Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə106/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   102   103   104   105   106   107   108   109   ...   124

~ 379 ~

dünyasını dəyişmişdir. 

Mayıl Quliyev 1946-cı ildə  Də-

vəçi qəsəbə S.M.Kirov adına orta 

məktəbin I sinfinə daxil olub. Məktəbdə 

oxuduğu ilk illərdən özünü çalışqan bir 

şagird kimi göstərib. Məktəbdə gün-

dəlik dərslərdə, bilik yarışmalarında və 

idman tədbirlərində olduqca fəallıq 

göstərib. 1956-cı ildə  həmin məktəbi 

böyük tədris uğurları ilə bitirərək orta 

təhsil haqqında kamal attestatı alıb. 

1957-ci ildə  gənc Mayıl ali təhsil almaq məqsədilə 

sənədlərini Azərbaycan Tibb İnstitutunun tələbə  qəbulu 

komissiyasına təqdim edib. Qəbul imtahanlarını  uğurla 

verdiyinə görə bu ali məktəbin tələbəsi adını qazanıb.  

Həyəcanlı, yaddaqalan, gənclik illərinin qaymağı hesab 

olunan ali təhsil illəri onun həyatında dərin iz salıb. Hələ ilk 

gündən özünü çox çalışqan, bilikli, bacarıqlı, səmimi bir tələbə 

kimi göstərdiyinə görə bütün müəllim və  tələbə kollektivinin 

böyük hörmətinə layiq olub. İnstitutda keçirilən mühazirə-

lərdə, labratoriya məşğələlərində,bilik yarışmalarında zaçot və 

imtahanlarda yüksək fəallıq göstərməsi bir layiqli tələbə kimi 

onu nüfuz sahibinə çevirib. 

1962-ci ildə  gənc Mayıl ali məktəbi müvəffəqiyyətlə 

bitirdiyinə görə onun təyinatı Quba rayonuna verilib. O, Quba 

şəhərindəki 60№-li aptekə reseptar təyin edilib. Bir il bu 

vəzifədə işlədikdən sonra ailə vəziyyətinə və ərizəsinə əsasən 

onun iş yeri Dəvəçii  şəhərinə  dəyişdirilib. 1963-cü ilin iyul 

ayında o, həmin dövrdə  Dəvəçi  şəhərində indiki M.Ə.Rəsul-

zadə (keçmiş V.İ.Lenin) küçəsində fəaliyyət göstərən 64 №-li 

aptekə müdir təyin edilib. Həmin ildən ömrünün axırına kimi, 

yəni 2002-ci ilə kimi düz 39 il bu məsul vəzifədə işləyib. 

İşlədiyi müddətdə rayon əhalisinin gündəlik tələb olunan 




~ 380 ~

dərmanlarla təmin olmasında böyük əməyi olub. Onun 

təşəbbüsü və yaxından köməyi ilə  Dəvəçi  şəhərində yeni 

üçmərtəbəli aptek binası tikilib istifadəyə verilib. Yeni binanın 

istifadəyə verilməsi, dərmanların saxlanması, hazırlanması, 

əhalinin dərman təminatının yaxşılaşmasına güclü təkan verib. 



Mayıl Quliyev dəfələrlə Azərbaycan Baş Apteklər 

İdarəsi tərəfindən mükafatlandırılıb, fəxri fərmanlar alıb. 

Rayonumuzun  əczaçılıq sənətinin mahir mütəxəssisi 

Mayıl Quliyev 22 aprel 2002-ci ildə 64 yaşında vəfat edib.  

Ailəli olub. Hazırda iki övladı, dörd nəvəsi var. 

 

 

 



Mayıl Quliyev həyat yoldaşı Reyhan müəllimə ilə birlikdə 

 

Həyat yoldaşı Peyhan Cəbrayılova ali təhsilli sinif 

müəllimidir. Pedaqoji iş fəaliyyətinə Dəvəçi şəhər T.Abbasov 

adına Dəvəçi şəhər 1 saylı orta məktəbində sinif müəllimi kimi 

başlamışdır. Keçmiş rayon komsomol komitəsində II katib, 

daha sonralar əvvəlki işlədiyi məktəbdə  təqaüdə  çıxana kimi 




~ 381 ~

əmək fəaliyyətini davam etdirmişdir. “Metodist müəllim 



“adını almış,” Qabaqcıl Maarif xadimi “döş nişanı ilə təltif 

edilmişdir. 

Oğlu Fuad Bakı  şəhər 2 saylı Tibb məktəbinin stoma-

tologiya şöbəsini bitirib. Hal-hazırda stomotoloq işləyir.  

Oğlu Fərid Azərbaycan Dövlət Tibb Universitetinin 

stomatologiya fakultəsini bitirib. Stomatoloq-həkim işləyir.  

Nəvələrindən Emin əczaçılıq üzrə kursu bitirib. Ramin 

Bakı Biznes və Kooperasiya kollecində oxuyur. Mayıl və 

Ağanur isə orta məktəb şagirdləridirlər. 

 

 

 



 

 

             



 

 


~ 382 ~

 

 

 

 

 

XI BÖLMƏ 

 

 



 

MƏKTƏBİN ADINA ŞƏRƏF GƏTİRƏN 

MƏZUNLAR 

 

 

  Xalqın ümid yeri özü də sənsən

  Elin uzaq görən gözü də sənsən. 

  Bu günün, sabahın özü də sənsən,  

  Sözündə nur olsa sönməz ulduzun. 

  Vətənin layiqli övladı məzun. 

 

 

 



 

 

 

 

 

      

 

 


~ 383 ~

QƏRİB ORUCOV- SOSİALİST ƏMƏYİ QƏHRƏMANI 

 

Qərib Orucovun adını hələ altımışıncı illərin əvvəllərin-



dən eşitmişdim. Hətta mən texnikumda əyani  şöbədə oxu-

maqla bərabər “Abşeron “qəzetində  ştatdankənar müxbir 

işləyərkən iki dəfə onun işlədiyi briqadadan məqalə və oçerk 

yazmağıma baxmayaraq onunla üz-üzə gələ bilməmişdim. 

Lakin Qərib Orucovun irəliyə doğru atdığı addımları heç 

bir qüvvə saxlaya bilmədi. Kənd təsərrüfatı kimi çətin, 

problemli bir sahəni gözüyumlu idarə edirdi. O dövrlərdə hələ 

30 yaşı olmayan bu insan sanki tərəvəzçiliyin mahir bilicisi 

idi. Onun briqadasını böyük ustalıqla idarə etməsi, yüksək təş-

kilatçılıq bacarığı, gecə-gündüz zəhmətlə sirdaş olması, tərə-

vəz istehsalının sirlərini dərindən öyrənməsi və öz işinə tətbiq 

etməsi nəhayət öz gözəl bəhrəsini verdi .Artıq Dəvəçi rayonun-

da Qərib sanki bir möhtəşəm ulduza döndü. O, gündən-günə, 

ildən-ilə öz halal zəhməti ilə irəliyə gedərək parlayırdı.  

Artıq 1961-1965-ci illərdə  Dəvəçi rayonunun “Sovet 

Konstitusiyası” adına sovxozun briqadiri Q.Orucovun tərə-

vəzçilik briqadası yeddinci beşillik plana vaxtından  əvvəl və 

artıqlaması ilə əməl etdi. Yüksək tərəvəz məhsulu istehsalı ilə 

yanaşı, istehsal olunan məhsulun hər sentinerinin maya 

dəyərini aşağı salınmasına müvəffəq olduğuna görə ona 

Sosialist Əməyi Qəhrəmanı adı verildi. 

Yetmişinci-səksəninci illərdə mən də dövlət məmuru və 

Dəvəçinin bir aktiv ziyalısı kimi rayonun bütün ictimai-siyasi 

və mədəni-kütləvi tədbirlərində fəal iştirak edirdim. O illərdə 

respublikamızın qabaqcıl tərəvəzçisi Qərib Orucov mötəbər 

iclasların kürsüsündən  əskik olmurdu. Həmişə  rəyasət 

heyətində  əyləşərdi. Onda mən onunla hər tədbirdə qiyabi 

surətdə görüşərdim. Lakin onunla üz-üzə oturub söhbət 

etmək heç vaxt mənə qismət olmamışdı. 

Nəhayət 2016-cı ildə  mənim yaddaşımda kök salmış 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə