~ 347 ~
fakultəsinə qəbul olub. 1973-1977-ci illərdəki tələbəlik dövrü
gənc Bahəddin üçün çox uğurlu keçib. O, yüksək bilik və
bacarığı ilə universitetin sevimli tələbəsinə çevirilib. Tələbə
etikasını və müəllim-tələbə münasibətlərini düzgün balanslaş-
dırdığına və bu münasibətləri yaxşı qoruyub saxladığına görə
istər müəllimlər, istərsə də tələbə yoldaşları arasında dərin
hörmət və nüfuz qazanmağı bacarıb.
1977-ci ildə gənc Bahəddin ADU-nu uğurlu nəticələrlə
bitirib. Onun təyinatı Azərbaycan Respublikası Maarif Nazir-
liyi tərəfindən Dəvəçi rayonuna verilib. O, Dəvəçi rayon Xalq
Maarif Şöbəsinin əmri ilə Dəvəçi şəhər 1 saylı orta məktəbə
riyaziyyat müəllimi təyin olunub. Həmin məktəbdə ilk
pedaqoji əmək fəaliyyətinə başlayan Bahəddin müəllim sidq
ürəklə ilk gündən işə yaradıcı münasibətlə yanaşıb.Tədris
etdiyi fənnə qarşı şagirdlərdə meyl və marağı artıra bilməyə
müvəffəq olub. Bunun nəticəsində də o, qısa müddətdə dərs
dediyi məktəbdə bütün müəllim və şagirdlərin istəklisinə
çevirilib.
Daim ardıcıllığa əməl etməklə öz elmi metodik axtarışla-
rını davam etdirib. Respublikanın qabaqcıl riyaziyyat müəllim-
lərinin iş təcrübəsini öyrənərək öz işinə tətbiq etməyə çalışıb.
Hər il müntəzəm şəkildə məktəb və rayon üzrə keçirilən
fənn olimpiadalarında, müsabiqələrdə və bilik yarışmalarında
dərs dediyi şagirdlərlə birlikdə fəal iştirak edib.
Tədris etdiyi riyaziyyat dərslərinin keyfiyyətini daha
yüksəklərə qaldırmağa səy göstərib. Müntəzəm olaraq sinifdə
dərs dediyi şagirdlərin nizam-intizamına və dərsi öyrənmə-
lərinə, eləcə də onların ev tapşırıqlarının icrasına nəzarəti
gücləndirib.
Tədris prosesində yüksək təlim -forma və metodlarından,
eləcə də, əyani, texniki təlim vasitələrindən səmətrəli istifadə
etdiyinə görə B.Əliyevin iş təcrübəsi Dəvəçi rayon məktəb-
lərində yayılıb. Təhsil sahəsində əldə etdiyi bu kimi müvəffə-
~ 348 ~
qiyyətlərə görə ona 1983-cü ildə Azərbaycan Respublikası
Maarif Nazirliyinin qərarı və attestasiya komissiyasının
protokoluna əsasən “baş müəllim” adı verilib.
Bundan sonrakı illərdə də B.Əliyev təhsil sahəsinə aid
elmi və metodik mövzularla daha da müntəzəm şəkildə ardıcıl
və səmərəli məşğul olub. Tədris prosesində öz iş qabiliyyətini,
metodiki təcrübəsini, pedaqoji işə olan yaradıcı və doğma
münasibətini açıb göstərə bilib.
Müəllimin bütün elmi çalışmaları və tədris işini yüksəlt-
mək cəhdləri məktəbdə keçirilən fənn olimpiadalarında, bilik
yarışmasında və müxtəlif tədris xarakterli müsabiqələrdə
özünü bariz şəkildə göstərib. Bahəddin müəllim istədiyinə nail
ola bilmək üçün öz gücünü və daxili potensialını üzə çıxara
bilib.
Bütün bunları nəzərə alan Azərbaycan KP Dəvəçi rayon
Komitəsi Bahəddin müəllimi rayon partiya komitəsinə siyasi
maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkib.
1977-ci il tarixdən pedaqoji sahədə yüksək pedaqoji iş
təcrübəsi və təşkilatçılıq bacarığı olan B.Əliyevi 20 dekabr
1990-cı il tarixdə Şabran (keçmiş Dəvəçi) şəhər M.Nəzirov
adına 4 saylı orta məktəbin direktoru vəzifəsinə irəli çəkiblər.
O, 1990-2002-ci illərdə bu vəzifədə 12 il işləyib.
İkinci ali təhsil almaq məqsədi ilə 1993-cü ildə Bakı
Sosial İdarəetmə və Politologiya İnistitunun qiyabi şöbəsini
bitirib.
Bahəddin müəllim rayonun ictimai-siyasi proseslərin-
də daim iştirak edib. Hal-hazırda Şabran rayonu “Ziya-
lılar cəmiyyəti”nin sədri kimi fəal iş aparır.
Riyaziyyat müəllimi olmasına baxmayaraq Bahəddin
müəllimin bir üstün cəhəti ondadır ki, o, öz sevimli fənnini
tədris etdiyi siniflərdə şagirdlər arasında hərbi vətənpərvərlik
ruhunun yüksəlişi üçün ardıcıl maariflənmə işi aparır. Nəticədə
onun dərs dediyi şagirdlərdən hərbi liseylərə və məktəblərə
~ 349 ~
qəbul ildən ilə artır. Müəllimin tədris sahəsində iş göstəriciləri
nəzərə alınaraq 1994-cü ildə ona ali dərəcəli müəllim adı
verilib.
Bahəddin müəllim tədris işi ilə yanaşı elmi axtarışları
da davam etdirməyi unutmur. Onun 2005-ci ildə birgə
müəllifi olduğu Azərbaycan Respublika Təhsil Nazirliyinin
elmi-metodiki
şurasının 05.10.2000-ci il tarixli
46-22-4420/16 saylı rəyini almış “Riyaziyyat testlər
toplusu” kitabı işıq üzü görüb.
2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin
sərəncamı ilə Bahəddin müəllimə “Azərbaycan Respubli-
kasının Əməkdar müəllimi “fəxri adı verilib. Bu fəxri adı
almaq onu daha da ruhlandırıb, işə olan həvəsini artırıb.
Çalışdığı çətin və məsul iş olan pedaqoji sahədə yüksək
əmək qələbələri qazanmağa səsləyib.
Respublikanın Əməkdar müəllimi Bahəddin Əliyevin
həyat və əmək fəaliyyətinə həsr edilmiş məlumat lövhəsi
~ 350 ~
Bahəddin müəllim ailəlidir. Həyat yoldaşı Cavahir Oruc
qızı Əliyeva 1958-ci ildə rayonun Gəndov kəndində anadan
olub. 1980-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
coğrafiya fakultəsini bitirib. Hal-hazırda Şabran şəhər
T.Abbasov adına 1 saylı tam orta məktəbdə coğrafiya müəllimi
işləyir.
Üç övladı var. Qızı Səfurə APU-nun filologiya fakül-
təsini fərqlənmə diplomu ilə bitirib. Şabran (keçmiş Dəvəçi)
şəhər M. Nəzirov adına 4 saylı tam orta məktəbdə Azərbaycan
dili və ədəbiyyatı müəllimi işləyir. Ailəlidir.Üç övladı var.
Böyük oğlu Rəşad Azərbaycan Dövlət İqtisad Univer-
sitetini bitirib. Hazırda Kapital Bank ASC-nin Şabran rayon
filialında baş mütəxəssis vəzifəsində çalışır. Ailəlidir. İki
övladı var.
Kiçik oğlu Elşad Azərbaycan Neft Akademiyasının
energetika fakultəsini bitirib. Hal-hazırda Xaçmaz Regional
Qaz İstismar İdarəsi Şabran Xidmət sahəsində usta vəzifəsində
işləyir. Ailəlidir. Üç övladı var.
FÜZULİ HÜSEYNOV
Füzuli Hüseynovu 1982-ci ildə, komsomol işinə başla-
yandan tanıyırdım. Bu tanışlıq onun partiya və sovet işində
çalışan dövrlərində də bir qədər artdı. Lakin 2002-ci ildə
Füzuli müəllim təhsil sahəsinə işə qayıdaraq bu məktəbə
direktor təyin olunandan sonra onu dərindən tanımağa
başladım.
Kollektivdə intiriqadan və mübahisə yaratmaqdan
qaçan, sözün düzünü deməyi bacaran, dövlətçiliyimizə hör-
mətlə və sədaqətlə xidmət edən, qanunlarımızın tələblərinə