Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə115/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   111   112   113   114   115   116   117   118   ...   124

~ 411 ~

Yetmişinci illərin sonu, səksəninci illərin  əvvəlində 

Şabran (keçmiş Dəvəçi) rayon Kitabsevərlər Cəmiyyətinin 

sədri olub. Doxsanıncı illərin  əvvəllərində Siyəzən rayon 

statusu qazanandan sonra həmin rayonda dərc olunan 

“Çıraq” qəzetinin ilk redaktoru kimi fəaliyyət göstərib. 

Eyni zamanda Siyəzən rayon İcra Hakimiyyəti Başçısının 

kabinet üzvü olub. Dəvəçi rayon Sovetinin deputatı seçilib. 

Aydın müəllim  ən məhsuldar yazıçılardandır. 1986-cı 



ildə çap olunmuş “Buz heykəllər əriyir” adlı ilk kitabından 

sonra onun 40- a qədər nəsr və publisistik kitabları  işıq 

üzü görüb. 

Aydın müəllimin yaradıcılıq boxçası gündən-günə yeni 

yazdığı  əsərlərlə dolub-daşır. O, bir jurnalist kimi də 

fəaliyyətini yorulmadan davam etdirir. 1994-1997-ci illərdə 



Azərbaycan Dövlət Teleradio Şirkətinin müxbiri olub. 

Sonra isə “Respublika “qəzetində bölgə müxbiri işləyib. 

Mənə  həmin qəzetdə Aydın müəllimin onlarca məqaləsini 

oxumaq nəsib olub. 

Aydın Tağıyev Prezident təqaüdçüsüdür. 2016-cı ilin 

iyul ayından o, Azərbaycan Yazıçılar Birliyi Şabran böl-

məsinin sədridir. 

Onun yaradıcılıq uğurları  hələ qabaqdadır. Aydın 

Tağıyev indi Şabran, Siyəzən və  Xızi rayonlarındaki  ədəbi 

yaradıcılıqla məşğul olan yazarların da ən yaxın məsləhətçisi 

və yol göstərənidir. 

Ailəlidir, 3 övladı, 3 nəvəsi var. 



 

 

 



        

 

 


~ 412 ~

ZAKİR CAVADOV 

 

 Adaşım Zakir Cavadovu mən 2016-cı ilin yazına qədər 

adi məşqçi-müəllim kimi tanıyırdım. Uzun illər rayon Təhsil 

Şöbəsində  işlədiyim vaxtlarda və sonrakı dövrlərdə onun 

mülayim təbiətindən və sakit danışığından, bir sözlə mədəni 

rəftarından çox razı idim. Bəzi fiziki tərbiyə  və idman 

müəllimlərinə xas olan xüsusi çılqınlıq və ya əsəbilik bu 

insanda demək olar ki, hiss olunmurdu. 

2016-cı il yazın ilk günlərində Bakıdan rayona qayı-

darkən avtobusda onunla rastlaşdım. Yeniyetmələrin və 

gənclərin stolüstü tennis üzrə paytaxtda keçirilmiş respublika 

birinciliyi yarışlarından evə qayıdırdı. Yanında da 4-5 nəfər 

şagird-idmançı var idı. 

 Zakir müəllimin həmişə gülümsər görsənən çöhrəsi və 

iti gözləri bu gün əvvəlkindən daha çox şad görünürdü. Məni 

görən kimi elə bil üzünə  təbəssüm yağışı yağmağa başladı. 

Gözləri sevincindən parladı. “Hə, adaş necəsən, haradan 

belə gəlirsən” - deyə mən birinci dilləndim. O, mənə yaxın-

laşdı  və  mənimlə  səmimi görüşüb dedi: “Zakir müəllim, 

tennis üzrə respublika birinciliyi yarışından gəlirəm, özü də 

böyük qələbə ilə. Bunlar da mənim yarışda I-III yerləri 

tutmuş idmançı şagirdlərimdir. ” Sizi təbrik edirəm “-dedim. 

Əvvəlki oturduğu yeri dəyişib gəlib yanımda oturdu. 

Avtobusumuz uzun yolu qət etdikcə xeyli söhbət etdik. 

Maşınımız Giləzidən keçəndə əlindəki kağız qovluğu açdı və 

şagird- idmançıların aldığı  təltifləri bir- bir mənə göstərdi. 

Mən də  məktəblərimizin idmançılarının bu uğurlarına çox 

sevindim. Həm adaşım, həm də hörmət bəslədiyim məşqçi- 

müəllim Zakir Cavadovun sözü-söhbəti, onun və  şagird-

lərinin bugünkü idman müvəffəqiyyətləri barədə eşitdiklərim 

elə bil o məqamda mənim qəlbimə  məlhəm oldu. Daha 

yaxından və  dəqiq öyrənib gördüm ki, son illərdə rayonu-


~ 413 ~

muzun yeniyetmələrinin və  gənclərinin idman uğurlarını 

saymaqla qurtaran deyil. 

İdmançılarımızın stolüstü tennis üzrə respublika 

birinciliyi yarışlarında yüksək nəticə verən uğurlu çıxışları 

barədə Zakir müəllimdən o gün aldığım sevindirici məlu-

matlar mənim fərəhdən qəlbimi daha da coşdurdu. Az qal-

dım ki, qanad açım göylərə uçum. 

Elə o gün adaşımla razılaşaraq ona söz verdim ki, sən 

və  sənin yetişdirdiyin idmançı  şagirdlər barədə mütləq 

növbəti kitabımda yazacağam. Budur, mən artıq verdiyim 

sözün üstündə durdum. 

 İndi gəlin Zakir müəllimin özü və  tədris uğurları ilə 

Sizi daha yaxından tanış edim: 

Zakir Sabir oğlu Cavadov 02 no-

yabr 1969-cu ildə Qusar şəhərində 

qulluqçu ailəsində dünyaya gəlib. 

Atası Sabir İbadulla oğlu Cava-

dov 1938-ci ildə  Şabran (keçmiş  Də-

vəçi)  şəhərində qulluqçu ailəsində 

anadan olub. Əvvəlcə  Dəvəçi rayon 

Rabitə, sonralar isə  Dəvəçi rayon 

Telekommunikasiya Qovşağında 

mexannik vəzifəsində çalışıb. 2008-ci 

ildə 70 yaşında dünyasını dəyişib. 

Anası  Rəfiqə Qulamhüseyn qızı 

İsmayılova 1935-ci ildə Qusar şəhərində qulluqçu ailəsində 

dünyaya gəlib. Uzun müddət Dəvəçi rayon Mərkəzi Xəstə-

xanasında tibb bacısı  vəzifəsində  işləyib. 1982-ci ildə Dəvəçi 

rayonunda səhiyyənin inkişafında böyük əmək rəşadəti göstər-

diyinə görə Azərbaycan Respublikasının Əməkdar Səhiyyə 



işçisi fəxri adına layiq görülüb. 2006-cı ildə 71 yaşında vəfat 

edib. 


Zakir Cavadov 1977-ci ildə  Dəvəçi  şəhər M. Nəzirov 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə