Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə108/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   104   105   106   107   108   109   110   111   ...   124

~ 388 ~

1979-cu ildə yüksək etimad göstərilərək onu Sovet Kon-

stitusiyası adına  sovxozun ilk partiya təşkilatı katibi 

seçiblər. Kənd təsərrüfatının mühüm sahəsi olan tərəvəzçiliyin 

bilicisi kimi yetişmiş bu zəhmətkeş insan iki il yorulmadan bu 

işdə çalışıb. Öz təcrübəsi, təşkilatçılıq qabiliyyəti ilə  kənd 

camaatını bol tərəvəz məhsulunun istehsalına səfərbər etməyi 

bacarıb. 

1982-ci ildə direktorun müavini işləmiş, sonra isə həmin 

ilin oktyabr ayında Sovet Konstitusiyası kəndinə kənd soveti 



sədri seçilmişdir. O, bu dövrlərdə rayonun ən böyük tərəvəz 

və meyvə istehsalçısı olan sovetliyin ərazisində yerləşən neçə 

kəndə  rəhbərlik edib. Vaxtaşırı  kəndlərin  əhalisinin sosial- 

məişət məsələləri, ailə problemləri, eləcə də diğər qaygıları ilə 

maraqlanıb. Altı il, yəni 1990-cı ilin oktyabrına kimi bu vəzi-

fədə qüsursuz işləyib. 

1990-cı ildə onu sovxozun həmkarlar komitəsinin sədri 

seçiblər. 1995-ci ilə kimi o, bu vəzifədə çalışıb. 

1995-ci ilin son aylarından təqaüddədir. 

Qərib Orucov bir çox rayon və respublika təşkilatlarının 

üzvü seçilib, mötəbər iclasların, plenum və qurultayların 

nümayəndəsi olub. 

1965-ci ildən 1992-ci ilə kimi kənd və rayon sovetinin 

deputatı kimi fəaliyyət göstərib. 



Dəfələrlə Azərbaycan KP Dəvəçi RK-nın büro üzvü, 

AKP-nin XXVIII və XXIX qurultaylarında isə Azərbaycan 

KP-nin təftiş komissiyasının üzvü seçilib. 

1964-cü ilin mart-aprel aylarında Moskva şəhərində 



Sov.  İKP MK-nın kənd təsərrüfatının intensiv inkişaf 

yoluna həsr olunmuş plenumunda iştirak edib. 

1966-cı ildə Moskvada həlledici səslə Sov. İKP XXIII 

qurultayına nümayəndə seçilib. Moskvada Kooperativ 

işçilərinin Ümumittifaq qurultayının nümayəndəsi olub. 

Öz  əmək dostları  Əli Qurbanov və  Həmdulla Talıbla 


~ 389 ~

birlikdə Moskvada SSRİ  Kənd Təsərrüfatı nailiyyətləri 

sərgisində iştirak edib.  

Q.Orucovun  əməyi dövlətimiz tərəfindən yüksək 

qiymətləndirilib.  İki dəfə Lenin ordeni ilə, 1970-ci ildə 

V.İ.Leninin anadan olmasının 100 illik yubiley medalı, 10 

dəfədən artıq “Sosializm yarışının qalibi “medalı ilə  təltif 

edilib. 

1964-cü ildə  əldə etdiyi yüksək  əmək nəticələrinə görə 



Azərbaycan SSR Ali Soveti Rəyasət Heyyətinin və SSRİ Ali 

Soveti Rəyasət Heyyətinin Fəxri Fərmanları ilə  təltif 

olunub. ASE-nin VII cildində (səh.380) və Azərbaycan 

Milli Ensiklopediyasında adı qeyd olunub. 

Qərib Orucovun 6 övladı var. Hamı ailəlidir. Övladla-

rının beşi hərbi mükəlləfiyyətlidir. 

Oğlu  Əfqan Saratov ali hərbi məktəbini bitirib. 

Podpolkovnik rütbəsinə  qədər yüksəlib. Hazırda təqaüddədir. 

Ailəlidir, iki övladı var. 

Oğlu Hafiz Bakı Politexnik texnikumunu bitirib. Hərbi 

xidmətdə olub. Hazırda hərbi qulluqçu kimi təqaüd alır. 

Ailəlidir, 3 övladı var. 

Oğlu Zafəz hərbi xidmətini Murovdağda keçib. Fərdi 

təsərrüfatla məşğuldur. Ailəlidir. Üç övladı var. 

Qızı  Şəfəq ADU-nun kitabxanaçılıq fakultəsini bitirib. 

Bakının Müşviq qəsəbəsində yaşayır və kitabxana müdiri 

vəzifəsində işləyir. Ailəlidir, iki övladı var. 

Qızı  Əsmiyyə Azərbaycan Tibb Universitetini bitirib. 

Bakıda yaşayır. Xocasan kəndində uşaq həkimi işləyir. 

Qızı  Fərizə Azərbaycan Tibb Universitetini bitirib. 

Şabran rayonunun Sarvan kəndindəki feldşer-mama məntə-

qəsinin müdiridir. Ailəlidir, iki övladı var. 

Qərib kişinin 13 nəvəsi var. 

         

          




~ 390 ~

MÜBARİZ ƏMİROV 

 

Mübariz müəllim bir yaş böyük olduğuna görə məktəbə 

məndən bir il qabaq gedib. 1960- cı ildə indiki M. Nəzirov 

adına 4 saylı tam orta məktəbdə  təhsil aldığım dövrdə onu 

tanımırdım. Lakin 1961-ci ilin 1 aprelindən biz hamımız yeni 

məktəbə- indiki Şabran  şəhər T. Abbasov adına 1 saylı tam 

orta məktəbə köçürüldük. Onda Mübariz VII, mən isə VI 

sinifdə oxuyurduq. Təzə  məktəbdə  bəzən siniflərimiz bir- 

birinə qonşu və ya yaxın otaqlarda yerləşdiyinə görə  mən 

onunla tənəffüsdə tez-tez rastlaşırdım. Beləliklə günlərin 

birində onunla tanış oldum. Sanki həmin andan tanışlığı-

mızın əsası qoyuldu. Onunla bu günədək davam edən dostluq 

və yoldaşlıq münasibətlərinə bu uzun illərdə azacıq belə xələl 

gəlməyib.  

İllər keçdi. Mən VIII sinfi bitirərək Bakıda texnikuma 

qəbul oldum. Üç illik əyani təhsil alıb texnikumu bitirərək bir 

il işlədikdən sonra hərbi xidmətə yollandım. Mübariz isə orta 

məktəbin IX-X siniflərini oxuyub orta məktəbi bitirdi. 

Ali təhsil illərimiz də demək olar ki, orta məktəbdəki 

ardıcıllıqla gedib. Mübariz 1969-cu ildə Azərbaycan Pedaqoji 

İnstitutuna, mən isə 1970-ci ildə Azərbaycan Xalq Təsərrü-

fatı İnstitutuna (qiyabi şöbəyə ) qəbul oldum.  

 Mübariz ali məktəbi bitirəndə  mən artıq rayon Təhsil 

Şöbəsinin aparatında ikinci məsul  şəxs idim. Şöbənin baş 

mühasibi kimi böyük məsuliyyət tələb edən vəzifədə çalışır-

dım. Ali məktəbi bitirdikdən sonra gənc Mübarizin təyinatını 

rayonumuza verdilər.  Əvvəlcə o, Baş  Əmirxanlı  kənd orta 

məktəbində müəllim, sonra isə Surra kənd  əsas məktəbində 

müəllim və dərs hissə müdiri işlədi. 

Sözün qısası  mən Mübariz müəllimi gözəl insan, 

sədaqətli dost, etibarlı qohum, bilikli və bacarıqlı pedaqoq 

alim, mehriban ailə başçısı kimi tanıyıram. Zəhmət olmasa 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə