Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə101/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   97   98   99   100   101   102   103   104   ...   124

~ 363 ~

fəal iştirakçısı olub. Çox keçməyib ki, ali məktəb illəri öz 

gözəl və zəngin nəticələri ilə unudulmaz xatirəyə çevrilib.  

2002-ci ildə  gənc Ramin universiteti bitirıb, onun təyi-

natını doğma rayonu Şabrana (keçmiş Dəvəçiyə) verilsə də o, 

işə başlamazdan  əvvəl hərbi xidmətə yollanıb. Naxçıvan 

Muxtar Respublikasında “N” hərbi hissədə xidmət edib.  

2003-cü ildə  hərbi borcunu yerinə yetirən Ramin 

Bayramov ixtisası üzrə pedaqoji işə başlayıb. Əvvəlçə Şabran 

(keçmiş  Dəvəçi)  şəhər 2 saylı  əsas məktəbində, sonra isə 

Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov adına 4 saylı tam 

orta məktəbində tarix müəllimi işləyib. 

2011-ci illərdə Ramin müəllimin pedaqoji təcrübəsi və 

təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq onu həmin məktəbin 

təlim-tərbiyə  işləri üzrə direktor müavini vəzifəsinə irəli 

çəkiblər. 2011-2013-cü illərdə o, bu məsul vəzifədə ürəklə və 

böyük məsuliyyətlə çalışıb. Ancaq o, müəllim peşəsini bütün 

vəzifələrdən uca tutduğuna görə müəllim kimi işləməyə 

üstünlük verib. Hazırda 13 ildir ki, bu qocaman təhsil ocağında 

böyük həvəs və  məhəbbətlə  Vətənimizin tarixini tədris edir. 

Dərs dediyi şagirdlərə tariximizi sevə-sevə öyrətməyə çalışır 

və nəticədə də buna uğurla nail ola bilir. 

Ailəlidir, həyat yoldaşı Ofelya Əlağa qızı Bayramova 

1985-ci ildə  Şabran  şəhərində dünyaya gəlib. 2006-cı ildə 

Azərbaycan Müəllimlər  İnstitutunu fərqlənmə diplomu ilə 

bitirib. Ali təhsilli sinif müəllimidir. Hal- hazırda Şabran şəhər 

R.Yusifov adına 2 saylı lisey-tam orta məktəbində sinif 

müəllimi işləyir. 

Ramin müəllimin iki övladı var. Böyük oğlu Bəylər IV 

sinifdə dərs əlaçısıdır. Kiçik oğlu Zakir isə I sinifdə oxuyur. 



 

 

            




~ 364 ~

EYVAZ ORUCOV 

 

Gənclərin fiziki tərbiyəsi - minlərlə, milyonlarla oğlan 

və  qızın sağlam və gümrah böyüməsi,  əsl vətəndaş kimi 

yetişdirilməsi və Vətənin müdafiəsinə hazırlanması qədər şə-

rəfli, eləcə də böyük bir vəzifəni yerinə yetirir. Ölkəmizdə bu 

tərbiyə sahəsi həmişə dövlətimizin misilsiz qayğısı ilə  əhatə 

olunmuşdur. 

Bu qayğıdan ruhlanaraq işini daha düzgün və  həvəslə 

quran, təşkilatçılıq bacarığı  və metodiki hazırlığı ilə başqa-

larına nümunə ola biləcək müəllimlərimizdən biri də bu 

məktəbin bədən tərbiyəsi müəllimi Eyvaz Orucovdur. 

Mən rayon Təhsil  Şöbəsinin aparatında işlədiyim 

vaxtlarda hər gün səhər tezdən işə gedərkən düz məktəbin 

yanından keçərdim. Havanın pis və ya yaxşı olmasından asılı 

olmayaraq Eyvaz müəllimin böyük həvəslə  və  məsuliyyətlə 

məktəbin həyətində  səhər gimnastikası  və  ya  fiziki  tərbiyə 

dərsi keçdiyini görərdim. O, şagirdlərlə sinifdə  və idman 

zalında olduğu kimi, məktəbin həyətində də idman məşğələsi 

keçərkən dərsin qayda-qanunlarına ciddi əməl edərdi.  

Eyvaz müəllim üzdən çox sakit görünsə  də  dərsdə çox 

tələbkar idi. Tədris məşğələsi zamanı istədiyinə nail olduqca 

şagirdləri ilə mehribanlaşar və gülümsər üzü daha da nur-

lanardı. 

E.Orucov bu gün də belədir. Elə  əvvəlki illərdə 

gördüyüm Eyvaz müəllimdir. Uca boyunda dəyişiklik hiss 

olunmadığı kimi, öz çəkisinə  də uzun illərdə  nəzarət etməyi 

bacarıb. Deyərdim ki, əvvəlkindən heç zərrə  qədər də  dəyi-

şilməyib. Belə hiss etdim ki, deyəsən zərərli vərdişlərdən də 

uzaqdır.  Əsil saf idmançı  əhval-ruhiyyəsi ilə öz gümrah 

həyat tərzini yaşayır. Sanki sevib-seçdiyi müəllim peşəsini 

uğurla başa vurmasına sədaqət andı içib. 


~ 365 ~

Məni bir də sevindirən odur ki, artıq çəkidən və kökəl-

mək problemindən  əziyyət çəkən bəzi fiziki tərbiyə müəllim-

lərindən fərqli olaraq idmançı çevikliyini və normal çəki 

dərəcəsini bu günə  qədər qoruyub saxlaya bilib Eyvaz 

müəllim . İndi də gəlin onunla yetərincə yaxından tanış olaq: 

Eyvaz  Əlibala oğlu Orucov 

1965-ci ilin dekabr ayının 25-də  Şab-

ran (keçmiş  Dəvəçi) rayonunun ən 

dilbər güşələrindən biri sayılan Suma-

qova kəndində  fəhlə ailəsində dün-

yaya göz açıb. 1973-1983-cü illərdə 

qonşu Pirəbvədil kənd orta məktə-

bində  təhsil alıb. 1983-cü ilin iyul 

ayında həmin məktəbi bitirmək haq-

qında kamal attestatı almağa müvəffəq 

olub. 


Orta məktəbi qurtardığı ildə Eyvaz  təhsil sənədlərini 

Bakı  Bədən Tərbiyəsi Texnikumuna verib. Qəbul imtahan-

larından uğurla keçərək texnikuma qəbul olub. 1985-ci ildə isə 

məktəbi müvəffəqiyyətlə bitirib. İşləmək üçün onun təyinatı 

doğma rayonu Şabrana (keçmiş Dəvəçiyə) verilib. 

Şabran (keçmiş Dəvəçi) rayon XMŞ-nin əmriu ilə Eyvaz 

Orucov rayonun Yanıqələz kənd 8-illik məktəbinə  bədən 

tərbiyəsi müəllimi təyin edilib. Ciddi ehtiyaca görə bir ildən 

sonra rayonun Dağbilici kənd otra məktəbinə ixtisası üzrə 

müəllim köçürülüb. Burada o, 7 il müəllim işləyib. Dəniz 

səviyyəsindən 700 metr yüksəklikdə yerləşən bu kənd öz 

füsunkarlığı ilə rayonumuzun digər kəndlərindən heç də geridə 

qalmır. Gözəl havası, suyu və insanları olan bu kənddə Eyvaz 

müəllim uşaqlar, yeniyetmələr və  gənclər arasında fiziki 

tərbiyyənin və idmanın səviyyəsini yüksəltməyi qərara alıb. 

Az müddətdə onun köməyi ilə məktəbdə idmana böyük maraq 

yaranıb. Məktəbdə  rəngarəng idman tədbirləri keçirilməyə 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   97   98   99   100   101   102   103   104   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə