Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə102/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   98   99   100   101   102   103   104   105   ...   124

~ 366 ~

başlayıb. Bir sözlə, onun yaxından köməkliyi ilə məktəbdə və 

kənddə idmanın kütləviliyi artırılıb. 

 Eyvaz  müəllimin gərgin  əməyi sayəsində  məktəbin 

şagirdləri rayon mərkəzində keçirilən futbol, şahmat, yüngül 

atletika yarışlarında iştirak etmiş  və  nəticədə böyük müvəf-

fəqiyyət qazanaraq mükafat almışlar. Həmin illərdə  məktəb 

“Ağ top “uğrunda Quba şəhərində keçirilən yarışda I dərəcə 

normasını yerinə yetirməyə müvəffəq ola bilib. 

Dağbilici kəndində pedaqoji fəaliyyətdə olduğu illərdə 

məktəbin idman uğurları barədə dövri mətbuatda vaxtaşırı 

çıxışlar edib. “Azərbaycan müəllimi “və ” İdman “qəzetlərində 

məqalələri dərc olunub. 

Eyvaz müəllimin Dağbilici kənd məktəbindəki pedaqoji 

fəaliyyəti və onun məktəbin fiziki tərbiyə sahəsindəki çoxsaylı 

uğurları heç də cavabsız qalmayıb. 1990-cü ildə ona Azərbay-



can SSR Xalq Təhsil Nazirliyinin qərarı ilə  təşkil edilmiş 

attestasiya komissiyasının qərarına  əsasən “baş müəllim” 

adı verilib. 

1993-cü ildə Pirəbədil kənd orta məktəbində müəllimə 

olan ciddi ehtiyacla əlaqədar olaraq Eyvaz müəllim həmin 

məktəbə  bədən tərbiyəsi müəllimi köçürülüb. 1993-2005-ci 

illərdə bu məktəbdə pedaqoji sahədə çalışan E.Orucov həmin 

tədris ocağında idmanın kütləviliyini canlandıra bilib. Məhz bu 

səbəbdən də onun burada işlədiyi illərdə  məktəb  şahmat, 

voleybiol, eləcə  də  hərbi idman oyunları üzrə rayon birinci-

liyində keçirilən bir sıra yarışlarda mükafata layiq nəticələr 

göstərib. 

2005-ci ildən hal- hazıradək, yəni 10 ildən artıqdır ki, 

Eyvaz Orucov Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov adına 

4 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Bu 

məktəbdə  də öz işi və hünəri ilə Eyvaz müəllim öz sözünü 

deyə bilib. Doğma Azərbaycanımıza layiq ola biləcək mükəm-

məl fiziki hazırlıqlı  gənclərin yetişdirilməsini burda əsas 




~ 367 ~

məsələ kimi qəbul edib. 

O, məktəbin “Cəsurlar” və  “Şahin” kimi yüksək hərbi 

bilik və bacarığa malik olan komandalarının hazırlanmasını öz 

qarşısına yüksək məqsəd qoyub. “Cəsurlar “komandası son  

8 ildə ardıcıl olaraq rayon çempionu adını qazanmış, 6 dəfə 

zona birinciliyinin qalibi olmuş  və yüksək mükafat almış-

dırMəktəbin bu komandası respublika final yarışlarında 

da uğur qazanmağa müvəffəq ola bilmişdir. 

Respublika final yarışlarında əldə etdiyi uğurlu nəticələrə 

görə  məktəbin “Cəsurlar” komandası Azərbaycan Təhsil 

Nazirliyinin, Gənclər və  İdman Nazirliyinin və Fövqəladə 

Hallar Nazirliyinin diplomlarına və qiymətli hədiyyələrinə 

sahib olmuşdur. 

Eyvaz müəllim bu gün də daim çalışqan, yenilik axtarı-

şında olan bir insandır. Onunla məktəb haqqında söhbət 

zamanı o dedi: “Cəsurlar” komandasının üzvlərindən Camallı 

Şahin hazırda Heydər Əliyev adına Ali Hərbi Akademiyasının 

tələbəsidir.  

Vaxtıkən komandanın üzvü olmuş Qara isə Respublika 

Daxili Qoşunlarının Hərbi Akademiyasında təhsil alır. 

“Cəsurlar” komandasının üzvü olmuş bir neçə məzunumuz isə 

Respublika Daxili Qoşunların heyətində çalışır. 

Məktəbimizdə  şahmat dərnəyi fəaliyyət göstərir. Onun 

üzvləri rayonda keçirilən pilot məktəblər arasında  şahmat 

yarışının qalibi olmuş  və respublika final yarışlarında iştirak 

etmək hüququ qazanmışlar.  

Söhbət zamanı Eyvaz müəllim sözünə belə davam etdi: 

“Məktəbimizin  şagirdlərində futbola da maraq yaratmışam. 



VII sinif şagirdləri arasında keçirilmiş “Coco Cola” 

kubokunun rayon turunda məktəb şagirdləri I yeri tutmuş, 

zona birinciliyində iştirak hüququ qazanmışlar. 

E.Orucov fəal idman müəllimi olmaqla yanaşı, həm də 

məsuliyyətli və  tələbkar sinif rəhbəridir. 2015/2016-cı  tədris 



~ 368 ~

ilinin yekununda onun rəhbər olduğu sinfi bitirmiş  məzun-

lardan 500-dən artıq bal qazanan olub. Onlardan Həsən 

Dəmirovun və Famil Qasımovun adını göstərmək olar. Digər 

məzunlardan da müxtəlif ali məktəblərə daxil olanları vardır. 

Bundan  əlavə Eyvaz müəllim məktəbin və rayonun içtimai 

tədbirlərində də geniş iştirak edir. 

Eyvaz müəllim ailəlidir. Üç övladı var. Övladlarının hər 

üçü ali təhsillidir. Qızı Aysel bu il Bakı Dövlət Universitetinin 

Magistraturasını fərqlənmə diplomu ilə bitirib. Oğlu Ülvi hərbi 

xidmətdə Vətəni qoruyur. Böyük qızı bank işçisidir.  

 

          



 

 

 

 

              

 

 


~ 369 ~

 

 

 

 

 

X BÖLMƏ 

 

 

UNUDULMAZ XATİRƏYƏ 

ÇEVİRİLƏN MƏZUN ÖMRÜ 

 

 

 

Poladdan dirəyi əlinlə əysən, 

Qızıldan bahalı libas da geysən, 

Nə qədər təbii yemək də yesən, 

Vaxt çatanda əcəl aparar səni

Bu fani dünyadan qoparar səni. 

  

  

                     

 

 

 

 

 

         

 

 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə