~ 366 ~
başlayıb. Bir sözlə, onun yaxından köməkliyi ilə məktəbdə və
kənddə idmanın kütləviliyi artırılıb.
Eyvaz müəllimin gərgin əməyi sayəsində məktəbin
şagirdləri rayon mərkəzində keçirilən futbol, şahmat, yüngül
atletika yarışlarında iştirak etmiş və nəticədə böyük müvəf-
fəqiyyət qazanaraq mükafat almışlar. Həmin illərdə məktəb
“Ağ top “uğrunda Quba şəhərində keçirilən yarışda I dərəcə
normasını yerinə yetirməyə müvəffəq ola bilib.
Dağbilici kəndində pedaqoji fəaliyyətdə olduğu illərdə
məktəbin idman uğurları barədə dövri mətbuatda vaxtaşırı
çıxışlar edib. “Azərbaycan müəllimi “və ” İdman “qəzetlərində
məqalələri dərc olunub.
Eyvaz müəllimin Dağbilici kənd məktəbindəki pedaqoji
fəaliyyəti və onun məktəbin fiziki tərbiyə sahəsindəki çoxsaylı
uğurları heç də cavabsız qalmayıb. 1990-cü ildə ona Azərbay-
can SSR Xalq Təhsil Nazirliyinin qərarı ilə təşkil edilmiş
attestasiya komissiyasının qərarına əsasən “baş müəllim”
adı verilib.
1993-cü ildə Pirəbədil kənd orta məktəbində müəllimə
olan ciddi ehtiyacla əlaqədar olaraq Eyvaz müəllim həmin
məktəbə bədən tərbiyəsi müəllimi köçürülüb. 1993-2005-ci
illərdə bu məktəbdə pedaqoji sahədə çalışan E.Orucov həmin
tədris ocağında idmanın kütləviliyini canlandıra bilib. Məhz bu
səbəbdən də onun burada işlədiyi illərdə məktəb şahmat,
voleybiol, eləcə də hərbi idman oyunları üzrə rayon birinci-
liyində keçirilən bir sıra yarışlarda mükafata layiq nəticələr
göstərib.
2005-ci ildən hal- hazıradək, yəni 10 ildən artıqdır ki,
Eyvaz Orucov Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov adına
4 saylı tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Bu
məktəbdə də öz işi və hünəri ilə Eyvaz müəllim öz sözünü
deyə bilib. Doğma Azərbaycanımıza layiq ola biləcək mükəm-
məl fiziki hazırlıqlı gənclərin yetişdirilməsini burda əsas
~ 367 ~
məsələ kimi qəbul edib.
O, məktəbin “Cəsurlar” və “Şahin” kimi yüksək hərbi
bilik və bacarığa malik olan komandalarının hazırlanmasını öz
qarşısına yüksək məqsəd qoyub. “Cəsurlar “komandası son
8 ildə ardıcıl olaraq rayon çempionu adını qazanmış, 6 dəfə
zona birinciliyinin qalibi olmuş və yüksək mükafat almış-
dır. Məktəbin bu komandası respublika final yarışlarında
da uğur qazanmağa müvəffəq ola bilmişdir.
Respublika final yarışlarında əldə etdiyi uğurlu nəticələrə
görə məktəbin “Cəsurlar” komandası Azərbaycan Təhsil
Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Fövqəladə
Hallar Nazirliyinin diplomlarına və qiymətli hədiyyələrinə
sahib olmuşdur.
Eyvaz müəllim bu gün də daim çalışqan, yenilik axtarı-
şında olan bir insandır. Onunla məktəb haqqında söhbət
zamanı o dedi: “Cəsurlar” komandasının üzvlərindən Camallı
Şahin hazırda Heydər Əliyev adına Ali Hərbi Akademiyasının
tələbəsidir.
Vaxtıkən komandanın üzvü olmuş Qara isə Respublika
Daxili Qoşunlarının Hərbi Akademiyasında təhsil alır.
“Cəsurlar” komandasının üzvü olmuş bir neçə məzunumuz isə
Respublika Daxili Qoşunların heyətində çalışır.
Məktəbimizdə şahmat dərnəyi fəaliyyət göstərir. Onun
üzvləri rayonda keçirilən pilot məktəblər arasında şahmat
yarışının qalibi olmuş və respublika final yarışlarında iştirak
etmək hüququ qazanmışlar.
Söhbət zamanı Eyvaz müəllim sözünə belə davam etdi:
“Məktəbimizin şagirdlərində futbola da maraq yaratmışam.
VII sinif şagirdləri arasında keçirilmiş “Coco Cola”
kubokunun rayon turunda məktəb şagirdləri I yeri tutmuş,
zona birinciliyində iştirak hüququ qazanmışlar.
E.Orucov fəal idman müəllimi olmaqla yanaşı, həm də
məsuliyyətli və tələbkar sinif rəhbəridir. 2015/2016-cı tədris
~ 368 ~
ilinin yekununda onun rəhbər olduğu sinfi bitirmiş məzun-
lardan 500-dən artıq bal qazanan olub. Onlardan Həsən
Dəmirovun və Famil Qasımovun adını göstərmək olar. Digər
məzunlardan da müxtəlif ali məktəblərə daxil olanları vardır.
Bundan əlavə Eyvaz müəllim məktəbin və rayonun içtimai
tədbirlərində də geniş iştirak edir.
Eyvaz müəllim ailəlidir. Üç övladı var. Övladlarının hər
üçü ali təhsillidir. Qızı Aysel bu il Bakı Dövlət Universitetinin
Magistraturasını fərqlənmə diplomu ilə bitirib. Oğlu Ülvi hərbi
xidmətdə Vətəni qoruyur. Böyük qızı bank işçisidir.