Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə86/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
1   ...   82   83   84   85   86   87   88   89   ...   100

Milli Kitabxana  

 

 



 

345 


 

Qoca özündən asılı olmayaraq yumşalmışdı. Sanki, həm 

özünə, həm uşaqlara yazığı gəlirdi: 

—Оnun dərdi  оdur ki, nə  qədər  əlləşir uşaqları aldada 

bilmir. "Hətta deyərdim ki, sizə qibtə edir. Siz heç olmasa bir 

dəfə  uşaqları yaxşıca aldada bilirsiniz. Amma Saray Yalanı 

dünya ölkələrini bir-birinə vuruşdurduğu halda hələ ömründə 

bircə uşaq belə aldada bilməyib. 



 


 

Milli Kitabxana  

 

 



 

346


 

 

İTALYAN ŞLYAPASI 

 

 

llahqulu müəllim enli şlyapanın qırağını yuxarı 



qatlayıb güzgüyə baxırdı.  Еlə bil qalın  şüşənin 

arxasından özü yox, elə  həmin o komissar 

Kataninin özü boylanırdı. Xirtdəyinin qabağa 

çıxmasını  və armud saplağına oxşayan boynunu nəzərə 

almasaq Allahqulu müəllimin aləmində o, kоmissar Katani idi 

ki, durmuşdu. Ürəyində xəfif bir titrəyiş duydu və 25 il arxada 

qalmış  həmin o xəfiyyə olmaq arzusu eləbil bircə göz 

qırpımında peyda oldu. Hətta Allahqulu müəllimə elə gəldi ki, 

arzuları  həyata keçib, o, düz iyirmi beş ildir ki, «mülki 

paltarda» gəzən görkəmli bir xəfiyyədir. Bu ani hiss onu elə 

coşdurdu ki, «pirimerka» üçün başına keçirdiyi İtalyan 

şlyapasının qırağını bir qədər yuxarı qatlayıb boğazını arıtladı. 

Müəllim yoldaşları onu dövrəyə almışdılar, güzgüdən ona 

zillənən yeddi cüt gözü elə indicə gördü. Əvvəlcə Tofiq 

müəllimin ona zillənən qonur gözlərinin dərinliyində ani bir 

gülüş sezdi. Həmin o gülüşə bənzəyən nəydisə onun əks sədası 

Tofiq müəllimin qıyılmış kirpiklərinin səyriməyində  də hiss 

olunurdu. Allahqulu müəllimin belə  şeyləri o saat duyması 

özünə  ləzzət edirdi. Deməli onun «хəfiyyə» gözlərindən 

yayınmaq asan bir iş deyildi. «Görüm qəbul imtahanında mənə 

tarixdən iki yazan o müəllimin qələmi iki parça olsun. İndi mən 

də dünyanın görkəmli bir xəfiyyəsi idim. Amma iyirmi ildi 

uşaqlara «cıq», «cik» şəkilçilərini öyrətməkdən boğazım 

hinduşka boynu kimi uzanıb». Birdən ona elə  gəldi ki, Tofiq 

müəllim Allahqulunun özünü hind toyuğuna oxşatdığını başa 

düşdüyü üçün bir az da qımışdı. 

—Nəyə qımışırsan ə, qırışmal, yaraşmır? 



Milli Kitabxana  

 

 



 

347 


 

—Nə danışırsan — Tofiq müəllim İtalyan şlyapasının o 

biri ucunu qurdaladı, — hələ  sənin bu cür yaraşıqlı papağın 

olmayıb. 

—Allaha and olsun — deyə  rəsmxəttdən dərs deyən 

Məmməd müəllim irəli yeridi -mən dünyada bu gözəllikdə 

şlyapa görməmişəm. 

Rəsm müəllimin geyim barədəki zövqünə tam inanan 

Allahqulu onun da mavi gözlərinin dərinliyində  nə isə 

anlaşılmaz bir sirr gizləndiyini elə göydəcə tutdu. «Bu nəyə 

gülür görəsən?» Şlyapaya böyürdən baxmaq üçün çevriləndə o 

biri yoldaşlarının da nəsə mübhəm bir sirri ondan 

gizlətdiklərini duydu. «Bunlara nə olub, görəsən? Ölsəniz də 

yeddi manat bir abbasıdan keçib bu şlyapanı alacağam». 

Allahqulu müəllim orasını yaxşı başa düşmüşdü ki, həmin bu 

şlyapanı başına qoymaqdan ötəri o iyirmi beş ildir ki, yol gəlir. 

Güzgüdə özünü bir ayrı adama da oxşatdı. «Malbra» 

siqaretinin simvolu kimi şəkli vurulan o oğlanın da başındakı 

elə bu şlyapadan deyildimi?! Onda bu biveclər mənim nəyimə 

gülür, görəsən?! 

Portmanatını açıb qırmızı onluqların arasından bir göy 

beşlik və iki təklik tapdı. Bir abbasını pencəyinin yan cibindən 

piştaxtanın üstünə tulladı  və  şəstlə «Univermağ»ın çıxış 

qapısına doğru yollandı. 

—Mübarək, sağlığına qismət olsun. —Tofiq müəllim 

bu sözləri deyəndə gülməkdən özünü güclə saxladı. 

«Mübarək» sözünün biri bir qəpiyə  çıxdı. Yalan 

olmasın bu sözü müəllimlərin hərəsi on dəfə  təkrarladı. 

Allahqulu müəllim gözünü yumub açınca özünü yaşıl 

«Jiqulinin» arxa oturacağında gördü. O biri dörd nəfər arxadakı 

ağ «Volqa»ya mindilər. Maşınlar vıyıltı ilə rayon mərkəzindən 

Bərdəyə  tərəf üz tutdu. Hələ  də bir şey başa düşməyən 

Allahqulu müəllim rayondan çıxhaçıxda soruşdu: 

—Ə Tofiq, hara sürürsən belə? 




 

Milli Kitabxana  

 

 



 

348


—Necə  yəni hara? Belə bir şlyapanı yumasaq sabah 

Sədi müəllim bizi məktəbə qoymaz. Deyər hardan gəlibsiniz, 

ora da gedin. 

«Qocaman xəfiyyə» bayaqki bic gülüşlərin  əsil məna-

sını indi başa düşdü. Portmonatdakı  qırmızı onluqları 

görmüşdülər. Daha geriyə yol yox idi. Yalandan gülümsə-

məkdən başqa çarə qalmamışdı 

Allahqulu müəllimin yaddaşında bayaqkı bic gülüşlər-

dən əsər əlamət yох idi. İndi Quzunun qabırğasından çəkilmiş 

kabab gəldi. Qonşu stolda deyəsən kəllə paça yeyilmişdi. Quzu 

kəlləsi Allahqulu müəllimin üzünə  hırıldıyırdı. Kəllə o qədər 

güldü ki, dişləri ağara qaldı və axırda Allahqulu müəllim buna 

dözmədi. Ofisantın üstünə  qışqırdı ki, qonşu stolu niyə 

yığışdırmır. 

Maşınlar geri qayıdanda birdən-birə Allahqulu 

müəllimin keyfi durulmuşdu. Qırmızı onluqlardan on ikisi stola 

qurban getmişdi. Sanki xörək paylayanın əlində gülümsünən bu 

on iki qırmızı onluq özləri ilə birlikdə Allahqulu müəllimin 

dərdini-kədərini də aparmışdı. Onu dəli bir gülmək tutmuşdu. 

Maşından düşüb evlərinə  tərəf addımlayanda nəyi isə 

xatırlamağa başladı. Maşınlar ondan xeyli aralananda birdən 

onu bayaqkından da betər bir gülmək tutdu. Allahqulu müəllim 

maşınların dalınca qışqırdı: 

—Dayanın, dayanın deyirəm sizə.  

Amma onun səsini eşidən olmadı. Allahqulu müəllim 

yavaşca sanki ayaqqabılarına dedi: 

—Ay yaramazlar, şlyapa kababxanada qaldı. 

Amma daha gec idi. Allahqulu müəllim darvazalarına 

doğru yönəldi. 

İnsafla desək İtalyan şlyapası doğrudan da gözəl idi. 

 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə