Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə79/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   75   76   77   78   79   80   81   82   ...   100

Milli Kitabxana  

 

 



 

321 


 

atəş açdılar.  Əlbəttə  sərçənin heç tükü də —yerə düşmürdü. 

Amma ölkənin adamları irəli çıxmış yoğun    qarınlarını tutub 

bir gülürdülər ki, gəl görəsən.    

Hə, padşahın qarnının partladığı gün elə bildilər ki, təzə 

silah sınaqdan keçirilir. Hər kəs ürəyində özünü danladı ki, 

niyə belə gözəl tədbirdən vaxtında xəbər tutmayıb. Axı belə 

günlər lap həqiqi bayrama çevrilirdi. Təzə silah böyük bir 

ərazini yandırır, bu adamlar isə  uğunub gedirdilər. O qədər 

gülürdülər ki, bir də baxırdılar qarınları xeyli əriyib. Belə 

biabırçılığa isə dözmək olmazdı. Adamlar yenidən yeməyə 

cumurdular. Kimi  qoyunun budunu gəmirir, kimi də boş 

qazanı başına çəkirdi. Bu gün hamı ürəyində deyinə-deyinə səs 

gələn tərəfə qaçdı. Bir də baxdılar ki, silah-zad nədi, padşahın 

qarnı iki partlayıb. Belə vaxtlarda hər yerdə olduğu kimi 

burada da çox şeylə maraqlanan adamlar tapıldı. Bu adamlar 

tez padşahın qarnına baxdılar ki, görsünlər onun içində nə var, 

nə yox. 


Bu adamlar sayıb gördülər ki; padşahın qarnında iyirmi 

iki çolpa, üç yüz otuz bir yumurta, altı kilo qoyun ətinin 

kababı, üç kilo kartof kababı, on litr çaxır var. Padşah araq 

içmirdi. Çünki onun fıkrincə araq adamı kökəltmir.  Əgər 

kökəlmək istəyirsənsə çaxır iç. 

Hamı    fəxrlə padşahın partlayan qarnına baxırdı. 

Əlbəttə belə bir padşahla fəxr etməyinə dəyərdi. Döşünə döyən 

ən böyük padşah da heç onun yarısı qədər yeyə bilməzdi.  

Adamlar padşahlarınm belə  şərəfli ölümünü görüb ona 

heykəl qoymağı  qərara aldılar. Ancaq bu məsələ xeyli 

mübahisəyə  səbəb oldu. Heykəllərin ayaqlarının altındakı 

hissəyə podstament deyirlər, axı. Hə, bax həmin podstamentin 

üstündə bərk hay-küy düşdü. Heykəltaraş belə bir fıkir söylədi 

ki, mərhum padşaha hansı yeməyi çox sevirdisə ona uyğun da 

podstament düzəltmək lazımdır. Bax, mübahisə buradan 

başladı. Biri dedi ki, şahımız balıq kababını dünyada ən çox 




 

Milli Kitabxana  

 

 



 

322


sevirdi. Biri quş  ətini, bir başqası südlüsıyığı ortalığa atdı. 

Lakin hamı axırda belə qərara gəldi ki, şahın ən çox sevdiyi şey 

şərab imiş. Buna görə  də onun  ayaqlarınm  altında  çaxır  

çəlləyinin fıqurunu düzəltdilər. Heykəl gözəl çıxmışdı. Padşah 

iri qarnını irəli verib gözünü uzaqlara zilləmişdi. Bu, 

heykəltaraş dilində o demək idi ki, padşah uzaqgörən adam 

imiş. 

Heykəl quraşdırılıb qurtarandan sonra adamlar özlərini 



ona oxşatmağa çalışdılar. Hamı istəyirdi onun haqqında 

desinlər ki, yaman uzaqgörən adamdı. Amma bu iş çox böyük 

çətinlik törədirdi, çünki belə qarınlarla  şax dayanıb uzaqlara 

baxmaq olmurdu. Belə adamlar ancaq gərək yeriyəndə 

ulduzlara baxaydılar. Buna görə  də, tezliklə padşahın heykəli 

unuduldu və adamlar özlərinə  təzə padşah seçmək haqqında 

düşündülər.      

Amma heç kəsin ağlına gəlməyən bir iş oldu. Az yeyib 

çox düşünənlərin biri necə oldusa gəlib bu ölkənin padşahı 

seçildi. Seçildi deyəndə ki, seçilmədi, elə özü gecələrin birində  

keçib  oturdu  padşahın  stolunda  və    başladı  fərmanlar 

verməyə. 

Lap tezliklə köhnə padşahın  əmrlərindən  əsər-əlamət 

qalmadı. Təzə padşah fərman verdi ki, hamı işləməlidir.  

İşləməyənə yemək verilməyəcək. Yeyimcillər ölkəsinin 

adamları əvvəl bir şey başa düşmədilər: 

—Məgər biz işləmirik, bəs nə edirik?! Səhərdən axşama 

kimi ağzımız işləyir. Hələ qaşıq və  çəngəl tutan  əllərimizi 

demirik.  

Bilirsən, — deyə onlardan bir başqası dilləndi. —Bizim 

padşah demək istəyir ki, balaca adamlar kimi axşamadək 

tarlalarda günün altında yanmalıyıq. Ağılsızlıqdır!     

—Mən buna ağılsızlıq yox, ədalətsizlik deyirəm. 

Əlbəttə, doğrudan da ədalətsizlik idi. Axı bu adamların 

yeməkdən başqa  əllərindən bir iş  gəlmirdi. Amma balacaboy 



Milli Kitabxana  

 

 



 

323 


 

padşah  sözünün üstündə    bərk dayandı  və bir də baxıb 

gördülər ki, adamların qarnı yavaş—yavaş əriməyə başlayır. 

—Başa düşdüm. Padşahımız bizi öz gününə salmaq 

istəyir, — deyə  həmişə  şahın verdiyi fərmanların  əleyhinə 

danışan adam yoldaşının qulağına pıçıldadı. Onu da deyim ki, 

köhnə padşahdan sonra ölkənin  ən bədheybət adamı o idi. 

Çəkisi də beş yüz kilonu çoxdan keçmişdi.  Əslində köhnə 

padşahın vaxtında bir az ehtiyatla yeyirdi ki, onu ötüb 

keçməsin. Amma indi daha heç kəsdən qorxusu yox idi. Balaca 

padşahın gözündən yayınıb özünü verirdi gizli bir yerə  və 

gündə yalan olmasın bir dananı ötürürdü içəri. 

Bir məsələ  də var ki, bu adamın tərəfdarları da az 

deyildi. Onlar gizlincə çoxyeyənin evinə  yığışır, onun 

yeməyinə tamaşa etməklə keçmiş günlərini yana-yana yad 

edirdilər. Əslində buna gizli təşkilat da demək olardı. Padşahın 

fərmanının  əleyhinə gedən belə  məclisə daha nə ad vermək 

olardı? Bir dəfə bu adam mərc gəldi ki, quzunu diri-diri uda 

bilər. Camaatın heyrətdən az qaldı gözləri pırtlayıb çıxsın Axı 

hələ ömründə belə bir qəhrəmanlıq göstərən olmamışdı. Hamı 

yığışdı. On kiloluq bir quzunu ortalığa gətirdilər. Bu adam 

əvvəl qollarını çirmələdi. Ağzını geniş açdı və quzunun başını 

ağzına soxdu. Quzunun qabaq ayaqları  və başı ortasına kimi 

onun ağzına getdi. Qabaq ayaqlar onun mədəsinə çatanda 

camaat gördü ki, yox, quzu kişinin boğazında qalıb. Nə o tərəfə 

gedir, nə də bu tərəfə. Əl-ayağa düşdülər. Nə qədər dartdılarsa, 

quzunu onun boğazından çıxara bilmədilər. Quzu yazıq kişinin 

boğazında qalıb onu öldürdü. Heyf bu adama. Qalsaydı  bəlkə 

də gələcəkdə padşah ola bilərdi. 

Deyirlər ki, balaca adam hələ  də o ölkədə padşahlıq 

еdir. 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə