Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə94/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   90   91   92   93   94   95   96   97   ...   124

~ 339 ~

masında böyük əmək sərf edib. 1968-ci ildə 70 yaşında dün-

yasını dəyişib. 

İsbat İsaqov 1937-ci ildə Nohurlar kənd orta məktəbinin  

I sinfinə daxil olub, 1947-ci ildə böyük təhsil uğurları ilə 

həmin məktəbi bitirərək orta təhsil haqqında kamal attestası 

alıb. Orta məktəbdə oxuduğu illərdə bütün fənlərin, xüsusilə 

riyaziyyatın mənimsənilməsində  əmiləri Güləli və Yunic 

müəllimin böyük əməyi olub. Hələ orta məktəb illərində  İ. 

İsaqova riyaziyyatçı olmaq arzusu rahatlıq verməyib. 

Ürəyində riyaziyyatçı olmaq istəyi baş qaldıran gənc 

İsbat təhsil sənədlərini Azərbaycan Dövlət Pedaqoji İnstitu-

tunun tələbə  qəbulu komissiyasına təqdim edib. İmtahanları 

yüksək müvəffəqiyyətlə verdiyinə və əla nəticələr qazandığına 

görə müsabiqədənkənar həmin ali məktəbin fizika-riyaziyyat 

fakultəsinə daxil olub.  

Onun ali məktəb həyatı qazanılan uğurlara görə çox 

yaddaqalan olub. Gündəlik mühazirələrdən başlamış bütün 

bilik yarışlarında,elmi tədbirlərdə  iştirak etdiyinə görə oxu-

duğu ali məktəbin ən layiqli tələbəsi adını qazanıb. 

1952-ci ildə riyaziyyat elmini öyrətməyin bütün əlçatmaz 

və açılmayan sirlərini yüksək formada mənimsəyən gənc İsbat 

ali məktəbi müvəffəqiyyətlə bitirib. Azərbaycan Respublikası 

Maarif Nazirliyi tərəfindən işləmək üçün onun təyinatı doğma 

rayonu Dəvəçiyə verilib. 

Rayonun məktəblərində pedaqoji əmək fəaliyyətinə 

başlayan İsbat müəllim Dəvəçidə güclü riyaziyyat məktəbi 

yaratmaq qərarına gəlib.  Nəticədə o, böyük əziyyət və 

çətinliklə  də olsa bu arzusuna nail ola bilib. O,  Pirəbədil, 

Dəvəçi  şəhər 2 və 4 saylı  əsas, eləcə  də 2 saylı tam orta 

məktəblərdə müəllim və direktor işlədiyi dövrdə həmin təhsil 

ocaqlarında yüksək səviyəli, riyaziyyat elminin bütün 

tələblərinə cavab verə biləcək bir səviyyədə riyaziyyatçı 

məzunlar dəstəsi yetişditilməsinə nail ola bilib.  



~ 340 ~

Çox keçməyib ki, çəkilən zəhmət öz bəhrəsini verməyə 

başlayıb. Dəvəçidə yüksək dərəcəli riyaziyyat məktəbini 

yaratmış  İsbat müəllimin adı  nəinki Dəvəçidə, hətta respub-

likanın digər rayonlarında və Bakı  şəhərində  də  məşhurlaşıb. 

Hətta mən eşitmişəm ki, o, dövrlərdə İsbat müəllimin nüfuzu o 

qədər artmışdı ki, ali məktəblərə  tələbə  qəbulu zamanı  çətin 

keçən qəbul imtahanlarında müəllimlərə yaxşı cavab 

verdiklərinə görə “Sən İcbat müəllimin şagirdisənmi?” - deyə  

müəllimlər həmın abituriyentlərə hörmətlə yanaşardı. Və 

onları əlavə suallardan azad edərdilər. 

İsbat müəllim  Şabranın (keçmiş  Dəvəçinin) təhsil tari-

xinə riyaziyyat məktəbinin banisi kimi düşüb.  Bu riyaziyyat 

bilicisinin yetişdirdiyi riyaziyyat, fizika və başqa texniki 

fənlərdən olan müəllimlərin sayı çoxdan 50-ni ötüb keçib. 

Onun yetişdirdiyi məzunlar arasında 3 nəfər elmlər dok-

toru, 15 nəfərdən artıq elmlər namizədi var. Mən bu sahədə 

ciddi uçot olmadığı üçün hələ neçə- neçə  məzunun adını bu 

siyahıya daxil edə bilmədim. 

İ.  İsaqovun bir övladı var. Oğlu Elşən zabitdir. Milli 

orduda uğurla xidmət edir. 

Riyaziyyat fənninin cəfakeşi, təhsil fədaisi İsbat müəllim 

1995-ci ilin dekabr ayında 65 yaşında haqq dünyasına 

qovuşub. 



 

 

 

 

     

 

 


~ 341 ~

 

 

 

 

VIII BÖLMƏ 

 

 

 

ELM VƏ TƏHSİLİ 

ŞÖHRƏTLƏNDİRƏN MÜƏLLİMLƏR 

 

 

 

Günəş kimi daim işıq saçırsan, 

Şagirdlərə qucağını açırsan. 

Bizi görüb sevincindən uçursan, 

Tələsirsən, sən həmişə qaçırsan, 

Ayaq saxla, ey qəhrəman müəllim

Qocaltmasın səni zaman, müəllim. 

 

 

     

 

 

 

 


~ 342 ~

SABİR AĞARZAYEV 

 

Sabir müəllimlə rayon Təhsil  Şöbəsinin aparatında 20 

ilə qədər bir yerdə işləmişik. O, şöbənin müdiri, mən isə baş 

mühasibi olmuşam. Rayon təhsilinin maliyyə-təsərrüfat 

fəaliyyətinə  şöbə  rəhbəri birinci, mən isə ikinci cavabdeh 

şəxs sayılmışam. Hətta  1980-1983-cü illərdə rayon Sosial 

Təminat  Şöbəsində baş inspektor vəzifəsində  işləyərkən 

əvvəlcə rayon ZDS İK-nin ilk partiya təşkilatı katibinin 

müavini, daha sonra partiya təşkilat katibi seçildim. O vaxt-

larda Sabir müəllim də ZDS İK-nın müavini  vəzifəsində 

işlədiyi üçün bir partiya təşkilatının uçotunda idik. 

Səbrinə, təmkininə söz ola bilməzdi.  Şabran (keçmiş 

Dəvəçi) rayon təhsil tarixində  təhsil  şöbəsinə  rəhbərlik 

kürsüsündə ən çox əyləşən müdir kimi yadda qalıb. 

Lakin bu yazımda mən onun müdir vəzifəsindən  qat-

qat uca tutduğu müəllimlik fəaliyyəti barədə öz düşüncə-

lərimi oxuculara bildirəcəyəm. Ona görə ki, bu insan sanki 

anadan  əsl müəllimlik peşəsi üçün doğulub. Müdir işlədiyi 

dövrdə elə bir gün olmayıb ki, o, müəllimlik fəaliyyətindən 

ayrı düşsün. Həmişə idarədə boş saatlarında və iş vaxtından-

kənar məqamlarda fikri, düşüncəsi yalnız elm öyrənmək və 

öyrətmək idi. 

Sabir müəllim biologiya müəllimidir. Bu elmi dərindən 

öyrənmək və şagirdlərinə öyrətmək üçün o, daim öz üzərində 

işləyib. Bu sahədə öz məqsədinə nail ola bilmək üçün həmişə 

bilik axtarışında olub. Hər dəfə neçə-neçə  əlavə  ədəbiyyat-

lardan istifadə edib. Nəticədə öz istəyinə nail olub. 2010-cu 

ildən təqaüddə olsa da bu qocaman müəllim indi də sevib- 

seçdiyi biologiya fənnindən ayrıla bilmir. Bu gün də ali 

məktəblərə  qəbul olmaq istəyən neçə-neçə  məzun onları 

maraqlandıran suallarla tez-tez Sabir müəllimə müraciət edir 

və onun köməyindən layiqıncə istifadə edirlər. 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə