~ 351 ~
əməl edən bir ziyalıdır Füzuli müəllim. Mülayim xarakterli
insan olması, səbirli davranması həmişə ona uğur gətirib.
Eramızdan əvvəl 448-397-ci illərdə yaşamış yunan şairi
Aqafonun insan xarakteri haqqında belə bir deyimi var:
“Tündxasiyyət adam lap ölü də diriltsə, ətrafındakı adam-
ların rəğbətini qazana bilməz”.
Riyaziyyat müəllimlərinə xas olmayan ünsiyyətcillik,
mehribanlıq, mülayimlik, istənilən insanla dil tapmaq baca-
rığı var onda. Bu müsbət xüsusiyyətlər ona Şabran (keçmiş
Dəvəçi) şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəb kimi
qocaman təhsil ocağına 13 ilə yaxın rəhbərlik etmək şansını
qazandırıb. Məktəbdə nəfis şəkildə və xeyli miqdarda maliyyə
vəsaiti tələb edən foto stendlər, məktəbin keçmiş həyat
yoluna dair reklam lövhələr hamısı Füzuli müəllimin tapşı-
rılan işə doğma və yüksək münasibətinin bariz nümunəsidir.
Direktorluq kürsüsünü tərk etsə də bu gün məktəbdə müəl-
lim və hərbi rəhbər işləsə də, yenə o, bu qocaman və möhtə-
şəm təhsil ocağında bir ağsaqqal, işə can yandıran yaxın
məsləhətçi, Şabran rayon Təhsil Şurasına rəhbərlik edən bir
şəxs kimi fəaliyyət göstərir.
Füzuli müəllim haqqında çox söyləmək, çox yazmaq
olar. Lakin onun aşağıdakı həyat və əmək fəaliyyətinin
xronikası oxucularımızın daha da marağına səbəb olacaqdır:
Füzuli Ələyəddin oğlu Hüseynov
16 sentyabr 1957-ci ildə Şabran (keçmiş
Dəvəçi) rayonunun Qələgah kəndində
dünyaya göz açıb. 1972-ci ildə Dəvəçi
şəhər 1 saylı 8-illik məktəbi,1974-cü
ildə isə Dəvəçi şəhər 2 saylı orta mək-
təbi bitirib. O, orta məktəb illərinə aid
xatirələrində yazır ki, tarix fənninə ma-
rağı çox olub. Lakin mərhum riyaziyyat
müəllimi və sinif rəhbəri Ağakərim
~ 352 ~
müəllimin məsləhəti və təkidi ilə o, riyaziyyat ixtisasını seçib.
Orta məktəbi müvəffəqiyyətlə bitirən gənc Füzuli həmin
arzu ilə təhsil sənədlərini Azərbaycan Pedaqoji İnstitunun
tələbə qəbulu komissiyasına verib. İmtahanlardan uğurla
çıxdığına görə həmin ali məktəbin riyaziyyat fakultəsinə qəbul
olub.1978-ci ildə isə institutu uğurla bitirdiyinə görə onun
təyinatını Dəvəçi rayonun ən ucqar nöqtələrindən sayılan
Çuxurazəmi kənd orta məktəbinə veriblər. Bir il o, bu kənd
məktəbində riyaziyyatdan dərs deyib. Qısa zaman kəsiyində
dərs dediyi şagirdlərin, müəllim yoldaşlarının və valideynlərin
dərin hörmətini qazanıb.
1979-cu ildə Füzuli müəllim hərbi xidmətə çağırılıb. O,
keçmiş SSRİ-nin ən ucqar nöqtəsində - Primorski vilayətinin
Ussuriyski şəhərində hərbi xidmət keçib. Hərbi xidmətini başa
vurduqdan sonra yenidən Dəvəçi rayonuna pedaqoji işə
qayıdıb və az bir müddət rayonun Padar kənd 8-illik məktə-
bində riyaziyyat müəllimi işləyib.
1982-ci ildə 25 yaşlı Füzulinin bilik və bacarığı, eləcə də
təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq komsomol işinə dəvət
edilib. O, 1982-ci ildən 2003-cü ilədək 21 il komsomol, par-
tiya və sovet orqanlarında müxtəlif vəzifələrdə müvəffəqiy-
yətlə çalışıb.
2002-ci ildən Füzuli Hüseynov yenidən təhsil sahəsinə
işə göndərilib. O, 2002-ci ilin dekabr ayından 2015-ci ilin
dekabr ayınadək 13 il Şabran (keçmiş Dəvəçi) şəhər
M.Nəzirov adına 4 saylı tam orta məktəbinə rəhbərlik edib.
Həmin dövr Füzuli müəllim üçün çox da asan keçməyib. Bu
məktəbə işə göndəriləndə məktəbin keçmiş məzunu olduğuna
görə üzərinə ikiqat məsuliyyət düşdüyünü yaxşı dərk edib. İlk
işə başladığı ildə məktəbin giriş hissəsi tamamilə yenidən
qurulub. Məktəbin müəllimləri, xüsusilə sinif rəhbərləri mək-
təbin cari təmir işinə cəlb edilib. Bir çox müəllimlər isə hətta
yay tətilinin çox hissəsini bu işə sərf ediblər.
~ 353 ~
F.Nüseynovun məktəbə rəhbər gəldiyi illərin ilk mərhə-
ləsində köhnə məktəbin binası sökülməli, məktəbin müəllim-
ləri və şagirdləri digər məktəblərdə yerləşdirilməli idi. Lakin
şəxsən Füzuli müəllim və məktəb kollektivi buna imkan ver-
məyib.
Nəhayət 2008-ci ildə rayon
rəhbərliyinin və təhsil
şöbəsinin təşəbbüsü ilə məktəb üçün 3 mərtəbəli, 26 sinif otağı
olan yeni bina tikilməsi üçün layihə-smeta sənədləri hazırlandı
və tikinti fəaliyyətə başladı. 2010-cu ildə indiki yeni məktəb
binası istifadəyə verildi. Beləliklə Şabran (keçmiş Dəvəçi)
şəhər təhsilinin beşiyi hesab olunan bu məktəbə sanki yeni
həyat verildi.
Füzuli Hüseynov işlədiyi dövrdə məktəbin tədris işinə
xüsusi diqqət yetirməklə yanaşı, müəllimlərin həvəsləndiril-
məsi, onların həyat və əmək fəaliyyəti ilə bağlı müxtəlif
görüşlərin və yubileylərin keçirilməsi təşəbbüsünü qaldırıb.
Müəllimlərdən R.Muradəliyevanın,
Ş.Babayevanın,
Ş.Aşurovanın, V.Məmmədovanın və başqalarının yubileyləri
keçirilib.
Məktəbin qabaqcıl pedaqoqu, respublikanın əməkdar
müəllimi Babək Xubyarovun və məktəbin müəllimi şair
Bayram Novruzun “60-illik” yubileyləri rayon səviyyəsində
qeyd edilmişdir.
Həmin müddətdə məktəbin onlarla müəllimi təhsil
sahəsində göstərdiyi səmərəli xidmətlərinə görə RİH-nin,
YAP-ın Şabran (keçmiş Dəvəçi) rayon təşkilatının, rayon
Təhsil Şöbəsinin və diğər rəhbər təşkilatların fəxri fərmanları,
eləcə də qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Füzuli Hüseynovun məktəbə 13 illik rəhbərliyi dövründə
ən böyük əlamətdar hadisə 2012-ci ilin may ayının 19-da
məktəbin 90 illik yubileyinin rayon səviyyəsində möhtəşəm
şəkildə keçirilməsi olub. Bu təntənəli məclisdə rayon ziyalıları,
məktəbin məzunu olmuş onlarla alim, tanınmış vəzifə sahibləri