_______________Milli Kitabxana___________________
274
Sоruşursunuz ki, hаnsı əsərləri yаzmаğа hа-
zırlаşırаm? Bоynumа аlırаm ki, bunu hələ ахırа
kimi təsəvvür еdə bilmirəm. Görünür səbəbi оndаn
ibаrətdir ki, mən оnu indiyəcən yаzmаmışаm. Istər-
dim еlə bir kitаb yаzım ki, «Cırtdаn» kimi uşаqlаrın
sеvimli kitаbınа çеvrilsin. Аrzu еdərdim ki, mənim
qəhrəmаnlаrım хаlqın istəklərini, ən müqəddəs
əməllərini özündə birləşdirə bilsin.
Bu yахınlаrdа «Çırаq nənənin nаğıllаrı»
pоvеstini bitirmişəm. О biri pоvеstlərimdən fərqli
оlаrаq burаdа hаdisələr yumоristik plаndа təsvir
оlunur. Hаrdа ki, ciddi fikirlər söyləməyə çаlış-
mışаm, оndа yumоru köməyə çаğırmışаm.
Mən hələ təzəcə dərk еtməyə bаşlаyırаm ki,
yumоr uşаqlаrın qəlbinə çох güclü təsir еdə bilər.
Bir gün bеlə bir əhvаlаt оldu. Uşаq bаğçаsın-
dа bеş yаşlаrındа bir qızcığаz mənə bir rəsm
göstərib dеdi:
- Bахın, bunu mən özüm çəkmişəm.
Qəşəngdir?
Əlbəttə qəşəng idi. Lаkin inаnа bilmirdim ki,
bаlаcа bir qızcığаz bеlə rəsm çəkə bilsin. Оnа görə
хаhiş еtdim ki, kаğız və kаrаndаş gətirsinlər.
- Bir də çək görüm!- dеdim.
Qız bахışlаrı ilə məni süzüb dеdi:
- Əmi, mən bеlə rəsmləri yаlnız bir dəfə çəkirəm.
Mən bеlə аğıllı, müdrik, qаbiliyyətli uşаqlа-
rın içərisində öz gələcək qəhrəmаnlаrımı görürəm.
«Dеtskаyа litеrаturа» ъurnаlı,
1982, № 4, s. 38-40.
_______________Milli Kitabxana___________________
275
II
“AZƏRBAYCAN” JURNALININ
SORĞUSUNA CAVAB
Son illər Ziya Bünyadovun, Mahmud Isma-
yılovun, Fəridə Məmmədovanın, Yusif Yusifovun,
Oqtay Əfəndiyevin və bir sıra cavan alimlərin qə-
dim və orta əsrlər tariximiz haqqında qiymətli
əsərləri yazılıb. Bu qədər elmi potensial ola, amma
orta və ali məktəblər üçün mükəmməl bir “Azər-
baycan tarixi” dərsliyi olmaya...
Mənə elə gəlir ki, həm əsrimizin, həm də
millətimizin formalaşması tarixi alimlərimizə gün
kimi aydındır. Onların əsərlərindən görünür ki,
azərbaycanlılar min ildir ki, bu torpaqda məskun-
laşıb, indiki dildə danışıblar.
Alban dövləti ərazisində yaşayan insan qrup-
larının xeyli hissəsi oturaq türk tayfaları idi. Azər-
baycanlıların bir millət kimi formalaşmasında ta
qədim çağlardan ərazimizdə məskunlaşmış həmin
tayfalar bünövrə rolunu oynamışdır. Çox-çox sonra
köçəri türk tayfaları da gəlib yerli əhali ilə qaynayıb
qarışmışdır.
Azərbaycan xaqı bir millət kimi formalaşma
prosesində təkcə xarici işğalçılarla, qarətçilərlə
_______________Milli Kitabxana___________________
276
yanaşı, özləri-özləri ilə də mübarizə aparmışlar.
Özləri-özləri ilə apardıqları mübarizələrin (tayfa
tayfa ilə, xanlıq xanlıqla və s.) izləri bu gün də
yaşamaqdadır. Ulu babalarımızdan bizə “miras”
qalan bu cəhət indi də təsirini saxlayır, bəlkə elə bu
səbəbdən xırda hisslər, vəzifə intiraqaları, yalançı
şöhrət və paxıllıq duyğuları bizə mükəmməl tarixi-
mizi yaratmağa imkan vermir.
Elmi qüvvələri birləşdirib xalqın həqiqi tari-
xini ortaya çıxartmaq ilk növbədə böyük vətən-
daşlıq duyğusu, partiya, vətən, xalq qarşısında vəzi-
fə borcu olmalıdır.
Abidə keçmişin bu günə düşən işığıdı, bizdən
də sabahkı nəslə qalacaq, tarixin qaranlıq qatlarının
üstünə şölə salacaq. Tarixi abidəyə hörmət xalqın
özünüdərki ilə bağlıdır, bu münasibət mədə-
niyyət ölçüsüdü, vətəndaşlıq borcudu, üstəlik in-
saf meyarıdır. Bu işə münasibətə görə şəhər və
rayonlarımıza rəhbərlik edən adamların mədəni
səviyyəsini, vətəndaşlıq duyğusunu asanca
müəyyənləşdirmək olar.
Ağdamda tarixi abidələrə xüsusi qayğı gör-
düm. Xalqın “Imarət” adlandırdığı ərazidə Qarabağ
xanlığının tarixi ilə bağlı şəxsiyyətlərin qəbirləri
qorunur. Şəhərdə açılan “Çörək muzeyi” də elə bu
müqəddəs nemətə bir abidə təsiri bağışlayır.
Heyif ki, Seyidli kəndində S. S. Axundovun
heykəli belə qayğıdan məhrumdur. Heykəlin baş
hissəsi arxa tərəfdən qırılıb, oyuq yaranıb və gözəl
_______________Milli Kitabxana___________________
277
uşaq yazımızın başı... quş yuvasına çevrilib. Hey-
kəlin sağında və solunda gözəl evlər tikilib. Həmin
mülklərdə rayonun vəzifəli adamlarından yaşa-
yanlar da var, amma onların nəinki evlərinin, heç
hasarlarının bir kərpici belə düşməyib, düşübsə də,
tez təmir etdiriblər.
Məscid də abidədir. Yadımdadır ki, Şuşada
məscidi tarix muzeyinə çevirmək üçün təmir
edəndə camaat necə sevinirdi. Oranın muzey
olacağına yox, məscidin təmir olacağına
şadlanırdılar. Çünki bu əzəmətli bina babalarından
şuşalılara qalan bir yadigardır. Onu tarix muzeyi
eləmək qərarı kim ortalığa atdısa bilmirəm, orasını
bilirəm ki, Şuşa məscidindən bir neçə yüz metr
hündürdə erməni kilsəsi var və o təmir olunur,
gündən-günə gözəlləşir. Yaxşı ki, heç kəs onu tarix
muzeyinə çevirmək fikrinə düşmür.
Anarın “Dədə Qorqud dünyası” məqaləsinə
kimi elə bilirdim, daha bu abidəni hərtərəfli
öyrənmişik. Indi görürəm yox, tariximizin çox sirri
bu dastandadır. Biz gərək xalqımızın tarixinə dair
başqa mənbələrdən götürdüyümüz fikir və mü-
lahizələri həmin müqəddəs kitabın işığına tutaq,
onları saf-çürük edək, sonra tarixi fakt kimi qiy-
mətləndirək.
Hər dastanda bir tarix yatır. Heyf ki, yaxşı
folklorumuz azdır və həmin dastanlar hələ də tam
araşdırılmayıb. M. H. Təhmasibin yeri hər addımda
Dostları ilə paylaş: |