

Çəyirtgəni sorğu-suala tutan sərçə döşəkağını yerdə görüb 

Çəyirtgəni axtarmağa başladı. Çəyirtgə  də tez otların arasında 

gizləndi ki, sərçələr onu görməsinlər.  

—Mən and içirəm ki, — deyə bayaqkı sərçə cikkildədi, 

—qəza baş verib və Çəyirtgə həlak olub.  

—Əlbəttə həlak olub! — deyə o birilər dilləndi. —Çox 

ağıllı Çəyirtgə idi.  

—Mən deyərdim ki, ağıl dəryası idi, — əvvəlki sərçə 

dilləndi. Onlar qəzaya düşüb həlak olan çəyirtgənin xatirəsinə 

doyunca ağladılar və uçub getdilər. Çəyirtgə isə onu 

tapmadıqları üçün sevinirdi. Axı tapsaydılar kim bilir onların 

hansı çəyirtgəni bircə udumda məhv edəcəkdi. 

 

 




 

Milli Kitabxana  

 

 



 

112


 

 

 

 

 

ÇİYƏLƏKLƏRİN ÇƏHRAYI NAĞILI 

 

iyələklər salxımlanmışdı. Gözdə qulaqdaydılar ki, 



görsünlər bostana kim gələcək. Elə bu zaman ağ 

bantları bir cüt kəpənəyə oxşayan qəşəng bir qız 

gəlib çıxdı. Qoz boyda bir çiyələk dedi: 

—Qəşəng qız, məni dərib yeyə bilərsən. Bal kimi şirin

qaymaq kimi ləzzətliyəm. 

Qız çiyələyin səsini eşitməyib onun yanından keçdi. 

Çiyələk hirsindən daha da qızardı. Balaca bir çiyələk qıza baş 

əydi:  


—Dünyada məndən ləzzətlisini tapa bilməzsən. Bax, 

üstümdəki xalları görürsənmi? Xalis mirvari dənələrinə 

oxşayır. Hələ burnumu demirsən. Qızılı-çəhrayı burnumun 

dadını heç yerdə görməzsən. Qız elə bil bu sözləri eşitmədi. 

Çiyələkliyin lap ortasına kimi getdi. Birdən bapbalaca bir 

çiyələk gördü.  

Sərçə gözünə oxşayan balaca çiyələk qığılcım kimi 

parıldayırdı. Qız əyilib onu sığalladı. Çiyələk dedi: 

—İstəyirsən sənə bir çəhrayı nağıl danışım. 

—Çəhrayı nağıl? Ömrümdə belə nağıl eşitməmişəm.  

Məgər nağılın da rəngi olar?                           

—Əlbəttə olar. Bax, əgər sən alça bağına girmiş olsan 

yaşıl nağıl dinləyə bilərsən. 

Bəs gilasların nağılı nə rəng olur? 

O baxır gilasın rənginə.  Əgər tünd qırmızı gilas 

bağına girmisənsə deməli məxməri nağıla qulaq asacaqsan. 

Əgər sarı gilas bağına girmisənsə... 

Aydındır, — deyə qız onun sözünü kəsdi.  



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə