Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə105/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   101   102   103   104   105   106   107   108   ...   124

~ 376 ~

və publisistik topluların və monoqrafiyaların müəllifi kimi 

uğurlu və  səmərəli yaradıcılıq yolu keçib. Bir çox əsərləri 

xarici dillərdə çap olunub. Azərbaycanda aşıq sənətinin 

araşdırılmasında, xüsusilə el aşıqlarının yazıya köçürülməmiş 

əsərlərinin toplanmasında xüsusi əmək sərf edib. El aşığı 

Xaltanlı Tağı ilə bağlı yaradıcılıq nümunələrinin araşdırılması 

və ayrıca kitabın nəşr olunması  Ağalar Mirzə yaradıcılığının 

ulduz kimi parlaması deməkdir. 

1986-cı ildən o, Azərbaycan televiziyasında bir sıra 

redaksiyalarda məsul vəzifələrdə  işləyib. Onun rəhbərliyi 

altında xalq yaradıcılığına həsr olunan, xüsusi sənətkarlıqla 

hazırlanan verilişlər yüksək tamaşaçı  rəğbəti, el məhəbbəti 

qazanıb. 1999-cu ildən isə Ağalar Mirzə Azərbaycan Televizi-

yasının xalq yaradıcılığı redaksiyasının baş redaktoru vəzi-

fəsinə irəli çəkilib. Həmin dövrlərdən başlayaraq neçə-neçə 

verilişlərin ərsəyə gəlməsində onun böyük zəhməti olub. O, ya 

həmin verilişin ssenarisini yazıb, ya da aparıcısı  və ya 

redaktoru kimi məsul vəzifəni yerinə yetirib. 

Radio və televiziyadakı  uğurlu fəaliyyətindən  əlavə 

Ağalar Mirzənin Sumqayıt və Bakı  şəhərindəki teatrlarda bir 

neçə  əsəri tamaşaya qoyulub. Yaradıcılıq yolunda çəkilən bu 

cür çoxlu əzab və əziyyət onun şan-şöhrətinin respublikamızda 

daha da artmasına səbəb olub. 

Respublikamızda xalq yaradıcılıq sənətinin inkişafında 

yüksək xidmətləri olan həmyerlimiz Ağalar Mirzənin  əməyi 

hökümətimiz tərəfindən layiqincə qiymətləndirilib.  O, “Qızıl 

qələm“ mükafatına və  “Əməkdar incəsənət xadimi “kimi 

yüksək fəxri ada layiq görülüb. 

İki övladı var. 

Şabranın fəxri Ağalar Mirzə yaradıcılığının çiçəkləndiyi 

vaxda aramızdan getdi. O, dünyasını  dəyişsə  də, bu gün 

cismən aramızda olmasa da, bir an da olsun qələm dostları, 

məzun yoldaşları, qohumları  tərəfindən unudulmayıb. Onun 




~ 377 ~

duzlu və  şirin söz-söhbəti hələ  də el-obanın dilindən- 

ağızından düşmək bilmir. Ağalar Mirzə sənətinə, onun zəngin 

yaradıcılığına qiymət günü-gündən artır. Elə ona görə də onun 

unudulmaz adı-sanı,  şan-şöhrəti gündən-günə daha çox yad 

edilərək dillər əzbəri olub. 



        

 

 

MAYIL QULİYEV 

 

Onun haqqında ilk məlumatı  hələ  mən  əllinci illərin 

sonunda almışdım. O dövrdə qardaşım ailəsi ilə birlikdə 

Dəvəçidə, Mayılın qonşusu və bacısı  Qəmzə xanımgildə 

kirayədə qalırdı. Hər il yay tətilində mən də Dəvəçiyə gələr, 

üç ay qardaşımgildə qalardım. Həyat yoldaşı və özü hər gün 

işdə olduqları üçün onlara gücüm çatan qədər ev işlərinə 

köməklik edərdim. Mayılın bilikli, savadlı bir gənc olması və 

tibb institutunda təhsil alması sorağı məni çox sevindirmişdi. 

Onun anasının da həmin dövrdə qardaşımgili ilə yaxşı ailəvi 

münasibətləri vardı. 

Aylar və illər ötdü. Mən 1960-cı ildə Dəvəçiyə köçdüm. 

Üç il burada təhsilimi davam etdirdikdən sonra VIII sinfi 

bitirib Bakı  şəhərində Plan-Uçot texnikumunun gündüz 

şöbəsinə daxil oldum. Orta ixtisas məktəbini bitirdikdən 

sonra Azərbaycan SSR Kənd Təsərrüfatı Nazirliyi tərəfindən 

təyinatımı Dəvəçiyə verdilər. Azərbaycan KP Dəvəçi RK-nın 

təkidi ilə  kənd təsərrüfat sahəsində deyil, təhsil sistemində 

işləməyə başladım. 

Mayılla ilk tanışlığım isə o vaxtlarda Dəvəçidə əczaçılıq 

sahəsində yeğanə olan  64 saylı aptekdə oldu. Onun birinci 

çevikliyi,müştərilərdən verilən sorğuya bir neçə saniyə 

ərzində yerli-yerində  şifahi cavablar verməsi məni  əvvəlcə 


~ 378 ~

ürəkdən sevindirdi. Nümunəvi xidmətini nümayiş etdirmək 

üçün onun çəld hərəkətləri mənim çox xoşuma gəldi. Kiçik 

və darısqal aptekə daxil olan hər müştəriyə növbə üzrə 

səliqəli, təmiz və dəqiqliklə, özü də üzügülər bir tərzdə xidmət 

göstərirdi. 

Bəzi aptek işçiləri kimi müştəridən sifariş verilən dər-

manın adını  eşidəndə, dərman siyahısının uçotu aparılan 

jurnala, dərmanlar saxlanılan rəflərə sarı qaçmazdı. Və ya 

fikirləşib dərmanın adını tapmaq üçün göyə baxmazdı. Bir 

sözlə Mayıl yaxşı yaddaşa malik idi. Aptekdə neçə min 

dərman növü vardısa hamısından  şifahi formada məlumatı 

vardı. Onların harada, hansı  rəfdə, qutuda və s. yerləşdiyi 

yerləri əzbərdən bilirdi. Onun bilikli, savadlı olması, sözünün 

dəqiqliyi bizi bir-birinə getdikcə yaxınlaşdırdı. Nəhayət bir 

neçə vaxtdan sonra biz dost olduq. Bu dostluq düz otuz ildən 

artıq o, dünyasını dəyişənə qədər davam etdi. 

Həmişə  işdən sonra köhnə rayon İcraiyyə Komitəsinin 

inzibatı binasının qarşısına gələr, mənim və digər həmsöh-

bətlərinin işdən çıxmasını gözləyərdi. Özümüzdən, işimizdən, 

ailəmizdəki problemlərdən söz-söhbət açar, heç bir qayğısı 

olmayan xoşbəxt insanlar kimi deyib gülərdik. Beləliklə gün 

ərzində işdəki yorğunluğumuzu bu yolla bir qədər çıxarardıq. 

İndi də gəlin o dövrdə rayonumuzun nadir əczaçılıq mütəx-

xəssisi sayılan Mayıl Quliyevin həyatı və əmək salnaməsi ilə  

daha yaxından tanış olaq: 

Mayıl Gülaməddin oğlu Quliyev 1938-ci ildə  Şabran 

(keçmiş Dəvəçi) rayonunun Uqah kəndində anadan olub. 

Atası Gülaməddin  Şahmirzə  oğlu Quliyev Böyük Vətən 

müharibəsində  fəal iştirak edib. Lakin 1944-cü ilin şiddətli 

döyüşlərindən birində ağır yaralandığına və əlil olduğuna görə 

ordudan tərxis olunaraq evə buraxılıb. 1945-ci ildə ailəsi ilə 

birlikdə  Dəvəçi qəsəbəsinə köçmüş, burada bir müddət yaşa-

dıqdan sonra müharibədə aldığı yaranın fəsadlarına görə 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə