~ 357 ~
illik dövrünü Dəvəçi rayonunda işləyib. N.Aşurov həmin
dövrün ilk 9 ilini (1950-1959-cu illər) Dəvəçi rayon Partiya
Komitəsinin I katibi vəzifəsində çalışıb. 1973-cü ildə dünya-
sını dəyişib.
Şəfiqənin anası Gülarə Aşurova (Bayramova) isə Qələ-
gahda kənd Sovetinin sədri olub.
Şəfiqə Aşurova 1945-ci ildə Qonaqkənd qəsəbə orta
məktəbin I sinfinə daxil olub.1950-ci ilə kimi bu məktəbdə
təhsil alıb. Atasının iş yerinin dəyişməsi ilə əlaqədar olaraq
orta təhsilini Dəvəçi qəsəbə S.M.Kirov adına orta məktəbdə
davam etdirib və 1955-ci ildə orta məktəbi müvəffəqiyyətlə
bitirərək kamal attestatı alıb.
Ş.Aşurova Dəvəçi qəsəbəsindəki orta məktəb illərini xoş
xatirə kimi belə yada salır: “Oxuduğum müddətdə mənə dərs
deyən müəllimləri heç zaman unutmayacağam. Çünki mən
onların mənə öyrətdiyi bilik və savadın sayəsində həyatda öz
istəyimə nail ola bilmişəm. Bütün həyatım boyu onların
verdiyi savaddan bəhrələnmişəm. N.Mehdiyev, İ.İsaqov,
H.Cəbrayılov, B.Şükürov, N.Quliyev, X.Fərzəliyev, A.Quli-
yev, L.Şeller, B.Muradəliyev, R.Hüseynov, R.Hacıyev,
T.Məmmədova, T.Musayeva, N.Məmmədova, F.Qrat və digər
müəllimləri şirin xatirələrlə yad edirəm.
Sinif yoldaşlarım isə heç yadımdan çıxmır. Məktəb
illərinə aid albomu vərəqlədikcə şagird yoldaşlarımın hər biri
ilə bağlı olan xoş xatirələr yada düşür. “
1955-ci ildə orta məktəbi uğurla bitirən Şəfiqə Aşurova
sənədlərini Azərbaycan Dövlət Universitetinin tələbə qəbulu
komissiyasına verib. Qəbul imtahanlarında müvəffəqiyyət
qazandığına görə həmin ali məktəbin fizika riyaziyyat
fakultəsinə qəbul olub.
Həmin ali məktəbi yüksək təhsil göstəriciləri ilə bitirən
gənc Şəfiqənin təyinatı Dəvəçi rayonuna verilib. O, Dəvəçi
dəmir yol stansiyası 44 №-li səkkizillik məktəbinə fizika
~ 358 ~
müəllimi təyin edilib. Bütün 3-illik təyinat müddətini o, bu
məktəbdə çalışıb.
1964-cü ildə ailə vəziyyətinə və ərizəsinə görə Şəfiqə
müəllimə Dəvəçi şəhər keçmiş S.M.Kirov adına səkkizilik
məktəbinə ixtisası üzrə müəllim köçürülüb. 2008-ci ilə kimi
düz 44 il o, bu məktəbdə fizika müəllimi işləyib. Dərs dediyi
şagirdlərə yeni-yeni təhsil üsullarından və texnologiyalarından
istifadə edərək yüksək bilik verilməsinə nail olub.
Attestasiya komissiyasının qərarına əsasən 20 aprel
1998-ci ildə o, “baş müəllim” adına layiq görülüb.
Ş.Aşurova fizika dərslərində həmişə şagirdlərin fəallığını
artırmaq, onların müstəqil çalışmasını təmin etmək məqsədilə
təhsilin müxtəlif forma və üsullarından, əyanilikdən, təlim
üçün nəzərdə tutulmuş texniki və əyani vəsaitlərdən, fizika
fənninə dair əyani halda aparılan laboratoriya təcrübələrindən
geniş istifadə edib. Rayonda tanınmış fizika müəllimləri Fikrət
Əfəndiyev, Şəfa Həmidova, Şəms Həmidova, A.Musayeva və
başqaları onun fəal ardıcılları hesab olunub.
Şəfiqə Aşurovanın bir sinif rəhbəri kimi də öyünməyə
haqqı vardır. O, daim rəhbəri olduğu hər bir sinfin şagirdləri
ilə müntəzəm iş aparıb, onlarla əlaqəli işləyib. Dərs dediyi
şagirdləri öz övladı kimi sevib. Onların cəmiyyət üçün bilikli
və dəyərli, Vətənə layiqli, xalqa arxa olacaq bir vətəndaş kimi
yetişməsinə çalışıb və bu vacib məsələyə bütün əmək
fəaliyyəti dövrü xüsusi və vaxtaşırı diqqət yetirib.
Şəfiqə müəllimənin sinif rəhbəri olduğu və dərs dediyi
məzunlar hal-hazırda rayonumuzun, eləcə də respublikamızın
müxtəlif idarə, müəssisə və təşkilatlarında, eləcə də ordu
sıralarında dövlətimizə və xalqımıza xidmət edirlər. Onlar ara-
sında demək olar ki, bütün peşə sahiblərindən var: mühəndis,
həkim, müəllim, jurnalist, hərbçi, dəmiryolçu, polis işçisi,
sürücü, tərcüməçi, dövlət məmuru və s.
Yüksək dünya görüşünə və intellektual baxışlara malik
~ 359 ~
olan bu gözəl pedaqoqla bu kitab barədə söhbət edərkən o,
bildirdi ki, keçmiş şagirdlərini bir zərrə də unutmayıb. Elə bil
bu gün də onlara elm və bilik öyrədir. Bir ana kimi onların
qayğısını çəkir.
O, Ağalar Mirzə, Bayraməli Novruzəliyev, Aydın
Tağıyev, Oktay Umayev, Anar Hacıyev, Sədaqət Əsgərova,
Fikrət Əfəndiyev, Qiyas Məcidov, Ramiz Vahabov, Musa
Musayev, Mübariz Əmirov, Akif Poladov, Ramiz Səlimov,
Tofiq Əmrahov, Allahyar Xəlilov, Roman Yusifov, Hikmət
Məmmədov, Füzuli Aslanov, Rəşad Əmrahov, Azər və Aida
Ağayevlər və başqa keçmiş şagirdləri ilə fəxr edir. Onların
adını “şagirdim olub” deyərək tez-tez yada salmaqla böyük
qürur hissi keçirir. Müəllimənin keçmiş şagirdlərindən dünya-
sını dəyişən insanlara Allahdan rəhmət diləyirik.
Ş.Aşurova Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov
adına 4 saylı tam orta məktəbdə işlədiyi dövrdə özünü çox
aktiv, bilikli, bacarıqlı və təcrübəli bir müəllim kimi göstərib.
O, məktəbdə müəllimlik fəaliyyəti ilə yanaşı məktəbin və
rayonun bir çox ictimai tədbirlərində fəal iştirakçı olub. İctimai
qaydada olsa da məktəb fənn metodbirləşməsinin rəhbəri və
həmkarlar ittifaqının sədri kimi məsul işləri həmişə layiqincə
yerinə yetirib.
Gənc nəslin təlim-tərbiyəsi sahəsində məsuliyyət his-
sini dərk edərək daim işinə can yandıran Şəfiqə müəlli-
mənin uzunmüddətli səmərəli əməyi işlədiyi məktəb, rayon
Təhsil Şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi
tərəfindən neçə-neçə fəxri fərmanlarla qiymətləndirilib.
Ailəlidir. 1963-cü ildə fiziki tərbiyə və idman müəllimi
Nuru Pirquliyevlə ailə həyatı qurub. Üç övladı var.
Oğlu Nofəl Azərbaycan Texniki Universitetini bitirib.
Ali təhsilli mühəndisdir. Kommersiya fəaliyyəti ilə məşğuldur.
Üç övladı var.
Oğlu Səbuhi Bakı Sovet Ticarəti texnikumunu bitirib. Üç
Dostları ilə paylaş: |