Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə117/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   113   114   115   116   117   118   119   120   ...   124

~ 418 ~

Əzizə Dünyamalı  qızı Muradova 

(Səmədova) 1942-ci ildə  Şabran (keç-

miş  Dəvəçi) rayonunun Zöhramı  kən-

dində ziyalı ailəsində günyaya göz 

açıb.  


Atası Dünyamalı kişi dövrünün 

fəal, yerli camaat ilə qaynayıb qarışan, 

kənd içində hörməti və nüfuzu ilə 

seçilən bir insan olub. Kənddə dövlət 

və kolxoz quruculuğunun yaradılma-

sında və möhkəmlənməsində yaxından iştirak edib. İlk partiya 

təşkilatının yaranmasında böyük aktivlik göstərib. Müha-

ribədən  əvvəlki dövrlərdə ticarət sistemində çalışıb. Böyük 

Vətən müharibəsi başlayandan bir il sonra cəbhəyə yollanan 

Dünyamalı kişi 1942-1943-cü llərdə müharibədə faşist 

işğalçılarına qarşı aparılan bir sira döyüşlərdə  iştirak edib. 

Lakin 1943-ci ilin payızında olduqca şiddətli keçən döyüşlərin 

birində ağır yaralanaraq həlak olub. 

Ə.Muradova 1949-cu ildə Zöhramı  kənd ibtidai məktə-

bində ilk dəfə  dərsə başlayıb. 1953-cü ildə  həmin məktəbi 

bitirərək təhsilini rayon təhsilinin beşiyi sayılan Pirəbədil kənd 

orta məktəbində davam etdirib.1956-cı ildə Pirəbədil kənd orta 

məktəbində yeddinci sinfi bitirib, natamam təhsil haqqında 

şəhadətnamə alıb. Həmin ildə ailəsi ilə birlikdə  Dəvəçi 

qəsəbəsinə köçdüyünə görə  Dəvəçi qəsəbə S.M.Kirov adına 

orta məktəbdə orta təhsil almağa başlayıb. 1959-cu ildə həmin 

məktəbi uğurla bitirərək orta təhsil haqqında kamal attestatı 

almağa müvəffəq olub.  

Rayonun ən dilbər guşələrindən biri olan, təbiətin min bir 

gözəllikdən özünə don biçmiş səfalı Zöhramı kəndində uşaqlıq 

və yeniyetməlik çağlarını yaşayan və  Dəvəçi qəsəbə orta 

məktəbini müvəffəqiyyətlə başa vuran gənc Əzizənin qəlbində 

ədəbiyyat müəllimi olmaq arzusu baş qaldırıb. Artıq onun bu 




~ 419 ~

fikrini  əvvəlcədən IX-Xİ sinifdə ona dərs deyən  ədəbiyyat 

müəllimləri və şagird rəfiqələri də başa düşmüşdülər. 

Məqsədinə çatmaq arzusunu reallaşdırmaq üçün o, 1959-

cu ildə  təhsil sənədlərini S.M.Kirov adına ADU-nun tələbə 

qəbulu komissiyasına təqdim edib. Gərgin keçən imtahanlarda 

həllədici uğur qazanan gənc  Əzizə  həmin ali məktəbin 

filologiya fakultəsinə qəbul olub.  

Unudulmaz, lakin çətin keçən tələbəlik həyatı, gərgin 

keçən mühazirələr, dərs məşğələləri, zaçot və imtahanlar Əzizə 

Muradovada elmə, təhsilə olan həvəsi, istəyi zərrə  qədər 

soyuda bilməyib. Elə ali təhsilin birinci ilinin sonunda gənc 

Əzizənin adı  tələbə  yığıncaqlarında və müəllim- professor 

heyəti arasında fəal tələbə kimi çəkilib. O, universitetdə 

keçirilən ictimai tədbirlərin birindən də kənarda qalmayıb. Ali 

məktəbdə  təqvim planı  əsasında keçirilən elə bir ədəbiyyat 

gecəsi,  şeir müsabiqəsi, yubiley tədbiri və kitab müzakirəsi 

olmayıb ki, gənc  Əzizə orada fəal iştirak etməsin. Yüksək 

bilik, bacarıq və təcrübə toplamaqla bərabər  ali məktəb illərini 

o, böyük sevinc və təhsil qələbələri ilə yola salıb. 

1963-cü ildə ADU-nu böyük müvəffəqiyyətlə bitirib və 

ali təhsil haqqında diplom alıb. Universiteti əla və yaxşı 

qiymətlərlə bitirdiyinə görə onun təyinatı Bakı  şəhər Xalq 

Maarif İdarəsinin sərəncamına verilib. O, həmin ildə şəhər 176 

saylı məktəbdə müəllim işləyib. 

Bir müddətdən sonra ailə  vəziyyəti ilə  əlaqədar olaraq 

Əzizə müəllimə Dəvəçi şəhərinə köçüb. O, rayonun Pirəmsən 

kənd və  Dəvəçi  şəhər 2 saylı orta, Leyti kənd ibtidai, 

Çayqaraqaşlı, Hacıqaraqaşlı, Xəlfələr, Qorğan və Düzbilici 

kənd səkkizillik məktəblərində Azərbaycan dili və  ədəbiyyatı 

müəllimi kimi yüksək pedaqoji fəaliyyət göstərib. Dilimizi, 

ədəbiyyatımızı  dərs dediyi şagirdlərə ürəkdən sevdirməyi və 

onlara dərindən öyrətməyi bacarıb. 

Ə.Muradovanın indi 74 yaşı var. Lakin o, yorulmuşam 




~ 420 ~

kəlməsini hələ dilə  gətirmək fikrində deyil. Çünki onun 

möhkəm yaddaşı, zəngin biliyi, bacarığı,zehni və fiziki fəallığı 

və uzun illərin pedaqoji təcrübəsi onu hələ tərk etməyib. Çünki 

bu gözəl  əməksevər insanda işə, sevdiyi-seçdiyi müəllim 

peşəsinə olan həvəsi və istəyi hələ  də soyumaq və sönmək 

bilmir. 

 Bu gün də neçə- neçə qohum-qonşuda yaşayan şagirdlər 

və tələbələr, eləcə də rayon məktəblərində yenicə işə başlamış 

gənc müəllimlər öz şəxsi sualları ilə Əzizə müəlliməyə tez-tez 

müraciət edirlər. O, isə müraciət edənlərin hamısına kömək 

əlini uzadır. 

Əzızə  Muradova  ilə bu yazı barədə apardığım söhbətə 

o, belə bir sonluqla yekun vurdu: “55 illik pedaqoji əmək 

fəaliyyətimdə öz yetirmələrimlə fəxr edirəm. Arxaya baxanda 

görürəm ki, çəkdiyim zəhmət hədər getməyib. Azərbaycan 

cəmiyyətinə yüksək fayda verən məzunlar yetişdirmişəm. 

Onlar mənim böyük zəhmətlə, alın tərilə yetişdirdiyim 

meyvələrdir. Mən buna ürəkdən sevinir və onlarla qürur 

duyuram “. 

Ailəlidir, 3 övladı, 4 nəvəsi var. 

 

 



 

 

EHTİRAM MƏMMƏDOV 

 

Ümumtəhsil məktəblərinin  ştat cədvəlində belə bir 

vəzifənin adı var: Məktəb direktorunun təsərrüfat işləri üzrə 

direktor müavini. Bu vəzifədə  işləyən  şəxs məktəbin 

direktoru, direktorun təlim- tərbiyə  işləri üzrə müavini ilə 

yanaşı  məktəbdə  tədris prosesinin normal və ahəngdar 

gedişatı üçün cavabdehlik daşıyır. 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə