~ 360 ~
övladı var.
Qızı Aytən M.F.Axundov adına Dillər Universitetini
bitirib. Şabran şəhər M.Nəzirov adına 4 saylı orta məktəbində
rus dıli müəllimi işləyir. Üç övladı var.
Şəfiqə müəllimə nəvələri ilə də fəxr edir. Nəvələrindən
Şəbnəm Azərbaycan Kooperasiya Universitetini və Azərbay-
can İqtisad Universitetinin maqistraturasını bitirib. Bakı
şəhərində “Nurgün” şirkətlər qrupunda işləyir. Elvin Azərbay-
can Dövlət İqtisad Universitetini bitirib. Əsgəri xidmətdədir.
Aytac Azərbaycan İqtisad Universitetini və həmin ali məktəbin
mağistraturasını bitirib. Nəvələri Aydan Azərbaycan Dillər
Universitetində, Mənsurə Bakı Musiqi Akademiyasında,
Mehdi isə Bakı Biznes Universitetində təhsil alır.
44 il bu məktəbin tanınmış fizika müəllimi olmuş Şəfiqə
müəllimlə söhbətimiz sona çatarkən o, öz sözünü belə
yekunlaşdırdı: “Şagirdlərimin təlim-tərbiyəsində, onlara
bilik və bacarıq aşılanmasında, vətənpərvərlik tərbiyəsində
az da olsa, əməyim olduduğu üçün özümü xoşbəxt
sayıram.”
RAMİN BAYRAMOV
Siz Ramin müəllimi tanıyırsınızmı? Bəli, mən tarix
müəllimi işləyən öz oğlum Ramini deyirəm. Tanış olun, o, əsl
təmizlik mücəssəməsi və saflıq nümunəsidir. Sakit təbiətli,
səmimi, mehriban və hörmətcildir. Sağlam düşüncəli, saf
ruhlu, çox ciddi və tələbkar, prosedur qaydalarına yerli-
yerində əməl edən bir ziyalıdır.
Qeybəti və paxıllığı sevməyən, yalan danışmağı və
yaltaqlığı bacarmayan bu insanın daxili dünyası deyərdim ki,
~ 362 ~
Ramin Zakir oğlu Bayramov
04 oktyabr 1980-cı ildə Şabran şəhə-
rində ziyalı ailəsində dünyaya göz
açıb.
Atası, bu kitabın müəllifi Zakir
Həmid oğlu Bayramov (Bayramlı)
1948-ci ildə Şabran ( keçmiş Dəvəçi )
rayonunun Sumaqova kəndində
müəllim ailəsində doğulub. Uzun
illər rayon Təhsil Şöbəsində baş
mühasib, eləcə də rayon Sosial
Təminat Şöbəsində baş inspektor və rayon 11 saylı Tikinti
idarəsində kadr üzrə müfəttiş vəzifələrində işləyib. Eyni
zamanda ədəbi yaradıcılıqla məşğuldur. 2 şeir, 4 bədii-
publisistik kitabın müəllifidir. Hal-hazırda dövlət qulluğu üzrə
təqaüddədir.
Anası Elmira Gülağa qızı Bayramova 1952-ci ildə Də-
vəçi şəhərində anadan olub. Keçmiş Dəvəçi üzümçülük
sovxozunda üzümçü, N.Nərimanov adına sovxozda tərəvəzçi,
Şabran (keçmiş Dəvəçi) şəhər 1 saylı uşaq bağçasında isə tər-
biyəçi köməkçisi vəzifələrində çalışıb. Hal-hazırda təqaüd-
dədir.
R.Bayramov 1987-ci ildə Şabran (keçmiş Dəvəçi) şəhər
1 saylı orta məktəbin I sinfinə qəbul olub. 1998-ci ildə həmin
məktəbin XI sinfini bitirib.
Orta məktəbi bitirdikdən sonra gənc Ramin ali təhsil
almaq məqsədilə sənədlərini Tələbə Qəbulu üzrə Dövlət
komissiyasına verib. Qəbul imtahanlarını uğurla verdiyi üçün
ADPU-nun tarix fakultəsinin əyani şöbəsinə qəbul olub.
Raminin ali təhsil aldığı illər çox uğurlu keçib. Bilikli,
bacarıqlı və çalışqan bir tələbə kimi bu təhsil ocağının müəllim
və tələbə kollektivi arasında yaxşı ad-san qazanıb. Univer-
sitetdə keçirilən bilik yarışlarının və idman tədbirlərinin ən