Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə111/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   107   108   109   110   111   112   113   114   ...   124

~ 397 ~

Yetmiş-səksəninci illər Aliyə müəllimənin həyatında və 

əmək fəaliyyətində silinməz izlər buraxıb. Söhbətimiz zamanı 

o, bu illəri ömrünün ən məhsuldar dövrü - yəni, qızıl illəri ad-

landırdı. Doğrudan da geriyə qayıdıb keşmiş illərin nəticəsini 

təhlil etdikdə görürük ki, beş  uşaq böyüdüb, boya-başa 

çatdırmış, onlara yaxşı  təhsil və  tərbiyə vermiş ziyalı ananın 

bu qədər zəhmətə qatlaşmasını, ictimai və  məsul vəzifələrlə 

yüklənməsini ancaq möcüzə saymaq olar.  

Birlikdə diqqət yetirək: 70-80-ci illərdə məktəbdə rus-dili 

fənnini tədris etməklə yanaşı o, neçə-neçə ictimai vəzifəni 

yerinə yetirib. Rayon XMŞ-nin rus - dli üzrə  ştatdankənar 



metodisti (Həmin illərdə ştatdankənar metodist hər ay rayonun 

bir neçə  məktəbində rus-dili fənninin tədrisi vəziyyətini 

yoxlayıb RXMŞ-nın  şura iclasına müzakirəyə  çıxarırdı), 

Dəvəçi şəhər 2 saylı orta məktəbin rus -dili üzrə fənn me-

todbirləşməsinin sədri, məktəb ilk partiya təşkilatının 

katibi, Azərbaycan KP Dəvəçi rayon Komitəsinin üzvü, 

rayon sovetinin deputatı və s. 

1981-ci ildə Aliyə müəllimə  Azərbaycan KP XXX 



qurultayına nümayəndə seçilib və yüksək fəallıqla həmin 

ali məclisdə iştirak edib. 

1981-ci ildə Attestasiya Komissiyasının qərarına və 



Azərbaycan Respublikası Maarif Nazirliyinin əmrinə 

əsasən ona “baş müəllim “adı verilib. 

İctimai işlərdə, eləcə də pedaqoji və siyasi mühazirələrdə 

fərqləndiyinə görə 05 mart 1988-ci ildə AMN-nin Mərkəzi 

Müəllimləri Təkmilləşdirilməsi 

İnstitutunda keçirilən 

konfransda ona “mühazirəçi “vəsiqəsi təqdim edilib. 



Uzun illər pedaqoji sahədə səmərəli əmək fəaliyyətinə 

görə Aliyə  Nəzirova 20 avqust 1986- cı ildə  “Şərəf nişanı 

“ordeni ilə  təltib edilib. Bu ali təltif qabaqcıl müəllimi yeni 

əmək qələbələrinə  səsləyib,  əvvəlkindən daha yaxşı  işləməyə 

həvəsləndirib. 



~ 398 ~

 

 

Aliyə müəllimə qurultay nümayəndələri arasında 

 

A.Nəzirovanın başqa təltifləri də vardır. Bu təltiflər onun 



təhsil sistemində və ictimai sahədə yerinə yetirdiyi nümunəvi 

işlərə görə verilib. Çoxlu sayda olan təltiflər arasında 



Azərbaycan Respublikası  Təhsil Nazirliyindən,  Şabran 

(keçmiş  Dəvəçi) rayon Təhsil  Şöbəsindən və  TİAHİ-nın 

RK-dan olan Fəxri Fərmanlar ona daha doğmadır. 

2009-cu ildə  işlədiyi məktəbdə qabaqcıl müəllim və 

ictimaiyyətçi Aliyə müəllimənin 70 illiyi xüsusi qeyd edildi. 

O, Fəxri Fərmanla və qiymətli hədiyyələrlə mükafatlandırıldı. 

2016-cı ildə A.Nəzirovanın rayon rəhbərliyi tərəfindən 8 

mart beynəlxalq qadınlar bayramı münasibətilə  təltifi onu 




~ 399 ~

xüsusilə sevindirdi. Şabran rayonun ictimai-siyasi və  mə-



dəni həyatında fərqləndiyinə görə  Şabran rayon İcra 

Hakimiyyəti Başçısının 07 mart 2016-cı il tarixli 32 saylı 

sərəncamı ilə o, Fəxri Fərmanla təltif edildi. 

Aliyyə müəllimə öz ardıcıllarını yetişdirməyi də unut-

mayıb. Onun Faina Kərimova, Sevil Dəmirova, Güllü Əliyeva 

və başqaları kimi neçə-neçə rus-dili müəlliminin yetişməsində 

xüsusi əməyi vardır. 

Aliyə Nəzirovanın çox gözəl ailəsi var. 

 

 

 



Aliyə müəllimə mərhum həyat yoldaşı Vaqif müəllimlə birlikdə 

 

O, həyat yoldaşını ali təhsil aldığı illərdə valideynlərinin 

köməyi olmadan özü sevib- seçib. Bu düzgün seçim ona bütün 

həyatı  və  əmək fəaliyyəti dövrü yüksək ruh, güc-qüvvət,  şən 

ovqat bəxş edib. 1961-ci ildə institutun III kursunda oxuyarkən 

V. İ Lenin adına APİ-nin fizika-riyaziyyat fakültəsinin tələbəsi 

Vaqif Nəzirovla ailə  həyatı qurub. Vaqif 1939-cu ildə igid 



~ 400 ~

partizan Məmmədağa Nəzirovun ailəsində dünyaya gəlib. Ali 

məktəbi bitirən gənc Vaqif əvvəlcə rayonun Kilvar kənd 8-illik 

məktəbində  və rayon fəhlə-gənclər orta məktəbində müəllim, 

sonralar rayon XMŞ-nin Filmotekasında müdir işləyib. 

Ömrünün sonrakı dövründə 44 saylı dəmir yol məktəbində və 

Dəvəçi  şəhər 3 saylı ümumi orta məktəbində müəllim kimi 

çalışıb. 2009-cu ildə 70 yaşında dünyasını dəyişib. 

Aliyə müəllimənin 5 övladı var. 

Qızı  Sədaqət M.F.Axundov adına APİ-ni bitirib. 

Anasının peşə yolunu seçib. Hal-hazırda Riqa şəhərində 

yaşayır. Ailəlidir üç ovladı var. Övladlarından iki nəfəri ali 

təhsilli həkim, biri isə VII sinif şagirdidir. 

Oğlu Fuad Moskvada Yeyinti Sənaye İnstitutunu bitirib. 

“Altun - Saray “ restoranında inzibatçı vəzifəsində işləyir. Bir 

qız, bir oğlan övadı var. Qızı ali təhsillidir. 

Qızı Məlahət anasının peşə yolunu seçərək M.F.Axundov 

adına APİ-ni bitirib. Dəvəçi 3 saylı ümumi orta məktəbində 

müəllim işləyir. İki övladı var. 

Qızı  Həqiqət Respublka Pioner Baş  Dəstə  Rəhbərləri 

hazırlayan məktəbi bitirib. Hazırda  Şabran  şəhər T. Abbasov 

adına 1 saylı tam orta məktəbində UBR işləyir. Ailəlidir, 3 

övladı var. İki qızı ali təhsillidir. Oğlu orta məktəbin IX 

sinfində oxuyur. 

Ailənin son beşiyi Məmmədağa babasının adını daşıyır. 

Orta təhsillidir. Ticarət sistemində işləyir. 1994-1998-ci illərdə 

4 il milli orduda xidmət edib. Ailəlidir, bir övladı var.  

Söhbətimizin sonunda Aliyə müəllimə sözünü belə 

yekunlaşdırdı: “İnsan yaşa dolanda tez-tez dönüb geriyə baxır. 

Bu gün mən də  həyat kitabımı  vərəqləyərək özümü çox 

xoşbəxt hiss etdim. Mənalı  həyat keçirdiyimə görə özümdən 

razı qaldım. Çünki gənclik illərimdən indiyədək həyatımda 

xoşagəlməyən məqamlarım olmayıb. 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə