Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


əməl edən bir ziyalıdır Füzuli müəllim. Mülayim xarakterli



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə97/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   93   94   95   96   97   98   99   100   ...   124

~ 351 ~

əməl edən bir ziyalıdır Füzuli müəllim. Mülayim xarakterli 

insan olması, səbirli davranması həmişə ona uğur gətirib. 

 Eramızdan əvvəl 448-397-ci illərdə yaşamış yunan şairi 

Aqafonun insan xarakteri haqqında belə bir deyimi var: 

“Tündxasiyyət adam lap ölü də diriltsə,  ətrafındakı adam-

ların rəğbətini qazana bilməz”. 

Riyaziyyat müəllimlərinə xas olmayan ünsiyyətcillik, 

mehribanlıq, mülayimlik, istənilən insanla dil tapmaq baca-

rığı var onda. Bu müsbət xüsusiyyətlər ona Şabran (keçmiş 

Dəvəçi) şəhər M.Nəzirov adına 4 saylı tam orta məktəb kimi 

qocaman təhsil ocağına 13 ilə yaxın rəhbərlik etmək şansını 

qazandırıb. Məktəbdə nəfis şəkildə və xeyli miqdarda maliyyə 

vəsaiti tələb edən foto stendlər, məktəbin keçmiş  həyat 

yoluna dair reklam lövhələr hamısı Füzuli müəllimin tapşı-

rılan işə doğma və yüksək münasibətinin bariz nümunəsidir. 

Direktorluq kürsüsünü tərk etsə  də bu gün məktəbdə müəl-

lim və hərbi rəhbər işləsə də, yenə o, bu qocaman və möhtə-

şəm təhsil ocağında bir ağsaqqal, işə can yandıran yaxın 

məsləhətçi, Şabran rayon Təhsil Şurasına rəhbərlik edən bir 

şəxs kimi fəaliyyət göstərir. 

Füzuli müəllim haqqında çox söyləmək, çox yazmaq 

olar. Lakin onun aşağıdakı  həyat və  əmək fəaliyyətinin 

xronikası oxucularımızın daha da marağına səbəb olacaqdır: 

Füzuli  Ələyəddin oğlu Hüseynov  

16 sentyabr 1957-ci ildə Şabran (keçmiş 

Dəvəçi) rayonunun Qələgah kəndində 

dünyaya göz açıb. 1972-ci ildə  Dəvəçi 

şəhər 1 saylı 8-illik məktəbi,1974-cü 

ildə isə  Dəvəçi  şəhər 2 saylı orta mək-

təbi bitirib. O, orta məktəb illərinə aid 

xatirələrində yazır ki, tarix fənninə ma-

rağı çox olub. Lakin mərhum riyaziyyat 

müəllimi və sinif rəhbəri Ağakərim 



~ 352 ~

müəllimin məsləhəti və təkidi ilə o, riyaziyyat ixtisasını seçib. 

Orta məktəbi müvəffəqiyyətlə bitirən gənc Füzuli həmin 

arzu ilə  təhsil sənədlərini Azərbaycan Pedaqoji İnstitunun 

tələbə  qəbulu komissiyasına verib. İmtahanlardan uğurla 

çıxdığına görə həmin ali məktəbin riyaziyyat fakultəsinə qəbul 

olub.1978-ci ildə isə institutu uğurla bitirdiyinə görə onun 

təyinatını  Dəvəçi rayonun ən ucqar nöqtələrindən sayılan 

Çuxurazəmi kənd orta məktəbinə veriblər. Bir il o, bu kənd 

məktəbində riyaziyyatdan dərs deyib. Qısa zaman kəsiyində 

dərs dediyi şagirdlərin, müəllim yoldaşlarının və valideynlərin 

dərin hörmətini qazanıb. 

1979-cu ildə Füzuli müəllim hərbi xidmətə çağırılıb. O, 

keçmiş SSRİ-nin  ən ucqar nöqtəsində - Primorski vilayətinin 

Ussuriyski şəhərində hərbi xidmət keçib. Hərbi xidmətini başa 

vurduqdan sonra yenidən Dəvəçi rayonuna pedaqoji işə 

qayıdıb və az bir müddət rayonun Padar kənd 8-illik məktə-

bində riyaziyyat müəllimi işləyib. 

1982-ci ildə 25 yaşlı Füzulinin bilik və bacarığı, eləcə də 

təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq komsomol işinə  dəvət 

edilib. O, 1982-ci ildən 2003-cü ilədək 21 il komsomol, par-

tiya və sovet orqanlarında müxtəlif vəzifələrdə müvəffəqiy-

yətlə çalışıb.  

2002-ci ildən Füzuli Hüseynov yenidən təhsil sahəsinə 

işə göndərilib. O, 2002-ci ilin dekabr ayından 2015-ci ilin 

dekabr ayınadək 13 il Şabran (keçmiş  Dəvəçi)  şəhər 

M.Nəzirov adına 4 saylı tam orta məktəbinə  rəhbərlik edib. 

Həmin dövr Füzuli müəllim üçün çox da asan keçməyib. Bu 

məktəbə işə göndəriləndə məktəbin keçmiş məzunu olduğuna 

görə üzərinə ikiqat məsuliyyət düşdüyünü yaxşı dərk edib. İlk 

işə başladığı ildə  məktəbin giriş hissəsi tamamilə yenidən 

qurulub. Məktəbin müəllimləri, xüsusilə sinif rəhbərləri mək-

təbin cari təmir işinə cəlb edilib. Bir çox müəllimlər isə hətta 

yay tətilinin çox hissəsini bu işə sərf ediblər. 




~ 353 ~

F.Nüseynovun məktəbə  rəhbər gəldiyi illərin ilk mərhə-

ləsində köhnə  məktəbin binası sökülməli, məktəbin müəllim-

ləri və  şagirdləri digər məktəblərdə yerləşdirilməli idi. Lakin 

şəxsən Füzuli müəllim və  məktəb kollektivi buna imkan ver-

məyib. 


Nəhayət 2008-ci ildə rayon rəhbərliyinin və  təhsil 

şöbəsinin təşəbbüsü ilə məktəb üçün 3 mərtəbəli, 26 sinif otağı 

olan yeni bina tikilməsi üçün layihə-smeta sənədləri hazırlandı 

və tikinti fəaliyyətə başladı. 2010-cu ildə indiki yeni məktəb 

binası istifadəyə verildi. Beləliklə  Şabran (keçmiş  Dəvəçi) 

şəhər təhsilinin beşiyi hesab olunan bu məktəbə sanki yeni 

həyat verildi. 

Füzuli Hüseynov işlədiyi dövrdə  məktəbin tədris işinə 

xüsusi diqqət yetirməklə yanaşı, müəllimlərin həvəsləndiril-

məsi, onların həyat və  əmək fəaliyyəti ilə bağlı müxtəlif 

görüşlərin və yubileylərin keçirilməsi təşəbbüsünü qaldırıb. 

Müəllimlərdən R.Muradəliyevanın, 

Ş.Babayevanın, 

Ş.Aşurovanın, V.Məmmədovanın və başqalarının yubileyləri 

keçirilib. 

Məktəbin qabaqcıl pedaqoqu, respublikanın  əməkdar 

müəllimi Babək Xubyarovun və  məktəbin müəllimi  şair 

Bayram Novruzun “60-illik” yubileyləri rayon səviyyəsində 

qeyd edilmişdir. 

Həmin müddətdə  məktəbin onlarla müəllimi təhsil 

sahəsində göstərdiyi səmərəli xidmətlərinə görə  RİH-nin, 

YAP-ın  Şabran (keçmiş  Dəvəçi) rayon təşkilatının, rayon 

Təhsil Şöbəsinin və diğər rəhbər təşkilatların fəxri fərmanları, 

eləcə də qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar. 

Füzuli Hüseynovun məktəbə 13 illik rəhbərliyi dövründə 

ən böyük əlamətdar hadisə 2012-ci ilin may ayının 19-da 

məktəbin 90 illik yubileyinin rayon səviyyəsində möhtəşəm 

şəkildə keçirilməsi olub. Bu təntənəli məclisdə rayon ziyalıları, 

məktəbin məzunu olmuş onlarla alim, tanınmış vəzifə sahibləri 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə