Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə98/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   94   95   96   97   98   99   100   101   ...   124

~ 354 ~

və müxtəlif iş adamları  iştirak edib. Maraqlı burası idi ki, 

rayon tarixində ilk dəfə belə bir tədbir açıq havada, məktəbin 

həyətində təzə inşa olunmuş böyük meydançada keçirilirdi.  

Məktəbin yubileyinin keçirilməsində rayon Mədəniyyət 

Şöbəsinin, rayon musiqi məktəbinin, xüsusilə musiqi məktə-

binin müəllimi Məmmədşah Həkimovun xüsusi əməyi olub. 

Füzuli müəllim işlədiyi dövrdə məktəbə işə qəbul olunan 

gənc müəllimlərə diqqət və qayğını gündən-günə, ildən- ilə 

artırıb. Bunun nəticəsidir ki, yeni işə götürülən müəllimlərdən 

A.Səfərəliyev, V.Xəlilova, O.Osmanov, R.Bayramov, E.Oru-

cov, K.Məmmədova, S.Quliyeva, Ş.Babayeva, L.Orucova, 

N.Paşayeva və başqa gənc mütəxəssislər işlədikləri məktəblə 

yanaşı, rayonun digər məktəblərinin  şagirdlərinin ali məktəb-

lərə hazırlanmasında da  gərgin əmək sərf etmişlər. 

Füzuli müəllimin  əmək fəaliyyəti təkcə bu məktəbdə 

direktorluqla, müəllimliklə  və indiki hərbi rəhbər vəzifəsini 

yerinə yetirməklə bitmir. Onu biz həmişə müxtəlif rayon təd-

birlərində, ictimai işlərin önündə görürük. 

O, 1998-ci ildən YAP-ın Rayon təşkilatının sədr 

müavinidir. Dəfələrlə partiya konfranslarına sədrlik edib. 

YAP-ın bütün qurultaylarının nümayəndəsi olub. 

Eyni zamanda Füzuli müəllim Rayon Təhsil Şurasının 

sədri kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası 

Prezidenti yanında “Bilik Fondu” nun Şabran  Şöbəsinin 

sədridir.  Məktəbdə ona tapşırılan vəzifələrlə yanaşı o, bu 

məsul işlərdə  də öz üzərinə düşən borcu şərəflə yerinə 

yetirməyə çalışır. 

 

 



 

          



 

 



~ 355 ~

ŞƏFİQƏ AŞUROVA 

 

Hələ keçən  əsrin altımışıncı illərindən Dəvəçi  şəhərin-

dəki S.M.Kirov adına orta məktəbində fizika müəllimi işləyən 

Şəfiqə  Aşurova haqqında çox eşitmişdim. Sonralar  xidməti 

işlə  əlaqədar olaraq məktəbə  gəlib gedəndə onu görüb 

tanısam da sözünü- söhbətini eşitməmişdim. Bilirdim ki, 

keçmiş  Dəvəçi rayon Partiya Komitəsinin birinci katibi 

işləmiş hörmətli Niftalı  Aşurovun qızı, rayonumuzun ən 

nüfuzlu fiziki tərbiyə  və idman müəllimlərindən biri Nuru 

müəllimin həyat yoldaşıdır. 

Niftalı müəllimin qızlarının 3-də müəllimdir. Nilufər 

xanım ibtidai sinif müəllimidir.  Qələgah kənd ümumi orta 

məktəbində müəllim işləyərkən onunla rayon Təhsil 

Şöbəsinin mühasibatlığına gəldiyi vaxtlarda görüşmüşəm. 

Qızlardan ikincisi Sitarə xanım isə ingilis dili müəllimidir. 

Sitarə müəllimə ilə  mən ondan “Min ilə  bərabər yüz il” 

kitabını yazarkən atası haqqında, “Günəşdən nur alanlar 

“kitabını yazdığım vaxt isə özü haqqında müsahibələr və 

məlumatlar aldığım zaman görüşmüşəm. 

Şəfiqə müəllimin evinə zəng edib bu kitab üçün müsa-

hibə verməsini ondan xahış edəndə etiraz etmədi. “Mənə bir 

az vaxt verin, qoy əvvəlcə sizə lazım olan məlumatları tapım 

bir yerə toplayım, bir həftədən sonra əlaqə saxlayıb 

görüşərik”- dedi. 

Gözlədiyim həftə bir göz qırpımında gəlib keçdi. Şəfiqə 

müəllimin evinə  zəng vurub fikrimi bildirəndə “Yazıların 

hazırdır, bütün suallarına cavab yazmışam “– deyə cavab 

verdi. 

Onunla evlərindəki həyətdə görüşdüm. Məni çox 

səmimi qarşıladı. On iki vərəqlik o üz bu üz yazılmış şagird 

dəftərini mənə uzatdı: “Suallarınıza verilən cavablar hamısı 

bu dəftərdədir” - deyə gülümsədi. 


~ 356 ~

Psixoloq olmasam da uzun illər müəllimlərlə  işləyən, 

çoxlu epizodlarla, eləcə də qəribə və maraqlı hallarla üzləşən 

bir insan kimi deyə bilərəm ki, fizika- riyaziyyat müəllimləri 

istər məktəbdə, istər ailədə, istərsə  də ictimai yerlərdə çox 

vaxt ciddi görkəmdə olurlar. Həm də az danışan və dedikləri 

fikirləri, söz-söhbəti konkret söyləyirlər. Görünür bu 

xarakter onların dəqiq fənləri tədris etmələri ilə bağlıdır. 

Lakin söhbət əsasında Şəfiqə müəllimə mənim verdiyim 

əlavə sualları elə  dəqiq cavablandırdı ki, heç ədəbiyyat 

müəllimi özü bu cür gözəl quruluşlu cümlələr düzəldib məni 

razı sala bilməzdi. Mən ondan verdiyi gözəl müsahibənin 

təsiri altında böyük razılıq hissi ilə ayrıldım. 

İndi də gəlin Şəfıqə müəllimin həyat və əmək salnaməsi 

ilə sizi yaxından tanış edək: 

Şəfiqə Niftalı  qızı  Aşurova  

08 mart 1938-ci ildə  Şabran (keçmiş 

Dəvəçi) rayonunun Qələgah kəndində 

dünyaya gəlib. 

Atası Niftalı Aşurlu oğlu Aşurov 

1910-cu ildə rayonun Qələgah kən-

dində  kəndli ailəsində anadan olub. 

Traktorçu peşəsindən başlayaraq rayon 

Partiya Komitəsinin I katibliyinə kimi 

çox ağır və mürəkkəb, ancaq nəticəsi 

uğurlu və  şərəfli olan bir əmək yolu 

keçib.  Əvvəlcə ikillik partiya məktə-

bində, sonra Ali Kommunist Kənd Təsəttüfatı  məktəbində, 

daha sonra isə Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitu-

tunda təhsil alıb. Respublikamızın bir çox rayonlarında: 

Kürdəmir, Qazax, Salyan, Xaçmaz, Qonaqkənd və Dəvəçi ra-

yon Partiya Komitələrinin I və II katibi kimi yüksək və böyük 

məsuliyyət tələb edən vəzifələrdə çalışıb.  

1950-ci ildən 1964-cü ilə kimi əmək fəaliyyətinin son 15 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə