Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə103/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   99   100   101   102   103   104   105   106   ...   124

~ 370 ~

MÜSLÜM MAYILOV 

 

Müslüm Mayılovun hələ 1965-1973-cü illərdən tələbkar 

və ciddi insan olduğunu eşitmişdim . Onda o, Azərbaycan KP 

Dəvəçi rayon Komitəsinin təşkilat-partiya işi  şöbəsinin 

müdiri vəzifəsində çalışırdı. Sonralar tale bizi görüşdürdü. O, 

1973-cü ildə  Dəvəçi  şəhər 2 saylı orta məktəbinə müəllim 

köçürüldü. Burada düz on il dil-ədəbiyyat müəllimi işlədi. On 

ildən sonra ciddi ehtiyaca görə onu “Qurucu” rayon 

qəzetinin kənd təsərrüfatı  şöbəsinin müdiri vəzifəsinə 

köçürdülər. Bu vəzifədə Müslüm müəllim dörd il işlədi.Dörd 

ildən sonra o, yenidən Dəvəçi  şəhər 2 saylı orta məktəbə 

pedaqoji işə  cəlb edildi. Məktəbin dil-ədəbiyyat müəllimi və 

direktor müavini vəzivəsində çalışdı. 

Mənim onunla yaxından ilk tanışlığım Dəvəçi  şəhər 2 

saylı orta məktəbdə ilk dəfə  işə başlayan dövrlərə  təsadüf 

edib. Savadlı, az danışan, çox nadir hallarda gülümsəyən, 

söz-söhbətinin yerini və sərhədini bilən bir insan idi Müslüm 

müəllim. 

Təqaüdə  çıxdıqdan sonra onunla tez-tez görüşüb 

müxtəlif mövzularda söhbət edərdik. Həyatından çox razı, 

dünyaya çox nikbin baxışları vardı. O, öz müəllim qürurunu, 

ziyalı nüfuzunu sonadək qorumağı bacardı. 

İndi də icazə verin, Müslüm müəllimin həyat və  əmək 

yolu haqqında bildiklərimi və  eşitdiklərimi oxucularla 

bölüşdürüm: 

Müslüm Teymur oğlu Mayılov 08 noyabr 1928-ci ildə 

indiki Şabran (keçmiş Dəvəçi qəsəbəsi) şəhərində anadan olub. 

1934-1943-cü illərdə indiki Şabran  şəhər (bu təhsil 

müəssisəsi 1937-ci ildən 1964-cü ilə kimi Dəvəçi S.M.Kirov 

adına məktəb adlanıb.) M.Nəzirov adına 4 saylı tam orta 

məktəbdə təhsil alıb. 

1943-cü ildə Böyük Vətən müharibəsinin daha da 




~ 371 ~

şiddətlənməsi ilə əlaqədar olaraq mək-

təbdə IX sinif fəaliyyət göstərməyib. 

Ona görə  də o, orta təhsilini bu mək-

təbdə davam etdirə bilməmişdir. 

15 yaşlı  gənc Müslüm 1943-cü 

ildə Dəvəçi rayon Xalq Maarif Şöbəsi-

nin göndərişi ilə Azərbaycan SSR Xalq 

Maarif Komissarlığının Bakı şəhərində 

təşkil edilmiş müəllim hazırlayan 6 

aylıq kursunda oxumuş  və oranı 

bitirmişdir. 

1944-cü ildə ilk pedaqoji əmək 

fəaliyyətinə başlamışdır. 1944-cü ildən 1946-cı ilədək Dəvəçi 

rayonunun Gəndov və  Dəvəçikənd yeddillik məktəblərində 

dil-ədəbiyyat müəllimi işləmişdir. 

1946-1948-ci illərdə Quba ikillik pedaqoji məktəbində 

əyani təhsil almışdır. Pedaqoji məktəbi bitirən M.Mayılovun 

təyinatı  Dəvəçi rayonuna verilmişdir. O, Dəvəçikənd yedillik 

məktəbində əvvəlki pedaqoji fəaliyyətini davam etdirmişdir. 

1949-cu ilin aprel ayından 1952-ci ilin dekabr ayınadək 

Bakı  şəhərində keçmiş Sovet Ordusu sıralarında hərbi 

xidmətdə olmuşdur. Hərbi xidmətdə olması ilə yanaşı 1950-

1952-ci illərdə Bakı  şəhəri 10 №-li fəhlə-gənclər orta 

məktəbində  təhsilini davam etdirərək orada tam orta təhsil 

almışdır. 

1953-cü ildə Bakı Dövlət Universitetinin (keçmiş adı 

S.M.Kirov adına ADU) filologiya fakultəsinin jurnalistika 

şöbəsinə qəbul olub. 1953-1958-ci illərdə həmin ali məktəbdə 

əyani təhsil alıb. Ali məktəbi müvəffəqiyyətlə bitirdikdən 

sonra M.Mayılovun təyinatı Dəvəçi rayonuna verilib. O, 1958- 

ci ildə  Dəvəçi rayon KP-nin orqanı olan “Yüksəliş “qəzetinə 

məsul katib vəzifəsinə  təyin edilib. 1962-ci ilə kimi böyük 

yaradıcılıq həvəsilə bu vəzifədə çalışıb.  




~ 372 ~

M.Mayılov 1962-ci ildə partiya işinə irəli çəkilib. O, 

1962-1964-cü illərdə Azərbaycan KP Dəvəçi Rayon Komitə-

sində  təlimatçı, 1965-1973-cü illərdə isə  təşkilat-partiya işi 

şöbəsinin müdiri vəzifəsində işləmişdir. 

1973-cü ildən o, yenidən pedaqoji işə başlamış və 1973-

1983-cü illərdə  Dəvəçi  şəhər 2 saylı orta məktəbində dil-

ədəbiyyat müəllimi kimi  fəaliyyət göstərmişdir. 

1983-cü ildə ciddi ehtiyaca görə  təzədən mətbuat 

sahəsinə köçürülmüşdür. 1983-1987-ci illərdə  Dəvəçi rayon 

“Qurucu” qəzetində  kənd təsərrüfatı  şöbəsinin müdiri 

vəzifəsində çalışmışdır. 

1987-ci ildə  əmək fəaliyyətini pedaqoji sahədə davam 

etdirən Müslüm müəllim 1987-2005-ci illərdə Dəvəçi şəhər 2 

saylı orta məktəbində direktor müavini və dil-ədəbiyyat 

müəllimi işləmişdir. 



M.Mayılovun təhsil və  mətbuat sahəsindəki 47 illik 

əmək fəaliyyəti hökümətimiz tərəfindən layiqincə qiymət-

ləndirilmişdir. O, “Əməkdə  fərqlənməyə görə”, “Əmək 

rəşadətinə görə”, “1941-1945-ci Böyük Vətən müharibəsi 

illərində arxa cəbhədə  fədakar  əməyinə görə”, Faşist 

Almaniyası üzərində Böyük Qələbənin 40- cı, 50-ci və 60-cı 

ildönümü və digər yubiley medalları  və  fəxri fərmanlarla 

təltif edilmişdir. 

M.Mayılov isdedadlı jurnalist, bacarıqlı müəllim olmaqla 

bərabər gözəl ailə başçısı idi. Onun 9 övladı vardır. 

Böyük oğlu Teymur Azərbaycan Dövlət Neft və Kimya 

İnstitutunu və Bakı Sosial İdaretmə və Politologiya İnstitutunu 

bitirib. Hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 

Penitensiar xidmətin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssi-

səsində məsul vəzifədə işləyir. Ailəlidir, 2 övladı vardır. 

Qızı Jalə Bakı Kitabxanaçılıq Texnikumunu bitirib 

Şabran  şəhər Mərkəzi Kitabxanasında kitabxanaçı  işləyir. 

Ailəlidir, iki övladı vardır. 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   99   100   101   102   103   104   105   106   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə