~ 363 ~
fəal iştirakçısı olub. Çox keçməyib ki, ali məktəb illəri öz
gözəl və zəngin nəticələri ilə unudulmaz xatirəyə çevrilib.
2002-ci ildə gənc Ramin universiteti bitirıb, onun təyi-
natını doğma rayonu Şabrana (keçmiş Dəvəçiyə) verilsə də o,
işə başlamazdan əvvəl hərbi xidmətə yollanıb. Naxçıvan
Muxtar Respublikasında “N” hərbi hissədə xidmət edib.
2003-cü ildə hərbi borcunu yerinə yetirən Ramin
Bayramov ixtisası üzrə pedaqoji işə başlayıb. Əvvəlçə Şabran
(keçmiş Dəvəçi) şəhər 2 saylı əsas məktəbində, sonra isə
Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov adına 4 saylı tam
orta məktəbində tarix müəllimi işləyib.
2011-ci illərdə Ramin müəllimin pedaqoji təcrübəsi və
təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq onu həmin məktəbin
təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə irəli
çəkiblər. 2011-2013-cü illərdə o, bu məsul vəzifədə ürəklə və
böyük məsuliyyətlə çalışıb. Ancaq o, müəllim peşəsini bütün
vəzifələrdən uca tutduğuna görə müəllim kimi işləməyə
üstünlük verib. Hazırda 13 ildir ki, bu qocaman təhsil ocağında
böyük həvəs və məhəbbətlə Vətənimizin tarixini tədris edir.
Dərs dediyi şagirdlərə tariximizi sevə-sevə öyrətməyə çalışır
və nəticədə də buna uğurla nail ola bilir.
Ailəlidir, həyat yoldaşı Ofelya Əlağa qızı Bayramova
1985-ci ildə Şabran şəhərində dünyaya gəlib. 2006-cı ildə
Azərbaycan Müəllimlər İnstitutunu fərqlənmə diplomu ilə
bitirib. Ali təhsilli sinif müəllimidir. Hal- hazırda Şabran şəhər
R.Yusifov adına 2 saylı lisey-tam orta məktəbində sinif
müəllimi işləyir.
Ramin müəllimin iki övladı var. Böyük oğlu Bəylər IV
sinifdə dərs əlaçısıdır. Kiçik oğlu Zakir isə I sinifdə oxuyur.
~ 365 ~
Məni bir də sevindirən odur ki, artıq çəkidən və kökəl-
mək problemindən əziyyət çəkən bəzi fiziki tərbiyə müəllim-
lərindən fərqli olaraq idmançı çevikliyini və normal çəki
dərəcəsini bu günə qədər qoruyub saxlaya bilib Eyvaz
müəllim . İndi də gəlin onunla yetərincə yaxından tanış olaq:
Eyvaz Əlibala oğlu Orucov
1965-ci ilin dekabr ayının 25-də Şab-
ran (keçmiş Dəvəçi) rayonunun ən
dilbər güşələrindən biri sayılan Suma-
qova kəndində fəhlə ailəsində dün-
yaya göz açıb. 1973-1983-cü illərdə
qonşu Pirəbvədil kənd orta məktə-
bində təhsil alıb. 1983-cü ilin iyul
ayında həmin məktəbi bitirmək haq-
qında kamal attestatı almağa müvəffəq
olub.
Orta məktəbi qurtardığı ildə Eyvaz təhsil sənədlərini
Bakı Bədən Tərbiyəsi Texnikumuna verib. Qəbul imtahan-
larından uğurla keçərək texnikuma qəbul olub. 1985-ci ildə isə
məktəbi müvəffəqiyyətlə bitirib. İşləmək üçün onun təyinatı
doğma rayonu Şabrana (keçmiş Dəvəçiyə) verilib.
Şabran (keçmiş Dəvəçi) rayon XMŞ-nin əmriu ilə Eyvaz
Orucov rayonun Yanıqələz kənd 8-illik məktəbinə bədən
tərbiyəsi müəllimi təyin edilib. Ciddi ehtiyaca görə bir ildən
sonra rayonun Dağbilici kənd otra məktəbinə ixtisası üzrə
müəllim köçürülüb. Burada o, 7 il müəllim işləyib. Dəniz
səviyyəsindən 700 metr yüksəklikdə yerləşən bu kənd öz
füsunkarlığı ilə rayonumuzun digər kəndlərindən heç də geridə
qalmır. Gözəl havası, suyu və insanları olan bu kənddə Eyvaz
müəllim uşaqlar, yeniyetmələr və gənclər arasında fiziki
tərbiyyənin və idmanın səviyyəsini yüksəltməyi qərara alıb.
Az müddətdə onun köməyi ilə məktəbdə idmana böyük maraq
yaranıb. Məktəbdə rəngarəng idman tədbirləri keçirilməyə