Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


BELƏ KOLLEKTİVDƏ ADAM QOCALMAZ



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə121/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   116   117   118   119   120   121   122   123   124

~ 435 ~

BELƏ KOLLEKTİVDƏ ADAM QOCALMAZ 

 

Parlayır gözümdə sevinc yaşları, 

İşdə olmayanda görünür yerim

Mən sizə borcluyam, iş yoldaşlarım, 

Sizə minnətdaram, a şağirdlərim . 

 

Bu ocaq başında deyiləm qonaq, 



Mən onu özümə mənzil seçmişəm . 

İsimdən,sifətdən,feldən qabaq 

İnsana məhəbbət dərsi keçmişəm . 

 

Dönüb bir nağıla hər günüm, ayım, 



Sizinlə yüz sevinc, yüz acım olub. 

Sizdən qayğıkeşlik bir ömür payım, 

Sizdən mehribanlıq qazancım olub . 

 

Qanım qaralsa da həyatda bəzən, 



Mən sizi görəndə eynim açılır. 

Könlümü, qəlbimi doğrayıb əzən  

Yersiz suallardan beynim açılır. 

 

Sevincim gözümdə hey aşıb-daşar, 



Şair, bu günlərini öz ömrünə yaz. 

Belə kollektivdə qəlb cavanlaşar, 

Belə kollektivdə adam qocalmaz ! 

                  

 Bayram Novruz, 

Şabran şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəbin  

                                                        dil-ədəbiyyat müəllimi,şair 

 

 

 

 



~ 436 ~

RƏQƏMLƏRDƏN HƏRFLƏRƏ GEDƏN YOL 

 

Adətən yaylaqdan qışlağa köçməyə hazırlaşan köçəri 



adamlar səmaya baxaraq böyük maraqla buludların dolmasını 

və boşalmasını müşahidə edirlər. “Dolan bulud mütləq 

boşalmalıdır” deyərək səbirlə saatbasaat bu vəziyyətin nəticə-

sini izləyirlər. Yağış yağdıqdan sonra isə havanın tam açıl-

dığını gördükdə  

yollarına davam edirlər. 

Təbiətdə baş berən bu cür hadisələr insan həyatından da 

uzaq deyil. İnsan da cinsindən, irqindən və peşəsindən asılı 

olmayaraq müdrik yaşlarında boşalmalıdır, yazmalıdır, yarat-

malıdır. Çünki insan yaddaşı  gənclik illərindən ahıl yaşına 

kimi arxivləşir, onun məlumat bankı dolub, daşır. Ona görə o, 

da toplanmış bu bilgiləri boşaltmaq, oxucu ilə bölüşmək istəyi 

ilə irəliyə doğru can atır. 

Bu mənada Zakir Bayramlının qələmə aldığı altı kitabı 

bəlkə də bir insan ömrünə sığmayan on ilə ərsəyə gələn poetik 

və romantik bir salnamədir. 

İqtisasca iqtisadçı olan Zakir müəllim 40 ildən çox baş 

mühasib kimi rəqəmlərlə  işləmişdir. Hərdən öz-özümə sual 

verirəm: - Ay Zakir müəllim,deyəsən rəqəmlərlə  işləməkdən 

yorulmusan? Ona görə  də  hərflərə, yəni sözə, poeziyaya, 

publisistikaya keçmisən? Yoxsa içindəki bilgilər, sirlər 

açılmaq, üzə çıxmaq istəyib... 

Gecəsini-gündüzünə qatan Z. Bayramlı  kəndbəkənd gah 

piyada, gah da maşınla gəzərək, ev-ev axtarıb Şabran ziyalısı, 

Şabran müəllimi kimi müqəddəs peşə sahiblərinin həyat və 

əmək yolundan bəhs edən məlumatları toplayıb. Bu şərəfli 

peşə sahiblərinin tərcümanlarına öz publisistikasında geniş yer 

verib. Bu insanların həyat və əmək yolunu yazaraq onu gələ-

cək nəsillərə ərmağan edib.  

Bir sözlə, Zakirin publisistikası sadə yazı deyil, onun şah 

damarını canlı arxiv materialları  təşkil edir. Son 100 illik 



~ 437 ~

Şabran təhsili haqqında bir topludur. Müəllifin kitabları ilk 

dəfə  əsaslandırılmış faktlar və  rəqəmlər  əsasında yazıya 

köçürülmüş əsl tarixi qaynaqdır. 

Hal-hazırda Z.Bayramlı  Şabran  şəhər M.Nəzirov adına 

tam orta məktəbin 95 illik yubleyinə  həsr etdiyi bədii-

publisistik kitabını yazır. Minlərlə  səhifəlik arxiv sənədlərinə 

istinad edilərək yazılan bu kitaba “Dünyaya açılan pəncərə” 

adını verib. Şabran (keçmiş  Dəvəçi)  şəhər təhsilinin beşiyi 

hesab olunan məktəbimizin tarixi haqqında sanballı  əsər 

yazmaq  şərəfli və  şərəfli olduğu qədər də  çətindir.  Şərəflidir, 

ona görə ki, bu mövzu bu vaxta qədər işlənməyib. 

Məktəb haqqında az-çox bəzi yazılar olmuş, müəyyən 

dövrlər, bəzi müəllimlər qələmə alınmışlar. Lakin belə bir 

toplum halında  əhatəli  şəkildə, vahid formada ayrıca kitab 

yazılmamışdır. Bu sahədə Zakir müəllimin təşəbbüsü və  zəh-

məti təqdirəlayiqdir, şərəflidir. Çətindir, ona görə kı, bu mövzu 

çox genişdir. Qocaman məktəbin təxminən yüz ilə yaxın 

keçdiyi tarixi qələmə almalısan. Məktəbdə çalışan, vuruşan, 

məktəbdarlıq edən müəllimləri axtarıb-araşdırıb tapmalısan. 

Bu təhsil ocağında çalışmış yüzlərlə insan haqqında xronoloji 

qaydada dəqiq və dolğun  şəkildə oxuculara məlumat vermək 

müşkül məsələdir.  

Ancaq Z.Bayramlının bundan əvvəl yazdığı altı publi-

sistik, romantik və poetik dərgiləri deməyə əsas verir ki, müəl-

lif bu işin öhdəsindən də layiqincə gələcək və demək olar ki

gəlib də! 

Şabran (keçmiş  Dəvəçi)  şəhər 4 saylı tam orta məktəb 

rayonumuzun qocaman təhsil ocaqlarından biri kimi uzun və 

şərəfli tarixi bir yol keçib.1922-ci ildən fəaliyyətə başlamış bu 

məktəb əvvəlcə dördillik, sonralar yeddillik, səkkizillik və orta 

məktəb olub. Bu gün bu təhsil müəssisəsi tam orta məktəb 

kimi fəaliyyət göstərir. 

Son illərdə məktəbimizdə təhsilin keyfiyyət səviyyəsinin 




~ 438 ~

yüksəldilməsi uğurlu nəticələr  əldə edilməsinə gözəl zəmin 

yaratmışdır. İldən-ilə ali məktəblərə şagird qəbulunun artması 

burada müəllim kollektivinin pedaqoji işdə böyük həvəslə 

çalışmasından xəbər verir. Bu kimi müxtəlif məlumatları 

axtarıb-araşdırıb araya gətirmək vallah, müəllifdən böyük 

yaradıcılıq həvəsi, hünər, bacarıq və səbir tələb edir. 

Əziz oxucu, bir mövzu yadıma düşdü. Bildiyiniz kimi bu 

yaxınlarda Azərbaycan oxucusuna təqdim edilən “İşığa gedən 

yol “romanı  Həsən bəy Zərdabinin həyat yolu haqqındadır. 

Əsər yazıçı-publisist, filologiya üzrə  fəlsəfə doktoru Sona 

Vəliyeva tərəfindən qələmə alınmışdır. Sizlər də  təsdiqləyə-

cəksiniz ki, “maarifçilik “ifadəsi hər yazara yaraşmır. Həsən 

bəy Zərdabinin keçdiyi həyat yolunu qələmə alan müəllif onu 

bir daha Azərbaycan oxucusuna hərtərəfli tanıdıb. 

Zakir Bayramlı da Zərdabı yolu gedəcək bu missiyanı 

yerinə yetirmişdir. Heç bir yazarın haqqını tapdamadan 

deyərdim ki, əgər Zərdabı Azərbaycan xalqının qızıl fondun-

dadırsa, Zakir Bayramlı da Şabranın qızıl fondundadır. Tam 

səmimiyyətlə vurğulamalıyam ki, bu müəllifin böyük zəhməti 

bahasına başa gələn həmin kitablar bu günümüzə  və sabahı-

mıza bir ərmağandır, sürprizdir. 

Zakir müəllimin “Arzuları qovuşduran məkan “əsərinin 

III bölməsində “Dərs prosesində yaranan emosional hallar və 

onun ınsan səhhətinə təsiri ” adlı məqaləni həyəcansız oxumaq 

olmur. Belə ki, sanki bir pedaqoq kimi müəllif nəinki 

müəllimlərə, hətta Azərbaycan cəmiyyətinə xas olan mesajla 

yazır: “Müəllim çalışmalıdır ki, mənfi emosiyaların yaratdığı 

bu kritik vəziyyət heç bir tərəfə  zərər vurmadan sovuşub 

getsin. Baş verən hadisə barışıq, bir-birinə hörmət, sülh və 

əmin-amanlıq  şəraitində yekunlaşsın “. Biz müəllifin verdiyi 

bu məsləhəti təhlil etdikdə görürük ki, doğrudan da Zakir 

Bayramlının bu kəlamı diqqətli oxucu üçün bir mənbədir. 

Müəllifin həmin kitabda çap olunmuş  “Əcəl aparar səni 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə