Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə100/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   96   97   98   99   100   101   102   103   ...   124

~ 360 ~

övladı var. 

Qızı Aytən M.F.Axundov adına Dillər Universitetini 

bitirib. Şabran şəhər M.Nəzirov adına 4 saylı orta məktəbində 

rus dıli müəllimi işləyir. Üç övladı var. 

Şəfiqə müəllimə  nəvələri ilə  də  fəxr edir. Nəvələrindən 

Şəbnəm Azərbaycan Kooperasiya Universitetini və Azərbay-

can  İqtisad Universitetinin maqistraturasını bitirib. Bakı 

şəhərində “Nurgün” şirkətlər qrupunda işləyir. Elvin Azərbay-

can Dövlət  İqtisad Universitetini bitirib. Əsgəri xidmətdədir. 

Aytac Azərbaycan İqtisad Universitetini və həmin ali məktəbin 

mağistraturasını bitirib. Nəvələri Aydan Azərbaycan Dillər 

Universitetində, Mənsurə Bakı Musiqi Akademiyasında, 

Mehdi isə Bakı Biznes Universitetində təhsil alır. 

44 il bu məktəbin tanınmış fizika müəllimi olmuş Şəfiqə 

müəllimlə söhbətimiz sona çatarkən o, öz sözünü belə 

yekunlaşdırdı: “Şagirdlərimin təlim-tərbiyəsində, onlara 

bilik və bacarıq aşılanmasında, vətənpərvərlik tərbiyəsində 

az da olsa, əməyim olduduğu üçün özümü xoşbəxt 

sayıram.”  

 

 



 

RAMİN BAYRAMOV 

 

Siz Ramin müəllimi tanıyırsınızmı? Bəli, mən tarix 

müəllimi işləyən öz oğlum Ramini deyirəm. Tanış olun, o, əsl 

təmizlik mücəssəməsi və saflıq nümunəsidir. Sakit təbiətli, 

səmimi, mehriban və hörmətcildir. Sağlam düşüncəli, saf 

ruhlu, çox ciddi və  tələbkar, prosedur qaydalarına yerli-

yerində əməl edən bir ziyalıdır. 

Qeybəti və paxıllığı sevməyən, yalan danışmağı  və 

yaltaqlığı bacarmayan bu insanın daxili dünyası deyərdim ki, 


~ 361 ~

güzgüdən də  təmizdir. Yarana bilən hər kiçik söz-söhbətə 

qarşı dərhal reaksiya verən bu insan hər şeyi möhkəm iradə 

və  səbrlə  həll etməyə çalışır.Yaşına və peşəsinə görə 

məlumatı  və dünya görüşü kifayət etdiyinə görə  hər suala 

yerli-yerində doğru cavab verməyi bacarandır. 

Yuxarıda qeyd etdim ki, Ramin tarix müəllimidir. Bir 

ziyalı kimi Vətənimizin tarixini canı  və qanı ilə ürəkdən 

sevir, onu dərs dediyi şagirdlərə sevdirə-sevdirə öyrətməyə 

çalışır və nəticədə də buna müvəffəq ola bilir. Tarix müəllimi 

olmaqla bərabər, onun bir vətəndaş kimi məntiqi, iqtisadi

əxlaqi baxışları çox güclüdür. İstənilən situasiyada real 

vəziyyətə düzgün qiymət və proqnoz verməyi bacarandır. 

Vətənimizi, torpağımızı, dövlətçiliyimizi və onun müəyyən 

etdiyi siyasi xətti sevir, bəyənir və müdafiə edir. Dövlətimizin 

qanunlarına və müəyyən etdiyi qaydalara böyük hörmətlə 

yanaşır. 

Görkəmi ciddi olsa da xoş söz-söhbətindən, xoş ünsiyyə-

tindən və mehriban danışığından geri qalmır. Ancaq şit 

zarafatdan və artıq söz-söhbətdən həmişə uzaq qaçır. 

Dostluqda və yoldaşlıqda, bir sözlə, bu təyinatlı bütün 

məsələlərdə ona etibar etmək olar. Böyük- kiçiyin yerini bilir, 

xəstə insanlara baş  çəkməyi xoşlayır, ehtiyacı olanlara öz 

imkan daxilində köməklik göstərir. 

Mən Ramin müəllimin valideyni olmaqla bərabər, həm 

də onunla yaxın dost və yol yoldaşıyam. Artıq 5 ildən çoxdur 

ki, o, mənim yol bələdçim və  həmsöhbətimdir. Bir şair-

publisist kimi onun haqqında yazdığım sözlər havadan deyil, 

real həyatdan  qida almış həqiqətlərdir. 

Bu məktəbdə 2004-cü ildən çalışır. Bir müddət məktəb 

direktorunun təlim-tərbiyə  işləri üzrə müavini vəzifəsində 

işləsə də müəllim kimi xalq və Vətən qarşısında öz borcunu 

ödəməyi daha üstün tutub. Sözü çox uzatmaq istəmirəm. İndi 

də gəlin Ramin müəllimlə sizi bir qədər yaxından tanış edim: 


~ 362 ~

Ramin Zakir oğlu Bayramov  

04 oktyabr 1980-cı ildə Şabran şəhə-

rində ziyalı ailəsində dünyaya göz 

açıb. 

Atası, bu kitabın müəllifi Zakir 



Həmid oğlu Bayramov (Bayramlı) 

1948-ci ildə Şabran ( keçmiş Dəvəçi ) 

rayonunun Sumaqova kəndində 

müəllim ailəsində doğulub. Uzun 

illər rayon Təhsil  Şöbəsində baş 

mühasib, eləcə  də rayon Sosial 

Təminat  Şöbəsində baş inspektor və rayon 11 saylı Tikinti 

idarəsində kadr üzrə müfəttiş  vəzifələrində  işləyib. Eyni 

zamanda  ədəbi yaradıcılıqla məşğuldur. 2 şeir, 4 bədii-

publisistik kitabın müəllifidir. Hal-hazırda dövlət qulluğu üzrə 

təqaüddədir. 

Anası Elmira Gülağa qızı Bayramova 1952-ci ildə  Də-

vəçi  şəhərində anadan olub. Keçmiş  Dəvəçi üzümçülük 

sovxozunda üzümçü, N.Nərimanov adına sovxozda tərəvəzçi, 

Şabran (keçmiş Dəvəçi) şəhər 1 saylı uşaq bağçasında isə tər-

biyəçi köməkçisi vəzifələrində çalışıb. Hal-hazırda təqaüd-

dədir. 

R.Bayramov 1987-ci ildə  Şabran (keçmiş  Dəvəçi)  şəhər  



1 saylı orta məktəbin I sinfinə qəbul olub. 1998-ci ildə həmin 

məktəbin XI sinfini bitirib. 

Orta məktəbi bitirdikdən sonra gənc Ramin ali təhsil 

almaq məqsədilə  sənədlərini Tələbə  Qəbulu üzrə Dövlət 

komissiyasına verib. Qəbul imtahanlarını  uğurla verdiyi üçün 

ADPU-nun tarix fakultəsinin əyani şöbəsinə qəbul olub. 

Raminin ali təhsil aldığı illər çox uğurlu keçib. Bilikli, 

bacarıqlı və çalışqan bir tələbə kimi bu təhsil ocağının müəllim 

və  tələbə kollektivi arasında yaxşı ad-san qazanıb. Univer-

sitetdə keçirilən bilik yarışlarının və idman tədbirlərinin  ən 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə