Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə üzv



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə113/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   109   110   111   112   113   114   115   116   ...   124

~ 405 ~

o, yekdilliklə Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinə üzv 



seçilib. 1981-ci ilin sonunda 83 yaşında dünyasını dəyişib. 

Osmanın anası  Əminə Xeyrulla qızı  Qəniyeva 1910-cu 

ildə dünyaya göz açıb.1928-ci ildə Nəriman kişi ilə ailə həyatı 

qurub.Uzun illər kolxozçu, komsomol və partiya təşkilatı 

katibi olub. Dünyaya on yeddi övlad gətirən  Əminə xanım 

“Qəhrəman ana “fəxri adına layiq görülüb. 1996-cı ildə 96 

yaşında dünyadan köçüb. 

O. Paşayev 1942-ci ildə  Dəvəçidəki S. M. Kirov adına 

orta məktəbin I sinfinə daxil olub. Məktəbdə oxuduğu illərdə 

özünü çalışqan, bilikli və bacarıqlı şagird kimi göstərib. 1952-

ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirərək kamal attestatı 

alıb. Ali məktəbə getməzdən  əvvəl bir müddət kənddə qalıb 

işləməyi qərara alıb. Rayonun Qələgah kənd 7-illik məktə-

bində katib və pioner baş dəstə rəhbəri vəzifələrində çalışıb. 

1953-cü ildə  gənc Osman V.İ.Lenin adına Azərbaycan 

Pedaqoji  İnstitutuna qəbul olub. Ali məktəb illəri gənc 

Osmana böyük uğurlar gətirib. Onu institututda müəllim- 

tələbə kollektivləri təkcə bilikli, bacarıqlı  tələbə kimi deyil, 

voleybol üzrə birinci dərəcəli idmançı kimi də tanıyıblar. 

1957-ci ildə ali məktəbi bitirdikdən sonra O.Paşayevin 

təyinatını doğma rayonu Dəvəçiyə veriblər. Rayonun Gəndov 

kənd orta məktəbinə tarix müəllimi təyin olan gənc Osman bu 

məktəbdə işə başlayan ilk aylardan pedaqoji sahədə neçə-neçə 

uğura imza atıb. Bir neçə vaxtdan sonra o, məktəbin direktor 



müavini vəzifəsinə irəli çəkilib. Bu vəzifədə də Osman müəl-

lim yüksək bilik, təcrübə və təşkilatçılıq nümayiş etdirə bilib.  

Əvvəlcə sinfin, daha sonra məktəbin idarə olunmasında 

zəngin bilik və təcrübə toplamış Osman Paşayevin xidmətləri 

nəzərə alınaraq onu 1967-ci ildə  Gəndov kənd orta məktə-

binə direktoru vəzifəsinə irəli çəkiblər. Həmin ildə də Azər-

baycan müəllimlərinin V qurultayında nümayəndə kimi 

təmsil olunub.  



~ 406 ~

O.Paşayev məktəb rəhbəri vəzifəsində 5 il işləyib.1972-ci 

ildən müəllimlik fəaliyyətinə qayıtmağı  qərara alıb və 1972-

1982-ci illərdə məktəbin ən yaxşı tarix müəllimi kimi fəaliyyət 

göstərib. 

1982-ci ildə Osman müəllimin sovetlik ərazisində hör-

məti, nüfuzu nəzərə alınaraq Gəndov kənd sovetinin 

deputatı  və  sədri seçilib. Bu vəzifədə  işlədiyi altı il ərzində 

sovetliyin kəndlərinə mavi qaz yanacağı  çəkilməsini təmin 

edib. Kəndlərin su, işıq, yol və s. ehtiyaçlarının təmin 

edilməsində xüsusi fəallıq göstərib. 



1988-ci ildə Azərbaycan KP Dəvəçi rayon Komitəsi O. 

Paşayevin siyasi savadını və yüksək təşkilatçılıq qabiliyyə-

tini nəzərə alınaraq onu rayon kino birliyinə müdir 

vəzifəsinə irəli çəkib. O, iki ilə yaxın bu məsul vəzifədə 

çalışıb. 1989-cu ildən yenə  də Osman müəllim məktəbə-

sevimli müəllim peşəsinə qayıdıb. Düz doqquz il bu sahədə 

pedaqoji fəaliyyətini davam etdirib. 

Rayonumuzda hüquq işçilərinin və tarix müəllimlərinin 

yetişdirilməsində Osman müəllimin böyük əməyi olub. 



Rəhimli kəndindən Məmməd Kərimov ADU-nun hüquq 

fakultəsini bitirərək rayon məhkəmələrində hakim vəzifə-

sinədək yüksələ bilib. Gəndovdan Vahid Cəbrayılov, Hafiz 

və Cavanşir Quliyevlər, Qələgahdan Vasif Məcidov, 

Aygünlü kəndindən Cavid Əliyev və  Məcid Həmidov, 

Pirəmsəndən  Əlimuxtar  Əzimov və başqaları ADU-nun 

tarix fakültəsini bitirərək özlərinə müəllim peşəsini 

seçmişlər. Lakin onlar pedaqoji sahədə çalışmaqla yanaşı 

Azərbaycan KP Dəvəçi rayon Komitəsində, rayon İcra 

Hakimiyyətində, rayon Təhsil  Şöbəsində, kənd inzibatı 

ərazi dairələrində, məktəblərdə  və s. təşkilatlarda  rəhbər 

vəzifələrdə işləmişlər. 

O.Paşayevin 50 ildən artıq  əmək fəaliyyətinə hökümə-

timiz tərəfindən yüksək qiymət verilib. O, 1985-ci ildə “Əmək 




~ 407 ~

igidliyinə görə “, 1986-cı ildə isə  “Əmək veteranı “medalı 

ilə təltif edilib. 

Osman müəllimin arxivində  işlədiyi dövrdə onun əmə-

yini dəyərləndirən onlarla fəxri fərman var. Bu fəxri fərmanlar 

təkcə rayonun rəhbər təşkilatlarından verilməyib.  Bu təltif-



lərin səsi-sorağı keçmiş SSRİ Statistika Komitəsindən, 

Azərbaycan Bilik Cəmiyyətindən, Azərbaycan LKGİ MK-

dan, Azərittifaqdan, Respublika Kinomatoqrafiya Komitə-

sindən və s.-dən gəlir. 

Osman Paşayev həm də bütün müsbət keyfiyyətləri 

özündə  cəmləşdirən gözəl və mehriban ailə başçısıdır. Həyat 

yoldaşı  Fəzilə  Ağarzayeva ali təhsilli ingilis dili müəllimi 

olub. Uzun illər Gəndov kənd orta məktəbinin müəllim 

kollektivi ilə çiyin-çiyinə çalışıb. 

O.Paşayevin beş övladı var. 

Qızı  Mətanət Bakı Sovet Ticarəti Texnikumunu bitirib. 

Ailəlidir, bir övladı var. 

Oğlu Oktay M.F.Axundov adına  İnstitutu və Sumqayıt 

Musiqi Texnikumunu bitirib. Hazırda  Şabran Musiqi məktə-

bində müəllim işləyir. Ailəlidir. 

Qızı Aygün Azərbaycan Sənaye  İnstitutunu bitirib. 

Evlidir, iki övladı var. 

Oğlu Elçin Bakı Sovet Ticarəti texnikumunu bitirib. Hal-

hazırda Bakıda “İnşaat ” şirkətində mexannik işləyir. Ailəlidir, 

üç övladı var. 

Oğlu Yaşar Bakı  şəhərində “Paşa “şirkətində elektrik 

vəzifəsində çalışır. Ailəlidir, üç övladı var. 

O. Paşayev təkcə övladları ilə deyil, nəvələri ilə də fəxr 

edir. Nəvələrindən Sərxan və Aygül müəllimdir.  İlkin isə ali 

təhsilli elektrik mühəndisdir. 



    

  

 

 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə