Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə120/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   116   117   118   119   120   121   122   123   124

~ 428 ~

30 dekabr 1943-cü ildə M.Nəzirovun rəhbərliyi altında 

12 nəfərlik partizan dəstəsi AY-Petri yaxınlığında alman 

avtomobil karvanına hücum edərək 1 abtomaşın, 23 nəfər 

faşist  əsgərini məhv edib. Partizanlar bununla kifayətlən-

məyərək faşistlərə qarşı mütəmadı hücumlar təşkil edib və 

nəticədə  çoxlu  qələbə qazanıblar. 

1944-cü ilin yanvar ayında M. Nəzirovun və Ə.Əliyevin 

rəhbərliyi altında keçirilən hərbi  əməliyyatda isə düşmənin  

2 avtomobili və 42 nəfər əsgəri məhv edilib. 

Lakin 1944-cü ilin əvvəllərində Krım uğrunda gedən 

döyüşlərin birində  Məmmədağa yenidən xain düşmənə  əsir 

düşüb. Hərbi  əsirlərlə birlikdə  əvvəlcə onu Polşaya, sonra 

Almaniyaya,oradan isə  İtaliyaya aparıblar. Vətəndən uzaqda 

əsir düşərgəsində saysız işgəncələrə məruz qalan və acınacaqlı 

vəziyyətdə olan Məmmədağa burada rahatlıq tapa bilməyib. O, 

nəyin bahasına olursa-olsun yoldaşlarının və özünün qisasını 

faşistlərdən almaq istəyib. Bu məqsədlə  həbs düşərgəsində 

çətinliklə  də olsa azərbaycanlılardan ibarət antifaşist təşkilat 

yaratmağa müvəffəq ola bilib. O, əsir dostu Həsən Nadirovla 

birlikdə bu təşkilata rəhbərlik etməyə razılıq verib.  

Təşkilatın əsas məqsədi azadlıqda olan yerli partizanlarla 

əlaqə yaratmaq və əsir partizanların da onlara qoşularaq faşist-

lərə qarşı üsyan qaldırmaq idi. Lakin üsyanın başlanmasına bir 

neçə gün qalmış  əsirlərin arasında olan gizli xain düşərgənin 

rəisinə bu barədə  məlumat verib. Partizanların üsyan emək 

planı tamamilə pozulub. 

Dərhal faşistlər M.Nəzirovu və H.Nadirovu həbs ediblər. 

Onlar bir neçə gün sorğu-suala tutularaq olmazın  əzab və 

işgəncələrə məruz qalıblar. 16 mart 1944-cü ildə isə düşərgədə 

həbsdə olan əsir yoldaşlarının gözləri qarşısında faşist cəllad-

ları tərəfindən güllələniblər. 

 

 



~ 429 ~

 

 



Şabran şəhərində Məmmədağa Nəzirovun abidəsi 

 

Məmmədağa Nəzirovun xatirəsi xalqımız tərəfindən 

əbədiləşdirilib.  İndi  Şabran  şəhərində onun adına məktəb, 

küçə, park və s. vardır. 




~ 430 ~

 

       

Şabran şəhərində salınmış M.Nəzirov adına istirahət parkından 

bir mənzərə 

 

 



 

               



ROMAN YUSİFOV 

 

Roman Yasəf oğlu Yusifov 1973-cü ilin 29 dekabrında 

Şabran (keçmiş Dəvəçi) şəhərində anadan olub.  

1980-cı ildə  Dəvəçi  şəhər M. Nəzirov adına səkkizillik 

məktəbin I sinfinə qəbul olub, 1988-ci ildə isə həmin məktəbi 

müvəffəqiyyətlə bitirib. Dəvəçi şəhər 2 saylı orta məktəbində 

orta təhsilini davam etdirmək məqsədilə orada IX sinfə daxil 

olub. 1991-ci ildə həmin orta məktəbi yaxşı təhsil nəticələri ilə 

başa vuraraq kamal attestatı alıb. 



~ 431 ~

 

 



Azərbaycanın Milli Qəhrəmanı  

Roman Yusifovun Şabran şəhərindəki abidəsi 

 

1992-ci ildə  gənc Romanın ali məktəbə  qəbul olmaq 



planı baş tutmayıb. O, Milli Ordu sıralarında hərbi xidmət 

etməyə çağrılıb.  İlk döyüş yolu Naxçıvanda Sədərək istiqa-

mətindən başlayıb. Orada düşmən ordusuna qarşı bir sıra 

uğurlu döyüşlərdə  iştirak edib. Lakin belə döyüşlərin birində 

ağır yaralanaraq hosbitalda bir müddət müalicə alıb. Yarasının 

ağır, həm də tam sağalmasına xeyli vaxt qalmasına 

baxmayaraq Roman öz arzusu ilə  vaxtından  əvvəl yenidən 



~ 432 ~

döyüşən ordumuzun sıralarına qayıdıb. 

Sonralar Roman Yusifov Füzuli, Tərtər, Kəlbəcər və 

Ağdam uğrunda gedən döyüş  əməliyyatlarında fəal iştirak 

edib. 

13-15 mart 1995-ci ildə müstəqilliyimizin və dövlət-



çiliyimizin qorunması zamanı  qəhrəmancasına həlak olub. 

Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına 

layiq görülüb.  

Roman Yusifiovun adı xalqımız tərəfindən  əbədiləş-

dirilib.  Şabran  şəhərindəki 2№-li texniki təmayüllü lisey-

məktəb onun adını daşıyır. Hər il məktəbin kollektivi onun 

anadan olduğu və anım gününü yüksək fəallıqla  qeyd edir. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


~ 433 ~

 

 



 

 

 

 

XIII BÖLMƏ 

 

 

QƏLƏM DOSTLARI  

YENƏ QONAĞIMIZDIR 

 

 

 

Çıxsan uzaq yola, etsən səfər, 

Həsrət ilə yollara baxmaqdı dost. 

 

Olsa dolanmaqda çətinliklərin

Maddi kömək, qayğına qalmaqdı dost. 

 

Zakiri məftun elədin dostluğa, 

Alnın açıq, hər an üzün ağdı dost. 

 

 

 

 



 

                                   

 

 


~ 434 ~

ANA HƏSRƏTİ 

 

Kövrəydik... qundaqladı, 

Layla deyib, çağladı 

Oxşadı, qucaqladı. 

Ovunduqca ovundu 

Ağladıqca ağladı 

Qəmini, möhnətini 

Ana əziyyətini  

Çox vaxt gizli saxladı. 

 

Dünyadan köçdü getdi



Dünyadan uçdu getdi. 

Anamızın həsrəti, 

Sinəmizi dağladı. 

 

Anasının ardınca  



Kövrək uşaq ağlayır... 

Anamızın ardınca  

Böyüyümüz ağladı, 

Kiçiyimiz ağladı, 

Ürəyimiz ağladı, 

Gözlərimiz ağladı, 

Axşamımız ağladı, 

Səhərimiz ağladı ! 

 

Bulud gəldi yay günü, 



Qara bulud ağladı, 

Bulud qara bağladı... 

 

          Əhəd Muradxanlı

            şair 

 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə