Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


nigarançılıq buzu sınmağa başladı. Eşidəndə ki, Qərib



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə107/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   103   104   105   106   107   108   109   110   ...   124

~ 384 ~

nigarançılıq buzu sınmağa başladı. Eşidəndə ki, Qərib 

Orucov da bu məktəbdə  (əvvəlcə  qısa müddət S.M.Kirov 

adına orta məktəbdə, sonralar isə  həmin məktəbdə yerləşən 

axşam fəhlə-gənclər məktəbində) təhsil alıb, çox sevindim. 

Ondan bu kitab üçün müsahibə almaq qərarına gəldim.  

Əvvəlcə telefonla evinə  zəng vurub özü ilə danışdım. 

“Problem yoxdur, sabah gəlin görüşək, kənddən heç yerə 

getməyıb sizi gözləyəcəyəm” - dedi. 

Sabahı gün avtobusla Ağalıq kəndinə yola düşdüm. 

Yolun kənarına, təbiət mənzərələrinə baxa-baxa nə vaxt 

kəndə çatmağımı heç özüm də hiss etmədim. Ağalıq kəndinə 

çatan kimi yolun sağ  tərəfində  Təzəkəndə ayrılan yerdə 

avtobusdan düşüb, qarşıma çıxan ilk kənd sakinindən Qərib 

kişının evini soruşdum. “Evdə yoxdur, yaxınlıqda yerləşən 

bağdakı çayçıdadır ” - dedi.  

Təxminən otuz metr yol getdikdən sonra deyilən bağa 

keçdim. Adını eşitdiyim, üzünü gördüyüm, lakin üz-üzə otur-

mağa və söhbət etməyə məqam tapa bilmədiyim qəhrəmanla 

mehribancasına görüşdüm. Çox səmimi, təmiz qəlbli, tərəf 

müqabilini dinləməyi bacaran, 82 yaşı olsa da şirin, duzlu və 

məzəli sözü-söhbətdən yorulmayan, möhkəm yaddaşı hələ də 

yerində olan bir gözəl insanla çay süfrəsində əyləşdim. 

Əziz oxucular, görürəm çox darıxırsınız, sizi çox gözlət-

mək fikrim isə yoxdur. Buyurun, rayonumuzda yeganə So-

sialist Əməyi Qəhrəmanı ilə Sizi yaxından tanış edim: 

Qərib  Əzizəli oğlu Orucov 20 may 1935-ci ildə keçmiş 

Dəvəçi rayonunun Dağquşçu (indi həmin kənd Siyəzən 

rayonunun tərkibinə daxildir) kəndində kolxozçu ailəsində 

dünyaya gəlib. Atası  Əzizəli Qurban oğlu həmin dövrlərdə 

kolxozda sıravi kolxozçu olub. 1942-ci ildə o, Böyük vətən 

müharibəsi cəbhəsinə göndərilib. Qara dəniz uğrunda gedən 

ağır döyüşlərdə faciəli surətdə  həlak olması barədə ailəsinə 

“qara kağız “göndərilib. 



~ 385 ~

 

 



Qərib Orucov köhnə dostu ilə çay süfrəsində şirin söhbət zamanı 

 

Anası Seyidbikə  Əsəd qızı 1902-ci ildə Dağquşçu kən-

dində anadan olub. Uzun müddət kolxozun maldarlıq ferma-

sında sağıcı işləyib. Altı övlad dünyaya gətirib. Onlardan dör-

dü dünyasını  dəyişib. Qərib və 89 yaşlı bacısı sağ  və sala-

matdır. 


Qərib Orucov1945-ci ildə ailəsi ilə birlikdə rayonun 

keçmiş “Sovet Konstitusiyası” (indi həmin kənd Ağalıq 

adlanır) kəndinə köçüb gəlib. O, 1948-ci ildə Sovxoz 7-illik 

məktəbinin I sinfinə  qəbul olub. 1955-ci ildə  həmin məktəbi 

bitirib. 

20 yaşlı  gənc Qəribin arzusu müəllim olmaq idi. Bu 

məqsədlə o təhsil sənədlərini Quba Pedaqoji Texnikumuna 

verib. Orta ixtisas məktəbinə qəbul olmaq üçün tələb olunan 5 

imtahanın hamısını verərək 20 bal toplayıb. Lakin müsabi-

qədən keçə bilmədiyinə görə onu məktəbə  qəbul etməyiblər. 

Guya ona məktəbdən təklif ediblər ki, sənədləri geri götür-



~ 386 ~

məsin. Qoy onlar məktəbdə qalsın.  Əsgəri xidməti başa vur-

duqdan sonra gəlib Pedaqoji texnikumun özündə  təhsil ala 

bilər. 


Qərib Orucov hərbi xidmət yaşı çatana qədər “Sovet 

Konstitusiyası” sovxozunda əvvəlcə  fəhlə, sonra isə 3 ay 

tərəvəzçilik briqadasında briqadir köməkçisi vəzifəsində 

çalışıb. 

Qərib kişi o illəri belə xatırlayır: “Keçmişdə “Sovet 

Konistutusiyası “kəndi adlanan indiki Ağalıq kəndində o 

dövrlərdə rus dilli əhali çox yaşayırdı. Mən məktəbdə  və 

dərsdən sonrakı vaxtlarda onlardan rus dilini öyrənməyə  səy 

göstərirdim. O dövrlərdə bu dili mükəmməl öyrənib bildiyimə 

görə əsgərlikdə xidmət etmək mənim üçün çox asan oldu. 

Üçillik hərbi xidmətə çağırılmışdım. Krım vilayətinin 

Oktyabrski rayonundakı  hərbi hissədə qulluq etməyə gön-

dərildim. Həmin hərbi hissəyə yeni gəlmiş əsgərləri qəbul edən 

komissiyanın sədri podpolkovnik Karginov məni qəbul etmək 

istəmirdi. Deyirdi ki, sənin çəkin cəmi 45 kiloqramdır. Burada 

iş çox ağırdır. Sən bu çəki ilə buradakı  vəziyyətə dözə 

bilmərsən. Mən isə dedim ki, burada mənim 4-5 nəfər həm-

yerlim var. Məni onlardan uzaq salmayın, qoy mən də onlarla 

birlikdə sizin hərbi hissədə qulluq edim. Çalışacağam ki, 

verdiyiniz bütün əmrləri düzgün və vaxtında yerinə yetirim. 

Allaha çox şükür olsun ki, podpolkovnik sözümü eşitdi 

və məni öz hərbi hissəsində saxladı ”. 

Rus dilini yaxşı bildiyinə görə  gənc Qəribi hərbi hissə 

qərərgahının göstərişinə  əsasən iqtisadçı (planlaşdırıcı) vəzi-

fəsinə göndəriblər. Burada onun işi çox yüngül idi. O, 

qərərgahın özündə qulluq edirdi. Vəzifəsi isə hərbi hissə tərə-

findən çəkilən dəmir yolu xətlərinin və tikilən hərbi təyyarə 

meydançasının tikinti işlərini qiymətləndirməkdən, görülən 

tikinti-abadlıq işlərinin qəpik-qəpik maya dəyərini tapmaq və 

ümumi xərclərini hesablamaqdan ibarət idi. 




~ 387 ~

Krımda Qərib Orucov bir il yarım xidmət edib. Sonra 

onu Moskvada yoxladıqdan sonra məxvi hərbi hissəyə 

köçürüblər. Orada hərbi xidmət müddətinin axırına kimi elə 

iqtisadçı vəzifəsində çalışıb. 

Ordudan tərxis olunduqdan sonra gənc Qərib doğma 

kəndinə qayıdıb. Həmin dövrlərdə kənddə sovxozun direktoru 

Teymur Şahverdiyev idi. Onu sovxozun ən böyük tərəvəzçilik 

briqadasına briqadirin müavini vəzifəsinə təyin ediblər. Yarım 

il o, bu vəzifədə canla-başla çalışıb. Yaxşı işlədiyinə görə onu 

01 aprel 1959-cu il tarixdə  həmin tərəvəzçilik briqadasına 

briqadir vəzifəsinə irəli çəkiblər. 

Təzə vəzifəyə keçən Qərib gecəni gündüzə qatıb. Bütün 

briqadanın üzvlərini əmək cəbhəsinə səfərbər edib.Əvvəlcə o, 

tərəvəzin yetişdirilməsinə aid bütün sirləri, o cümlədən yeni 

becərmə üsullarını  və aqrotexniki qaydaları, istehsal texnolo-

giyasını, əkinçilik və suvarma mədəniyyətini dərindən mənim-

səyib. Bir də özündə briqadanın bütün üzvləri ilə dil tapmaq, 

onlarda işə həvəs oyatmaq qabiliyyətini inkişaf etdirib. 

Bu illərdə briqadanın tərəvəzçilik sahəsində  çəkilən 

gərgin zəhməti, əldə edilən uğurlar və qazanılan yüksək isteh-

sal göstəriciləri nəhayət ki, öz bəhrəsini verib. 

1961-1965-ci illərdə yeddinci beşilliyin istehsal göstəri-

cilərinə görə Q.Orucovun rəhbvərlik etdiyi briqada yüksək 

məhsul istehsal etməklə yanaşı, istehsal olunan tərəvəzin hər 

sentinerinin maya dəyəri normadan xeyli ucuz başa gəlməsinə 

nail olub. (sentineri 3 rubl 60 qəpiyə ) Ona görə də ona 1966-cı 

ildə  Sosialist  Əməyi Qəhrəmanı adı verilib. Qərib Oruco-



vun əldə etdiyi bu nailiyyət keçmiş SSRİ məkanında maya 

dəyərinə görə  ən ucuz başa gələn tərəvəz istehsalının 

yeganə göstəricisi idi. 

Bu minvalla tərəvəzçilik sahəsində  əsl öz işinin ustası 

olan Qərib Orucov 1979-cu iliun payızına kimi briqadir 

vəzifəsində işləyib. 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə