Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə116/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   112   113   114   115   116   117   118   119   ...   124

~ 414 ~

adına səkkizillik məktəbin I sinfinə  qəbul olub. Hələ VII 

sinifdə oxuyarkən yeniyetmələr və  gənclər arasında ilk dəfə 

Bakı  şəhərində keçirilən beynəlxalq dama üzrə respublika 

yarışlarında respublika çempionu adını qazanıb. 

1985-ci ildə  həmin tədris müəssisəsini müvəffəqiyyətlə 

bitirib. Orta təhsilinin qalan illərini isə  Dəvəçi  şəhər 2 saylı 

orta məktəbdə davam etdirib və oranı bitirərək orta təhsil 

haqqında kamal attestatı alıb. 

1990-cı ildə Z.Cavadov N.Tusi adına Azərbaycan Peda-

qoji Universitetinin hərbi hazırlıq və fiziki tərbiyə fakultəsinə 

daxil olaraq bu ali nüfuzlu təhsil ocağının tələbəsi adını 

qazanıb. Ali təhsil müəssisəsinin V kursunda təhsil alarkən 

indiki  Dəvəçi şəhər 4 saylı tam orta məktəbində 6 ay pedaqoji 

təcrübə keçib.1995-ci ildə həmin universiteti uğurla bitirib. 

 Ali təhsilini bitirdikdən sonra “N “saylı hərbi hissədə iki 

il briqadanın idman rəisi vəzifəsində çalışıb. Bu dövrdə o, 

yüngül atletika və güləş üzrə  Silahlı Qüvvələrin birincilik 



yarışlarında qulluq etdiyi hərbi hissəyə 1 qızıl, 2 gümüş 

medal qazandırıb. 

Sonrakı illərdə Zakir Cavadov C.Naxçıvanski adına hərbi 

liseydə tağım komandiri vəzifəsində  işləyib. 2000-ci ildə baş 

leytenant rütbəsi ilə hərbi qulluqdan tərxis olunub. Həmin ildə 

də RTŞ  nəzdindəki Dəvəçi rayon Uşaq-Gənclər  İdman 

məktəbinə futbol və stolüstü tennis üzrə  məşqçi-müəllim 

vəzifəsinə  təyin edilib. Qənc məşqçi-müəllim qısa müddətdə 

hər iki idman növü üzrə üzərinə düşən bütün vəzifələri uğurla 

yerinə yetirib. Lakin iki ildən sonra stolüstü tennisə olan 

misilsiz sevgisi və tükənmək bilməyən marağı onu birdəfəlik 

olaraq idmanın stolüstü tennis növünə bağlayıb. 

Əlimizdə olan sənədlər, bir sıra araşdırmalar bunu 

deməyə bizə  əsas verir ki, son dövrlərdə rayonun stolüstü 

tennis idman növü üzrə  əldə edilən bütün uğurlarda Zakir 

müəllimin xüsusi əməyi vardır.  



~ 415 ~

Şabran (keçmiş  Dəvəçi)  şəhər M. Nəzirov adına 4 saylı 

tam orta məktəbindən olan yetişdirdiyi şagirdlər arasında onun 

Zöhrə Abdullayeva, Elxan Camalov, Sənan Aslanov, Əli 

Hüseynov, Röya Baxşıyeva, Murad Hüseynov,Kənan Məm-

mədov və başqaları respublika birinciliyi yarışlarında xüsusi 

fərqlənmişlər. Bu şagirdlər məktəbin və rayonumuzun adına 

böyük idman uğurı  gətirmişlər. 



Zöhrə Abdullayeva, Sənan Aslanov və Elxan Camalov 

2 dəfə stolüstü tennis üzrə respublika birinciliyi yarışların-

da II yeri tutmuş, Fəxri Fərmana və diploma layiq görül-

müşlər. 

Əli Hüseynov, Röya Baxşıyeva, Murad Hüseynov Kə-

nan Məmmədov isə stolüstü tennis üzrə respublika birin-

ciliyi yarışlarında III yeri tutaraq Fəxri Fərman və 

diplomlar alıblar. Eyni zamanda Zöhra Abdullayeva 

Azərbaycan Respublikasının stolüstü tennis üzrə  yığma 

komandasının üzvüdür. 

Məşqçi müəllimin alın təriylə qazandığı respublika 

səviyyəli idman nəticələri təkcə Şabran şəhər 4 saylı tam orta 

məktəblə bitmir. 

Onun  Şabran  şəhər 1 saylı tam orta məktəbindən olan 

şagirdlərindən  Tərgül Qasımova stolüstü tennis üzrə res-



publika birinciliyi yarışlarında II yeri, Əlikram Qürbətov 

isə  həmin yarışlarda III yeri tutaraq Fəxri Fərmana və 

diploma layiq görülmüşlər. 

Zakir müəllimin  Şabran  şəhər 2 saylı lisey- tam orta 

məktəbindən də respublikada yüksək nəticə  əldə edən 

şagirdləri də vardır. Belə  şagirdlərindən  Aliyə  Həşimova iki 



dəfə stolüstü tennis üzrə respublika birinciliyi yarışlarında 

Azərbaycan çempionu olmuşdur.  Şabran  şəhər 5 saylı tam 

orta məktəb üzrə  Nihad Məmmədov 2 dəfə öz yaşıdları 



arasında stolüstü tennis üzrə respublika yarışlarında II 

yeri tutaraq mükafatlandırılmışdır.  


~ 416 ~

Stoüstü tennis üzrə  Şabran rayon komandası  dəfələrlə 

Azərbaycan Respublikası  Təhsil Nazirliyinin xətti ilə keçiril-

miş stolüstü tennis üzrə yarışlarda  respublika çempionu 



olmuş, pul mükafatı qazanmış, Fəxri Fərmanla və I, II və III 

dərəcəli diplomlarla təltif olunmuşdur. 

 

 

 



Milli Məclisin deputatı Tahir Süleymanov Zakir müəllimi  

idman sahəsində qazandığı qələbəyə görə təbrik edir 

 

Məşqçi-müəllim Zakir Cavadovun idman nailiyyətləri 



çoxdur. Onları saymaqla qurtarmaz. Bu idman fədaisinin  ən 

böyük uğuru isə 2016-cı il mart ayında olub. Rayonun stolüstü 

tennis üzrə  qızlar komandası Azərbaycan kuboku uğrunda 

yarışlarda bütün rəqiblərinə üstün gələrək  respublikamızın 



yeganə kubokunu sevimli və doğma  Şabranımıza gətir-

mişdir. 

Ailəlidir. Zəhra adlı bir övladı var. Həyat yoldaşı Tamilla 

Cavadova Şabran şəhər, R.Yusifov adına 2 saylı lisey-tam orta 



~ 417 ~

məktəbində musiqi müəllimi işləyir. 

Zakir Cavadov təkcə məşqçilik, müəllimliklə kifayətlən-

məyib. Boş vaxtlarında dülgərlik sənəti ilə  də  məşğul olur. 

Mebel ustasıdır. 

 

 



 

 

ƏZİZƏ MURADOVA 



 

Əzizə müəllimə  mənim ana kəndim Zöhramıdandır. 

Həmyerlimiz, dostum şair  Əhəd Muradxanlının doğma 

bacısıdır. Əzizənin uşaqlıq illəri çox çətin keçib. Həmin illər 

müharibə dövrünə düşdüyünə görə demək olar ki, o illəri öz 

istəyi kimi keçirə bilməyib. 1943-cü ildə o, bir yaşlı körpə 

ikən atası Dünyamalı kişinin cəbhədən qara xəbəri gəlib. 

Lakin  Əzızə Muradovanın orta təhsil dövrü, tələbəlik illəri 

çətin və  əziyyətli keçsə  də özünü rəfiqələri və onu 

tanıyanların yanında heç zaman sındırmayıb. O, gələcək 

həyata nikbin baxışlarla baxmağı bacarıb. Həyatın hər 

çətinliyinə sinə gərib. Həcər qeyrətli, Nüşabə hünərli bu zərif 

qəhrəman özünü səbrli, daha dözümlü göstərərək nəticədə 

həyatda və əməkdə bir sıra uğurlara imza atıb.  

Mən  Əzizə müəlliməni Dəvəçi  şəhər 2 saylı orta 

məktəbdə müəllim işlədiyi dövrdən tanımağa başladım.  İlk 

tanışlıqda danışığı, savadı mənə çox xoş gəldi. Sonradan işlə 

əlaqədar olaraq o harada işləməsindən aslı olmayaraq mən 

onunla bir ədəbiyyat müəllimi kimi əlaqə saxlamışam. Sizi 

çox da yormaq istəmirəm, indi də  gəlin  Əzizə müəllimin 

həyat və əmək fəaliyyəti ilə bir qədər ətraflı tanış olaq: 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə