Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


İndidə  gəlin Sabir müəllimin həyat və pedaqoji əmək



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə95/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   91   92   93   94   95   96   97   98   ...   124

~ 343 ~

İndidə  gəlin Sabir müəllimin həyat və pedaqoji əmək 

fəaliyyəti ilə sizi yaxından tanış edim:   

Sabir Qərib oğlu Ağarzayev  

20 may 1945-ci il tarixdə  Şabran 

(keçmiş  Dəvəçi) rayonunun ən 

səfalı guşələrindən biri hesab edilən 

Bilici-Qorğan kəndində anadan 

olub. Atası  Qərib kişi dövrünün sa-

yılıb-seçilən insanlarından idi. Kən-

din bir fəal sakini kimi kolxoz üzv-

lüyündən başlamış kolxoz sədrinə 

qədər böyük və səmərəli əmək yolu 

keçib. Kəndin dövlət quruculuğunda 

hökümətə yaxından kömək edib. 

S.Ağarzayev orta təhsilini rayonun Pirəbədil kənd orta 

məktəbində alıb. 1962-ci ildə o, respublikamızda tanınmış bu 

təhsil ocağını müvəffəqiyyətlə bitirərək orta təhsil haqqında 

kamal attestatı alıb.  

Orta məktəbi yenicə bitirən gənc Sabirin yeganə arzusu 

müəllim olmaq idi. Əvvəlcə o, bu məqsədlə Abşeron rayo-

nunda birillik pedaqoji kursu bitirib. Bir il rayonun Ağbaş 

kəndində müəllim işlədikdən sonra yenidən təhsilini davam 

etdirməyi qərara alıb. 1964-cü ildə S.Ağarzayev bu məqsədlə 

təhsil sənədlərini V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnsti-

tutunun tələbə  qəbulu komissiyasına təqdim edib. İmtahan-

lardan uğurla keçdiyinə görə  həmin ali məktəbin kimya-

biologiya fakültəsinin qiyabi şöbəsinə  qəbul olub. Həmin ali 

məktəbi yüksək nəticələrlə bitirərək ali təhsil haqqında diplom 

alıb. Ali məktəbdə qiyabi təhsil almaqla bərabər o, 1970-ci ilə 

kimi Ağbaş  kənd məktəbində pedaqoji fəaliyyətini uğurla 

davam etdirib.  

Sabir müəllimin Ağbaş kənd məktəbindəki pedaqoji fəa-

liyyəti onun gələcək  əmək salnaməsində sanki bir “tramplin” 




~ 344 ~

rolunu oynayıb. Sonralar o, dəfələrlə  mənim yanımda həmin 

məktəb haqqında öz şirin xatirələrini dilə  gətirərək belə 

deyiirdi: “Ağbaş məktəbi, Ağbaş camaatı mənə bu gün də doğ-

ma və əzizdir. Kəndın qayğıkeş və insanpərvər insanlarını heç 

zaman unutmaq olmur. Xüsusilə kənd ağsaqqallarından Kəlbi 

Kəlbiyevi, Bağır Şamilovu, Baba Quliyevi, Teyfur Məcidovu, 

məktəbin sabiq direktoru Fəyyaz Rəşidovu, müəllimlərdən 

Abdulhəlim Xudaverdiyevi, Şərbətəli Mahmudovu, Məcid 

Məcidovu və digərlərini qəlbimdən hələ də çıxara bilmirəm.”  

Sabir müəllimin Ağbaş kənd məktəbindəki pedaqoji fəa-

liyyəti dövründə  əldə etdiyi müsbət irəliləyişlər, bilik və 

bacarığı, eləcə də yüksək təşkilatçılıq qabiliyyəti nəzərə alına-

raq o, komsomol işinə irəli çəkilib. Əvvəlcə rayon komsomol 

komitəsində gənclər şöbəsinin müdiri, sonra isə məktəblər üzrə 

katib vəzifələrində çalışıb. 

1974-cü ildən S.Ağarzayev yenidən təhsil sahəsinə məsul 

işə göndərilib. O, rayonun ən qocaman və nüfuzlu təhsil 

ocaqlarından birinə - Dəvəçi  şəhər M.Nəzirov adına 1 saylı 

səkkizillik məktəbinə direktor vəzifəsinə irəli çəkilib. Həmin 

məktəbin rəhbəri olduğu illərdə  məktəbin  ətrafının abadlaş-

dırılmasını, 3 əlavə sinif otağının tikintisini və digər əhəmiyyət 

kəsb edən quruculuq işlərini həyata keçirib.  

1982-ci ildə  Dəvəçi rayon Xalq Deputatları Soveti İc-

raiyyə Komitəsinin birinci müavini seçilib və bir il bu vəzifədə 

işləyib. 

1983-cü ildə o, daha məsul bir vəzifəyə - rayon təhsil 

sahəsinə rəhbər işə göndərilib. Şabran (keçmiş Dəvəçi) rayon 

Xalq Maarif Şöbəsinin müdiri təyin olunub. 

Rayon Təhsil  Şöbəsində bir müddət işlədikdən sonra o, 

Dəvəçi  şəhər 1 saylı orta məktəbə müəllim və  təlim- tərbiyə 

işləri üzrə direktor müavini vəzifəsinə köçürülüb. Məktəbdə bu 

məsul vəzifədə 10 ilə qədər çalışıb. 

1996-cı ildə yenidən rayon təhsilinə  rəhbərlik Sabir 




~ 345 ~

müəllimə tapşırılıb. O, düz 15 ilə yaxın bu çətin və  məsul 

vəzifədə çalışaraq rayon rəhbərliyinin, nazirliyin və  Şabran 

(keçmiş Dəvəçi) əhalisinin etimadını doğrulda bilib. 

Sabir müəllim harada və  nə  vəzifədə  işləməsindən aslı 

olmayaraq həmişə müəllimlik peşəsindən möhkəm yapışıb,ona 

etibar edib. Uzun illər öz üzərində çalışaraq yüksək səviyyəli 

biologiya müəllimi kimi təkmilləşib. Daim respublika mət-

buatında, xüsusilə pedaqoji qəzet və jurnallarda müxtəlif 

mövzularda çıxışları olub, elmi məqalələri dərc edilib. 

Onun dərs dediyi məzunlardan Hafiz Kəlbiyev, Rüstəm 

Məmmədov, M.Balabəyova, Ruhiyyə Salahova, Yaqut Şükü-

rova, Esmira Bayramova, M.Baxşıyev, R.Salmanova,  Firudin 

Rəşidov,  Şəlalə Salmanova, Sümuzər Salahova və başqaları 

həkim, bioloq və kimyaçı ixtisaslarına yiyələnmişlər. 

Yüzdən artıq əyani vəsaitin müəllifi olan Sabir müəllimin 

uzunmüddətli səmərəli  əməyi dövlətimiz tərəfindən layiqincə 

qiymətləndirilib. O, müxtəlif fəxri fərmanlarla və qiymətli 

hədiyyələrlə mükafatlandırılıb.  Təhsil sahəsində  əldə etdiyi 

uğurlara görə “Xalq Maarif əlaçısı “döş nişanı ilə  təltif 

edilib. 

2011- ci ildən təqaüdə çıxmasına baxmayaraq bu gün də 

rayonun ictimai həyatında yaxından iştirak edir. 

Ailəlidir, üç övladı, altı nəvəsi vardır. 

 

 

 



 

       

 

 


~ 346 ~

BAHƏDDİN ƏLİYEV 

 

Bahəddin müəllim riyaziyyatçıdır. Lakin mən onu təkcə 

müəllim kimi tanımıram. Əslində onun təhsil sahəsində çox 

uğurlu həyat tarixçəsi var. Bu tarixçəni vərəqlədikcə biz onu 

əvvəlcə müəllim, sonra baş müəllim, ali dərəcəli müəllim,” 

Riyaziyyat testlər toplusu” nun müəlliflərindən biri, daha 

sonra isə respublikanın Əməkdar müəllimi kimi görürük . 

Onun həyat və  əmək salnaməsi təkcə bununla bitmir. 

Bunlardan  əlavə biz onu rayonumuzun və respublikamızın 

ictimai-siyasi həyatında fəal çıxış edən  Şabran rayon 

Ziyalılar cəmiyyətinin sədri kimi də tanıyırıq.  

Bahəddin müəllim bütün saydıqlarımızla bərabər həm 

də Azərbaycan KP Dəvəçi rayon Komitəsinin siyasi maarif 

kabinetinin müdiri vəzifəsində çalışmışdır . Ən başlıcası isə 

B. Əliyev bu məktəbə rəhbərlik edib, onun direktoru olub. 

Yaxşı olar ki, B.Əliyevin həyat və  əmək fəaliyyəti ilə 

oxucularımızı bir qədər yaxından tanış edək: 

Bahədin Əli oğlu Əliyev 1955-

ci ildə  Şabran (keşmiş  Dəvəçi) 

şəhərində ziyalı ailəsinndə dünyaya 

göz açıb. Atası  Əli  Əliyev  əvvəlcə 

orta məktəbdə  hərbi rəhbər, sonralar 

isə ömrünün sonuna kimi Dəvəçi 

rayon Dövlət Sığorta Müfəttişliyində 

baş mühasib vəzifəsində işləyib. 

B.  Əliyev orta təhsilini  Şabran 

(keçmiş  Dəvəçi)  şəhər T.Abbasov 

adına 1 saylı orta məktəbdə alıb və 

1973-cü ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 

Həmin ildə  də  sənədlərini ali məktəbin tələbə  qəbulu 

komissiyasına verib. Qəbul imtaqhanlarını  uğurla verdiyinə 

görə Azərbaycan Dövlət Universitetinin mexanika- riyaziyyat 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə