Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə123/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   116   117   118   119   120   121   122   123   124

~ 443 ~

Saflıq azarına tutulmuşam mən 

Qəbrədək gedəcək mənim ilə tən. 

 

Mənim taleyimdir duruya baxmaq 



Yoxdur qismətimdə bulanıb axmaq. 

 

Üzür sularımda təmiz arzular, 



İçimdə nə qədər hələ arzu var. 

 

Yolum düzdən düşüb, təmizdən keçib 



Yolumla gələnlər suyumdan içib. 

 

Beləcə yaşayıb dolmuşam yaşa 



Ömür karvanımı çəkmişəm başa. 

 

3. 



Dağlardan sürətlə axan çayam mən, 

Coşğun həyatımla ona tayam mən. 

 

Gücümə güvəndim mən ömrüm boyu, 



Gur olur dağlardan axan çay suyu. 

 

Yaşadım həyatda coşqun həvəslə 



Səsləndim, danışdım ən təmiz səslə. 

 

Kimsəni incidib küsdürmədim mən 



Kimsəyə bəd sifət göstərmədim mən. 

 

Qəddimi əymədim namərd önündə 



Heç vaxt yaşamadım rəzil günündə. 

 

Dünya sərvətindən dövlətim, varım 



Bir təmiz adımdır, bir də vüqarım. 


~ 444 ~

Mən bir su rəmziyəm, həyat mənbəyi 

Suyun təmizlikdir sonu, mənşəyi. 

 

Bu kitabı yazmağa başlayandan qurtarana qədər bəzi 



nadan insanlar mənə dolayı yolla mane olmaq istədilər. Çox 

cəhd etdilər ki, mən bu kitabı yazıb tamamlaya bilməyim. 

Müxtəlif çətinliklərlə üzləşib özümdən çıxım. Bir sözlə, bu işi 

yarımçıq qoyum. Lakin o bədniyyət adamların arzusu çin 

olmadı, pis niyyətləri onların öz ürəklərində qaldı. 

 Nə yaxşı ki, dünyamız xeyirxah insanlardan xali deyil. 

Tək-tək də olsa xeyirxah insanlar mənim köməyimə  gəldi. 

Zəka, mərifət və xeyirxahlıq çırağının işığında onlar əllərini 

mənə uzadaraq məni çətinlik dənizindən çıxardılar. Məni 

batmağa, boğulmağa və məhv olmağa qoymadılar. Bu məqam-

da bizim məşhur bir atalar sözümüz yadıma düşdü: “Yaxşılıq 

qapı açar, məhəbbət bu qapıdan içəri girər.” 

Çünki aqillər deyib ki, dünya ucu-bucağı görünməyən, 

lakin kimlər üçün sakit, kimlər üçünsə  təlatümlü bir dənizə 

bənzəyir.  Əməlisaleh insanların çoxu bu dənizi sağ-salamat 

keçə bilir. Bəziləri isə üzüb keçmək istərkən bəxti üzünə 

gülmədiyinə görə dənizdəki fırtınanın, hündür və ərşə qalxmaq 

istəyən dalğaların qoynunda suya bataraq məhv olur.  

Dənizdən salamat keçmək üçün insanlar ağıl və sağlam 

düşüncə və səbr, haqq və ədalət, şərəf və vicdan sahibi olma-

lıdırlar. Yalnız insanlara xeyirxahlıq və yaxşılıq etmək barədə 

düşünən, təvazökarlıq edən, həqiqət carçısı olan, vaxtına və 

puluna qənaətlə yanaşan, kin və qəzəb, lovğalıq və inadkarlıq, 

fitnə-fasad, qeybət və  xəbərçilik girdabından uzaq olan 

adamlar bu dənizdə boğulmaqdan xilas ola bilərlər. 

Dənizi keçməkdə  çətinlik çəkən insanlar isə  əlbəttə 

bunlar olacaqdır: Tənbəllik azarına tutulan, acıq və nifrəti 

özünə yaxın bilən,  şeytanla dostluq edən, ağsaqqal məslə-

hətinə, ağbirçək öyüdünə qulaq asmayan, bekarçılığı özünə 




~ 445 ~

peşə seçən, onun-bunun hesabına dolanan, sərxoşluq, yalan, 

tamahkarlıq, oğurluq, hiyləgərlik, yaltaqlıq,  şöhrətpərəstlik, 

səhlənkarlıq, laqeydlik və bu kimi onlarla şər və bəd əməllərlə 

məşğul olan adamlar. 

Bu gün ümumtəhsil məktəblərini bitirən məzunlar 

yetişməkdə olan gənc nəslin qaymaqı olmalıdır. Bunun 

üçün birinci onlar yüksək biliyə, dünya görüşünə və möh-

kəm iradəyə malik olmalıdırlar. İkincisi bu gənclər mənə-

viyyat cəhətdən olduqca zəngin, əxlaqı cəhətdən başı qarlı 

dağların zirvəsindən süzülüb gələn durna gözlü bulaqların 

suyu kimi təmiz və saf, fiziki cəhətdən kamil və olduqca 

sağlam insanlar olmalıdırlar. Bu gənclərin qəlbində pis 

adət və vərdişlər deyil, Vətənə olan coşqun məhəbbət, tor-

pağa olan hədsiz sevgi, xalqa bəslədiyi sərhəd bilməyən 

istək və hörmət özünə geniş yer almalıdır. Belə olarsa onda 

orta ümumtəhsil məktəblərini bitirmiş  hər bir məzun 

Azərbaycan adlı bu gözəlliklər diyarının  əsl oğulu və  qızı 

sayıla bilər. 

Vaxt və zamanda heç insaf deyən  şey yoxdur. Elə bil 

avtomatdan açılan güllə kimi keçir. Günümüz, ömrümüz bizi 

çox iti sürətlə tərk edir. Çalışmalıyıq ki, bizi bu cür sürətlə tərk 

edən bu vaxtdan səmərəli və qənaətlə istifadə edə bilək. 

Vətən və  təhsil sanki ikisi də bir ürəkdən su içib 

qidalanıblar. Çünki Vətənin mədəni və iqtisadı inkişafı, onun 

hərbi qüdrəti ilk növbədə  təhsilin səviyyəsindən asılıdır. 

Vətənə  məhəbbət, təhsilə qayğı  və diqqət isə bu ürəyin tac 

damarlarıdır. Heç vaxt Vətənlə  təhsili bir-birindən ayırmaq 

olmaz.  Şair təbiətli Azərbaycan xalqı bu mövzuya uyğun öz 

atalar sözünü də belə incəliklə yaradıb: “Bir ürəyi iki yerə  

bölmək olmaz.” 

Yaşadığımız XXI əsr YUNESKO tərəfindən “Təhsil” 

əsri elan edilib. İyirmi birinci yüzilliyin belə dəyərləndirilməsi 

bütün bəşəriyyətin, ziyalıların, o cümlədən müəllimlərin və 




~ 446 ~

valideynlərin üzərinə böyük vəzifələr qoyur. YUNESKO bu 

yüzillikdə  təhsil sistemi üçün 4 prinsip müəyyən edib: bir 

yerdə yaşamağı, bilik əldə etməyi, işləməyi və yaşamağı 

öyrənmək. Təhsil sahəsini əhatə edən bütün institutlar, təhsilin 

bütün pillələri üzrə işləyən məktəblər, çoxsaylı müəllimlərimiz 

və valideynlərimiz bu prinsipə piayət etməli, təhsilin inkişafına 

öz töhfələrini verməlidirlər. Bu barədə ataların zərbi məsəli də 

vardır: “Bu zaman bax-öyrən zamanıdır”. 

Müəllimlərimizdən söhbət düşəndə  həmişə Azərbaycan 

yazıçısı Sultan Məcid Qənizadənin (1866-1937) bir kəlamı 

mənim yadıma düşür: “Müəllimin evi kitabxanadır, dövləti 

kiçik  şagirdlər, sazı, nəğməsi  şagirdlərin sədası, qazancı isə 

millətin məhəbbət və ehtiramıdır ”. 



HAŞİYƏ. Yer günəş  ətrafında fırlanır. Bu fırlanma 

nəticəsində geçə və gündüz yaranır. Bir sutkadan sonra hər şey 

təzədən təkrarlanır.  İnsanlar bunu özləri aydın hiss etməsələr 

də, onlar yerlə birlikdə günəş  ətrafında fırlanırlar. Bu isə o 

deməkdir ki, zaman durmadan dəyişir. Sanki addım-addım 

dünyaya gələn insan, addım-addım müəyyən vaxta qədər 

yaşayır, sonra isə addım-addım bu dünyadan köç edir.  

Hal-hazırda elə bil mən iki səbhədə mübarizə aparıram. 

Bir yandan yaşla bağlı baş qaldırmış müəyyən xəstəliklərlə, 

digər yandan isə  mənimlə üz-üzə dayanmış qocalıq təhlükəsi 

ilə.  

Qocalıq mənim 70 yaşı haqladığımı görüb, deyəsən 



yaman əl-ayağa düşüb. Onun sanki mənimlə dost, sirdaş, bəlkə 

də qardaş olmaq istəyi var. O qapının astanasında oturub 

səbirsizliklə məni gözləyir. Mən ancaq hələ bu barədə öz qəti 

qərarımı verməmişəm. Çalışıram ki, hələ bu tezkən ixtiyarımı 

onun  əlinə verməyim. Çünki atalar belə deyib: “Qocalıq bir 

köynəkdir - çalış əyninə geymə, elə ki, geydin, çıxara bilməz-

sən”. Atalarımızın bu məsələyə aid bundan başqa iki kiçik 

deyimi də vardır: “Badə ki, bir şərabdır hər kəs ondan içmə-




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə