Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


siz də  gəlin onun həyat və  əmək tarixçəsi ilə bir qədər



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə109/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   105   106   107   108   109   110   111   112   ...   124

~ 391 ~

siz də  gəlin onun həyat və  əmək tarixçəsi ilə bir qədər 

yaxından tanış olun: 

Mübariz Mirəziz oğlu  Əmirov 

1947-ci ilin yanvar ayının 10-da 

Şabran (keçmiş  Dəvəçi)  şəhərində 

ziyalı ailəsində anadan olub. Atası 

Mirəziz  Əmirov uzun illər rayonun 

ticarət obyektlərində müdir və anbar 

müdiri vəzivəsində çalışıb. Dəvəçidə 

öz adı-sanı, xüsusi hörməti, sözünün 

kəsəri və bütöv olması ilə tanınıb. 

M.Əmirov 1954-cü ildə ilk dəfə 

məktəbə gedib. Tam ibtidai təhsilini 

və natamam təhsilinin bir hissəsini Dəvəçi qəsəbə S.M.Kirov 

adına orta məktəbində alıb. Sonralar orta təhsilini indiki 

Şabran şəhər  T.Abbasov adına 1 saylı tam orta məktəbdə da-

vam etdirib. 1965-ci ildə orta məktəbi bitirərək kamal attestatı 

alıb. Gənc Mübariz orta məktəbi bitirdikdən sonra ali məktəbə 

qəbul olunmaqdan ötrü imtahanlara hazırlaşmaq məqsədilə bir 

müddət istehsalatda işləməyi qərara alıb. 

1969-cu ildə o, sənədlərini Azərbaycan Pedaqoji İnstitu-

tunun tələbə qəbulu komissiyasına verib. Qəbul imtahanlarını 

müvəffəqiyyətlə verərək ali məktəbin tələbəsi adını qazanıb. 

1969-1973-cü illərdə ali məktəb dövrü tələbə Mübarizin həya-

tında unudulmaz səhifə açıb. Bu dövrlərdə onun bilikli, baca-

rıqlı və çalışqan tələbə kimi atdığı hər uğurlu addım ona təhsil 

aldığı inistitutda böyük hörmət və nüfuz qazandırıb. Gündəlik 

mühazirələrdən tutmuş bilik yarışmasınadək bütün tədbirlərdə 

fəal iştirak edib. Oxuduğu ali məktəbin tələbə elmi cəmiyyə-

tinin ən yenilikçi, ən təşəbbüskar, elmi tədqiqatlara və araşdır-

malara yüksək meyli olan üzvü kimi böyük fəallıq göstərib. 

1973-cü ildə  gənc Mübariz ali məktəbi uğurla başa 

vuraraq ali təhsil haqqında diplom alıb. İşləmək üçün təyinatı 




~ 392 ~

Dəvəçi rayonuna verilib. Əvvəlcə rayonun Baş  Əmirxanlı 

kənd orta məktəbində müəllim, bir il sonra isə rayonun Surra 

kənd səkkizillik məktəbində müəllim və məktəb direktorunun 

müavini vəzifəsində işləyib. 

Lakin Mübariz müəllimin qəlbində baş qaldıran bir arzu 

onu çox narahat edirdi. Belə ki, o, hələ ali məktəbdə oxuduğu 

illərdə elmi-tədqiqat işlərini davam etdirməyi qarşısına məqsəd 

qoymuşdu. Ona görə  də M.Əmirov 1975-ci ildə elmi 

fəaliyyətini davam etdirmək məqsədilə Bakı şəhərinə qayıdıb. 

Həmin ildə  də Azərbaycan Pespublikası Elmi Tədqiqat 

Pedaqoji Elmlər  İnstitutunun Hüququn tədrisi metodikası 

ixtisası üzrə  təhsil almaqdan ötrü aspiranturaya qəbul olmaq 

şansı qazanıb. 1978-ci ildə aspiranturanı müvəffəqiyyətlə 

bitirib. Həmin ildə  də  hüquq elmləri doktoru Murtuz 

Ələskərovun və pedaqoji elmlər doktoru (mənim hörmətli 

müəllimim)  Əjdər Ağayevin rəhbərliyi ilə dissertasiya 

müdafiə edərək pedaqoji elmlər üzrə  fəlsəfə doktoru elmi 

dərəcəsi alıb. 

Sonrakı 7 ildə, yəni 1978-1985-ci illərdə Mübariz 

Əmirov Azərbaycan ETPRİ-da kiçik elmi işçi kimi çalışıb. 

Əmək fəaliyyətinin növbəti 14 ilində isə, yəni 1985-1999-cu 

illərdə Azərbaycan Respublikası  Təhsil Problemləri  İnstitu-

tunda  şöbə müdiri vəzifəsində  işləyib. Bir çox elmi 

araşdırmaların müəllifi olan Mübariz müəllim 1986-ci ildən 

bugünədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Türk 

və  Şərqi Avropa xalqları tarixinin tədrisi metodikası “kafed-

rasında dosent vəzifəsində çalışır. 

Mübariz müəllimin elm sahəsində  uğurları tükənmək 

bilmir. O, 100-dən artıq elmi əsərin müəllifi, onlarla tədris 

proqramının tərtibçisidir. Azərbaycan Respublikası Konstitusi-

yasının  əsasları, insan və  cəmiyyət, eləcə  də digər tarix 

dərsliklərinin müəlliflərindəndir.  

 Bundan əlavə M.Əmirov elm sahəsində öz ardıcıllarının 




~ 393 ~

yetişdirilməsinə  də xüsusi diqqət göstərib. O, elm sahəsinə 

təzəcə cığır açmaq istəyən neçə-neçə gənc alimin elmi rəhbəri 

kimi çətin və  məsul bir vəzifəni yerinə yetirib. Onun elmi 

rəhbərliyi altında neçə  gənc tarixçi tədqiqat işini və öz elmi 

araşdırmalarını davam etdirməkdədir. 

Xarici mətbuatda Mübariz Əmirovun çoxlu elmi məqa-

lələri işıq üzü görüb. Bütün bunlar isə sevimli həmyerlimizə 

böyük uğurla yanaşı, dünya hörməti, nüfuzu və şöhrəti gətirib. 

Ailəlidir, iki övladı var. 



 

 

 



 

ALİYƏ NƏZİROVA - “BİR ÖMÜR DURNALAR  

QOŞA UÇSA YORULMAZ” 

 

Azərbaycan xalqının nəsillərdən-nəsillərə ötürülən və 

bu günümüzdə  də öz təravətini və  dəyərini itirməyən bir 

atalar sözü yaşayır: “Ömürlər örtülüdür, həm qocaya, həm 

cavana.” 

Doğrudan da heç kim əvvəlcədən nə qədər yaşayacağını 

bilməyə qadir deyil. Bu vaxtın qədərini isə Allah- Taaladan 

başqa kimsə bilə bilməz. Lakin elə ömürlər də var ki, onlar 

uzun və ya qısa olmasından asılı olmayaraq mənalı  və 

yaddaqalandır. Ömrünün 77-ci ilini yaşayan Aliyə Nəzirova 

da belə ömür sahiblərindəndir. 

Aliyə müəlliməni mən 1972-ci ildən - Dəvəçi şəhərində  

2 saylı orta məktəb fəaliyyətə başlayan vaxtdan tanıyıram. 

Çünki o, 1963-cü ildə ali məktəbi bitirib T.Abbasov adına  

1 saylı orta məktəbdə müəllim kimi ilk pedaqoji fəaliyyətə 

başlayanda mən artıq Bakı  şəhərində texnikumun əyani 

şöbəsində oxuyurdum. 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə