~ 391 ~
siz də gəlin onun həyat və əmək tarixçəsi ilə bir qədər
yaxından tanış olun:
Mübariz Mirəziz oğlu Əmirov
1947-ci ilin yanvar ayının 10-da
Şabran (keçmiş Dəvəçi) şəhərində
ziyalı ailəsində anadan olub. Atası
Mirəziz Əmirov uzun illər rayonun
ticarət obyektlərində müdir və anbar
müdiri vəzivəsində çalışıb. Dəvəçidə
öz adı-sanı, xüsusi hörməti, sözünün
kəsəri və bütöv olması ilə tanınıb.
M.Əmirov 1954-cü ildə ilk dəfə
məktəbə gedib. Tam ibtidai təhsilini
və natamam təhsilinin bir hissəsini Dəvəçi qəsəbə S.M.Kirov
adına orta məktəbində alıb. Sonralar orta təhsilini indiki
Şabran şəhər T.Abbasov adına 1 saylı tam orta məktəbdə da-
vam etdirib. 1965-ci ildə orta məktəbi bitirərək kamal attestatı
alıb. Gənc Mübariz orta məktəbi bitirdikdən sonra ali məktəbə
qəbul olunmaqdan ötrü imtahanlara hazırlaşmaq məqsədilə bir
müddət istehsalatda işləməyi qərara alıb.
1969-cu ildə o, sənədlərini Azərbaycan Pedaqoji İnstitu-
tunun tələbə qəbulu komissiyasına verib. Qəbul imtahanlarını
müvəffəqiyyətlə verərək ali məktəbin tələbəsi adını qazanıb.
1969-1973-cü illərdə ali məktəb dövrü tələbə Mübarizin həya-
tında unudulmaz səhifə açıb. Bu dövrlərdə onun bilikli, baca-
rıqlı və çalışqan tələbə kimi atdığı hər uğurlu addım ona təhsil
aldığı inistitutda böyük hörmət və nüfuz qazandırıb. Gündəlik
mühazirələrdən tutmuş bilik yarışmasınadək bütün tədbirlərdə
fəal iştirak edib. Oxuduğu ali məktəbin tələbə elmi cəmiyyə-
tinin ən yenilikçi, ən təşəbbüskar, elmi tədqiqatlara və araşdır-
malara yüksək meyli olan üzvü kimi böyük fəallıq göstərib.
1973-cü ildə gənc Mübariz ali məktəbi uğurla başa
vuraraq ali təhsil haqqında diplom alıb. İşləmək üçün təyinatı
~ 392 ~
Dəvəçi rayonuna verilib. Əvvəlcə rayonun Baş Əmirxanlı
kənd orta məktəbində müəllim, bir il sonra isə rayonun Surra
kənd səkkizillik məktəbində müəllim və məktəb direktorunun
müavini vəzifəsində işləyib.
Lakin Mübariz müəllimin qəlbində baş qaldıran bir arzu
onu çox narahat edirdi. Belə ki, o, hələ ali məktəbdə oxuduğu
illərdə elmi-tədqiqat işlərini davam etdirməyi qarşısına məqsəd
qoymuşdu. Ona görə də M.Əmirov 1975-ci ildə elmi
fəaliyyətini davam etdirmək məqsədilə Bakı şəhərinə qayıdıb.
Həmin ildə də Azərbaycan Pespublikası Elmi Tədqiqat
Pedaqoji Elmlər İnstitutunun Hüququn tədrisi metodikası
ixtisası üzrə təhsil almaqdan ötrü aspiranturaya qəbul olmaq
şansı qazanıb. 1978-ci ildə aspiranturanı müvəffəqiyyətlə
bitirib. Həmin ildə də hüquq elmləri doktoru Murtuz
Ələskərovun və pedaqoji elmlər doktoru (mənim hörmətli
müəllimim) Əjdər Ağayevin rəhbərliyi ilə dissertasiya
müdafiə edərək pedaqoji elmlər üzrə fəlsəfə doktoru elmi
dərəcəsi alıb.
Sonrakı 7 ildə, yəni 1978-1985-ci illərdə Mübariz
Əmirov Azərbaycan ETPRİ-da kiçik elmi işçi kimi çalışıb.
Əmək fəaliyyətinin növbəti 14 ilində isə, yəni 1985-1999-cu
illərdə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitu-
tunda şöbə müdiri vəzifəsində işləyib. Bir çox elmi
araşdırmaların müəllifi olan Mübariz müəllim 1986-ci ildən
bugünədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk
və Şərqi Avropa xalqları tarixinin tədrisi metodikası “kafed-
rasında dosent vəzifəsində çalışır.
Mübariz müəllimin elm sahəsində uğurları tükənmək
bilmir. O, 100-dən artıq elmi əsərin müəllifi, onlarla tədris
proqramının tərtibçisidir. Azərbaycan Respublikası Konstitusi-
yasının əsasları, insan və cəmiyyət, eləcə də digər tarix
dərsliklərinin müəlliflərindəndir.
Bundan əlavə M.Əmirov elm sahəsində öz ardıcıllarının
~ 393 ~
yetişdirilməsinə də xüsusi diqqət göstərib. O, elm sahəsinə
təzəcə cığır açmaq istəyən neçə-neçə gənc alimin elmi rəhbəri
kimi çətin və məsul bir vəzifəni yerinə yetirib. Onun elmi
rəhbərliyi altında neçə gənc tarixçi tədqiqat işini və öz elmi
araşdırmalarını davam etdirməkdədir.
Xarici mətbuatda Mübariz Əmirovun çoxlu elmi məqa-
lələri işıq üzü görüb. Bütün bunlar isə sevimli həmyerlimizə
böyük uğurla yanaşı, dünya hörməti, nüfuzu və şöhrəti gətirib.
Ailəlidir, iki övladı var.
ALİYƏ NƏZİROVA -
“BİR ÖMÜR DURNALAR
QOŞA UÇSA YORULMAZ”
Azərbaycan xalqının nəsillərdən-nəsillərə ötürülən və
bu günümüzdə də öz təravətini və dəyərini itirməyən bir
atalar sözü yaşayır: “Ömürlər örtülüdür, həm qocaya, həm
cavana.”
Doğrudan da heç kim əvvəlcədən nə qədər yaşayacağını
bilməyə qadir deyil. Bu vaxtın qədərini isə Allah- Taaladan
başqa kimsə bilə bilməz. Lakin elə ömürlər də var ki, onlar
uzun və ya qısa olmasından asılı olmayaraq mənalı və
yaddaqalandır. Ömrünün 77-ci ilini yaşayan Aliyə Nəzirova
da belə ömür sahiblərindəndir.
Aliyə müəlliməni mən 1972-ci ildən - Dəvəçi şəhərində
2 saylı orta məktəb fəaliyyətə başlayan vaxtdan tanıyıram.
Çünki o, 1963-cü ildə ali məktəbi bitirib T.Abbasov adına
1 saylı orta məktəbdə müəllim kimi ilk pedaqoji fəaliyyətə
başlayanda mən artıq Bakı şəhərində texnikumun əyani
şöbəsində oxuyurdum.