Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə114/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   110   111   112   113   114   115   116   117   ...   124

~ 408 ~

AYDIN TAĞIYEV 

 

Abduləhəd Tağıyev özünə bir çox yazıçı  və  şairlərimiz 



kimi  əsl adı  əvəzinə “Aydın “təxəllüsünü seçəndə  təsəvvü-

rünə  gətirə bilməzdi ki, axıcı, asan və ahəngdar formada 

səslənən bu ad ona yüksək uğur gətirəcək, yaradıcılıq 

yollarını açıq, aydın və  işıqlı edəcəkdir. Aydın müəllim öz 

səbri, ağılı, bilik və bacarığı, eləcə  də, yaradıcılıq talantı  və 

gözəl xarakteri ilə rayonda nüfuz sahibinə çevrilib. 

Eramızdan  əvvəl yaşamış (460-370) yunan filosofu Demo-

kritin belə bir kəlamı var: “Xarakteri yaxşı olan adamın 

həyatı da qaydasında olur “. 

Bəli, illər ötdükcə  çətin yaradıcılıq yollarında addım-

addım bərkiyən və mətinləşən Aydın müəllim bu gün nəinki 

rayonumuzun, habelə respublikamızın  ən dəyərli söz, qələm 

sahiblərindəndir. 

Aydın Tağıyevlə  mənim ilk görüşüm yetmişinci illərdə 

elə bu məktəbdə olub. Həmin dövrdə rəhmətlik şair dostumuz 

Əmirqulu Quliyevin rəhbəri olduğu “Çıraqqala “ədəbi 

məslisinin üzvləri ilə məktəbdə görüş keçirilirdi. Gənc Aydın 

da görüşə  əliboş  gəlməmişdi. Tədbirdə biz görüşüb 

dostlaşdıq. Qırx ildən çoxdur ki, bir-birimizlə sıx və fasiləsiz 

yaradıcılıq əlaqələri saxlayırıq. 

Aydın müəllim tərəf müqabilini səbrlə dinləmək, ona 

dolğun cavab vermək qabiliyyətinə malikdir. Aydın 

fikirləşməyi, aydın izah etməyi, aydın yol göstərməyi var 

Aydın müəllimin. Onun danışığı  həqiqət, real faktlar və 

dəyərli yaradıcılıq elementləri ilə zəngindir. Şabranda elə bir 

yaradıcı insan olmaz ki, Aydın müəllimdən kömək və ya 

məsləhət almasın. O, mənim dörd bədii publisistik kitabımın 

redaktoru və bir şeir kitabının isə ön söz müəllifidir. 

Aydın Tağıyev haqqında çox xoş söz deyə bilərəm. 

Ürəyim də söz- söhbətlə doludur. Onun özü və yaradıcılıqı 


~ 409 ~

haqqında yazılar isə bir neçə  vərəqə  sığan deyil. Vaxtınızı 

çox almaq istəmədiyimə görə onun özü və yaradıcılığı 

haqqında qısaca məlumat vermək istəyirəm: 

 Aydın  Əhməd oğlu Tağıyev 

1952-ci ilin avqust ayının 29-da 

Şabran (keçmiş  Dəvəçi)  şəhərində 

ziyalı ailəsində anadan olub. Atası 

Əhməd kişi rayonun sayılıb-seçilən, 

hörmətli və nüfuzlu tıbb işçilərindən 

olub. 

Aydın Tağıyev ilk səkkizillik 

təhsilini  Şabran (keçmiş  Dəvəçi) 

şəhərində təhsilin beşiyi hesab olunan 

qocaman təhsil məbədi M. Nəzirov 

adına Dəvəçi 1 saylı 8-illik məktəbdə alıbİndi isə bu məktəb 

M.Nəzirov adına Şabran şəhər 4 saylı tam orta məktəb adlanır. 

Sonra  o, orta təhsilini Dəvəçi şəhər T. Abbasov adına 1 saylı 

orta məktəbdə davam etdirərək 1969-cu ildə  həmin təhsil 

ocağını yüksək təhsil uğurları ilə bitirib. 

1969-cu ildə  gənc Aydın ali təhsil almaq məqsədilə 

sənədlərini M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili 

və Ədəbiyyatı İnstitutunun tələbə qəbulu komissiyasına təqdim 

edib. Qəbul imtahanlarında yüksək bilik və bacarıq nümayiş 

etdirdiyinə görə müsabiqədənkənar ali məktəbin tələbəsi adını 

qazanıb. 

Təhsil illərində Aydın Tağıyev müntəzəm olaraq ədəbi 

yaradıcılıqla da məşğul olub. O, tələbəlik dövründə kövrək, 

lakin uğura imza ata biləcək səviyyədə yaradıcılıq nailiyyətləri 

qazanmağa müvəffəq ola bilib. Onun bir-birindən oxunaqlı, 

oxucu qəlbini riqqətə  gətirən məqalə  və oçerkləri respublika 

mərkəzi mətbuatında dərc olunub. 

1974-cü ildə o, M.F.Axundov adına Azərbaycan Peda-

qoji Rus Dili və  Ədəbiyyatı  İnstitutunu bitirərək ali təhsil 




~ 410 ~

haqqında diplom alıb. Gənc Aydının təyinatı Azərbaycan 

Respublikası Marif  Nazirliyi tərəfindən respublikamızın 

cənub bölgəsinin ən dağlıq və ucqar nöqrələrindən biri sayılan 

Lerik rayonuna verilib. Gənc Aydın üç ay həmin rayonun 

Anduma kəndində müəllim işləyib. Lakin səhhətini və ailə 

vəziyyətini nəzərə alaraq respublika Maarif Nazirliyi Aydın 

müəllimin təyinatını doğma Dəvəçi rayonuna dəyişib.  

Rayon Xalq Maarif Şöbəsinin  əmrilə o, Pirəbədil kənd 

orta məktəbinə müəllim göndərilib. Pirəbədil kənd orta 

məktəbində bir müddət işlədikdən sonra ciddi ehtiyaca görə 

rayonun Orta Əmirxanlı  kənd 8-illik məktəbinə rus dili 

müəllimi köçürülüb. 

Aydın müəllim öz xatirələrində yazır ki, Pirəbədil və 

Orta  Əmirxanlı  məktəblərindəki iş dövrü mənim gözümü 

dünyaya açdı. Mən bu məktəblərdə bilikli, bacarıqlı, təcrübəli 

və yüksək el nüfuzu, xalq hörməti qazanmış müəllimlərdən 

çox  şeyləri öyrəndim. Kənd həyatı  məni qırılmaz tellərlə 

təbiətə bağladı. Sanki mənə yüksək ruh və qol-qanad verdi. 

Buradakı dağ-dərə, bağ-bağça, yamaclar və çəmənliklər sanki 

gül-çiçəkdən özünə xüsusi don tikdirib geymişdi. Bulaqların 

zümzüməsi, bülbüllərin cəhcəhi mənim qəlbimi elə bil 

yerindən oynadaraq coşdurmuşdu. Nəinki bu yerlərin təbiəti, 

onların gözəl və  əməksevər insanları da mənim üçün 

yaradıcılıq mövzusuna çevrilmişdi. 

Yüksək yaradıcılıq həvəsi və istəyi qazanmış Aydın 

Tağıyev kənddə pedaqoji işlə  məşğul olduğu dövrdə yara-

dıcılığının ən məhsuldar anlarını yaşayıb. Bir- birinin ardınca 

onun mərkəzi mətbuatda uğurlu çıxışları olub. “Ədbiyyat və 

İncəsənət “qəzetində, “Azərbaycan “və “Uldüz “jurnallarında 

bir sıra hekayə, oçerk və məqalələri çap olunub. 

Aydın Tağıyev  Şabranda təkcə müəllim və yazıçı kimi 

tanınmır. O, həm də rayonun ictimai işlərində və bütün rayon 

səviyyəli tədbirlərdə yaxından iştirak edən bir ziyalıdır. 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə