Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə96/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   92   93   94   95   96   97   98   99   ...   124

~ 347 ~

fakultəsinə qəbul olub. 1973-1977-ci illərdəki tələbəlik dövrü 

gənc Bahəddin üçün çox uğurlu keçib. O, yüksək bilik və 

bacarığı ilə universitetin sevimli tələbəsinə çevirilib. Tələbə 

etikasını və müəllim-tələbə münasibətlərini düzgün balanslaş-

dırdığına və bu münasibətləri yaxşı qoruyub saxladığına görə 

istər müəllimlər, istərsə  də  tələbə yoldaşları arasında dərin 

hörmət və nüfuz qazanmağı bacarıb. 

1977-ci ildə  gənc Bahəddin ADU-nu uğurlu nəticələrlə 

bitirib. Onun təyinatı Azərbaycan Respublikası Maarif Nazir-

liyi tərəfindən Dəvəçi rayonuna verilib. O, Dəvəçi rayon Xalq 

Maarif  Şöbəsinin  əmri ilə  Dəvəçi  şəhər 1 saylı orta məktəbə 

riyaziyyat müəllimi təyin olunub. Həmin məktəbdə ilk 

pedaqoji  əmək fəaliyyətinə başlayan Bahəddin müəllim sidq 

ürəklə ilk gündən işə yaradıcı münasibətlə yanaşıb.Tədris 

etdiyi fənnə qarşı  şagirdlərdə meyl və marağı artıra bilməyə 

müvəffəq olub. Bunun nəticəsində  də o, qısa müddətdə  dərs 

dediyi məktəbdə bütün müəllim və  şagirdlərin istəklisinə 

çevirilib.  

Daim ardıcıllığa əməl etməklə öz elmi metodik axtarışla-

rını davam etdirib. Respublikanın qabaqcıl riyaziyyat müəllim-

lərinin iş təcrübəsini öyrənərək öz işinə tətbiq etməyə çalışıb. 

Hər il müntəzəm şəkildə məktəb və rayon üzrə keçirilən 

fənn olimpiadalarında, müsabiqələrdə  və bilik yarışmalarında 

dərs dediyi şagirdlərlə  birlikdə fəal iştirak edib. 

Tədris etdiyi riyaziyyat dərslərinin keyfiyyətini daha 

yüksəklərə qaldırmağa səy göstərib. Müntəzəm olaraq sinifdə 

dərs dediyi şagirdlərin nizam-intizamına və  dərsi öyrənmə-

lərinə, eləcə  də onların ev tapşırıqlarının icrasına nəzarəti 

gücləndirib. 

Tədris prosesində yüksək təlim -forma və metodlarından, 

eləcə  də,  əyani, texniki təlim vasitələrindən səmətrəli istifadə 

etdiyinə görə B.Əliyevin iş  təcrübəsi Dəvəçi rayon məktəb-

lərində yayılıb. Təhsil sahəsində əldə etdiyi bu kimi müvəffə-




~ 348 ~

qiyyətlərə görə ona 1983-cü ildə Azərbaycan Respublikası 



Maarif Nazirliyinin qərarı  və attestasiya komissiyasının 

protokoluna əsasən “baş müəllim” adı verilib. 

Bundan sonrakı illərdə  də B.Əliyev təhsil sahəsinə aid 

elmi və metodik mövzularla daha da müntəzəm şəkildə ardıcıl 

və səmərəli məşğul olub. Tədris prosesində öz iş qabiliyyətini, 

metodiki təcrübəsini, pedaqoji işə olan yaradıcı  və doğma 

münasibətini açıb göstərə bilib. 

Müəllimin bütün elmi çalışmaları və tədris işini yüksəlt-

mək cəhdləri məktəbdə keçirilən fənn olimpiadalarında, bilik 

yarışmasında və müxtəlif tədris xarakterli müsabiqələrdə 

özünü bariz şəkildə göstərib. Bahəddin müəllim istədiyinə nail 

ola bilmək üçün öz gücünü və daxili potensialını üzə  çıxara 

bilib. 


Bütün bunları nəzərə alan Azərbaycan KP Dəvəçi rayon 

Komitəsi Bahəddin müəllimi rayon partiya komitəsinə siyasi 

maarif kabinetinin müdiri vəzifəsinə irəli çəkib.  

1977-ci il tarixdən pedaqoji sahədə yüksək pedaqoji iş 

təcrübəsi və  təşkilatçılıq bacarığı olan B.Əliyevi 20 dekabr 

1990-cı il tarixdə  Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov 

adına 4 saylı orta məktəbin direktoru vəzifəsinə irəli çəkiblər. 

O, 1990-2002-ci illərdə bu vəzifədə 12 il işləyib.  

İkinci ali təhsil almaq məqsədi ilə 1993-cü ildə Bakı 

Sosial  İdarəetmə  və Politologiya İnistitunun qiyabi şöbəsini 

bitirib. 

Bahəddin müəllim rayonun ictimai-siyasi proseslərin-

də daim iştirak edib. Hal-hazırda  Şabran rayonu “Ziya-

lılar cəmiyyəti”nin sədri kimi fəal iş aparır. 

Riyaziyyat müəllimi olmasına baxmayaraq Bahəddin 

müəllimin bir üstün cəhəti ondadır ki, o, öz sevimli fənnini 

tədris etdiyi siniflərdə  şagirdlər arasında hərbi vətənpərvərlik 

ruhunun yüksəlişi üçün ardıcıl maariflənmə işi aparır. Nəticədə 

onun dərs dediyi şagirdlərdən hərbi liseylərə  və  məktəblərə 




~ 349 ~

qəbul ildən ilə artır. Müəllimin tədris sahəsində iş göstəriciləri 

nəzərə alınaraq 1994-cü ildə ona  ali dərəcəli müəllim adı 

verilib. 



Bahəddin müəllim tədris işi ilə yanaşı elmi axtarışları 

da davam etdirməyi unutmur. Onun 2005-ci ildə birgə 

müəllifi olduğu Azərbaycan Respublika Təhsil Nazirliyinin 

elmi-metodiki 

şurasının 05.10.2000-ci il tarixli 

 

46-22-4420/16 saylı  rəyini almış “Riyaziyyat testlər 

toplusu” kitabı işıq üzü görüb. 

2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin 

sərəncamı ilə Bahəddin müəllimə “Azərbaycan Respubli-

kasının  Əməkdar müəllimi “fəxri adı verilib. Bu fəxri adı 

almaq onu daha da ruhlandırıb, işə olan həvəsini artırıb. 

Çalışdığı  çətin və  məsul iş olan pedaqoji sahədə yüksək 

əmək qələbələri qazanmağa səsləyib. 

 

 

 

Respublikanın Əməkdar müəllimi Bahəddin Əliyevin  

həyat və əmək fəaliyyətinə həsr edilmiş məlumat lövhəsi 

 



~ 350 ~

Bahəddin müəllim ailəlidir. Həyat yoldaşı Cavahir Oruc 

qızı  Əliyeva 1958-ci ildə rayonun Gəndov kəndində anadan 

olub. 1980-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun 

coğrafiya fakultəsini bitirib. Hal-hazırda  Şabran  şəhər 

T.Abbasov adına 1 saylı tam orta məktəbdə coğrafiya müəllimi 

işləyir. 

Üç övladı var. Qızı  Səfurə APU-nun filologiya fakül-

təsini fərqlənmə diplomu ilə bitirib. Şabran (keçmiş  Dəvəçi) 

şəhər M. Nəzirov adına 4 saylı tam orta məktəbdə Azərbaycan 

dili və ədəbiyyatı müəllimi işləyir. Ailəlidir.Üç övladı var. 

Böyük oğlu Rəşad Azərbaycan Dövlət  İqtisad Univer-

sitetini bitirib. Hazırda Kapital Bank ASC-nin Şabran rayon 

filialında baş mütəxəssis vəzifəsində çalışır. Ailəlidir.  İki 

övladı var. 

Kiçik oğlu Elşad Azərbaycan Neft Akademiyasının 

energetika fakultəsini bitirib. Hal-hazırda Xaçmaz Regional 

Qaz İstismar İdarəsi Şabran Xidmət sahəsində usta vəzifəsində 

işləyir. Ailəlidir. Üç övladı var. 

 

 



           

FÜZULİ HÜSEYNOV 

 

Füzuli Hüseynovu 1982-ci ildə, komsomol işinə başla-



yandan tanıyırdım. Bu tanışlıq onun partiya və sovet işində 

çalışan dövrlərində  də bir qədər artdı. Lakin 2002-ci ildə 

Füzuli müəllim təhsil sahəsinə  işə qayıdaraq bu məktəbə 

direktor təyin olunandan sonra onu dərindən tanımağa 

başladım. 

Kollektivdə intiriqadan və mübahisə yaratmaqdan 

qaçan, sözün düzünü deməyi bacaran, dövlətçiliyimizə hör-

mətlə  və  sədaqətlə xidmət edən, qanunlarımızın tələblərinə 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə