Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə99/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   95   96   97   98   99   100   101   102   ...   124

~ 357 ~

illik dövrünü Dəvəçi rayonunda işləyib. N.Aşurov həmin 

dövrün ilk 9 ilini (1950-1959-cu illər) Dəvəçi rayon Partiya 

Komitəsinin I katibi vəzifəsində çalışıb. 1973-cü ildə dünya-

sını dəyişib. 

Şəfiqənin anası Gülarə  Aşurova (Bayramova) isə  Qələ-

gahda kənd Sovetinin sədri olub. 

Şəfiqə  Aşurova 1945-ci ildə Qonaqkənd qəsəbə orta 

məktəbin I sinfinə daxil olub.1950-ci ilə kimi bu məktəbdə 

təhsil alıb. Atasının iş yerinin dəyişməsi ilə  əlaqədar olaraq 

orta təhsilini Dəvəçi qəsəbə S.M.Kirov adına orta məktəbdə 

davam etdirib və 1955-ci ildə orta məktəbi müvəffəqiyyətlə 

bitirərək kamal attestatı alıb. 

Ş.Aşurova Dəvəçi qəsəbəsindəki orta məktəb illərini xoş 

xatirə kimi belə yada salır: “Oxuduğum müddətdə  mənə  dərs 

deyən müəllimləri heç zaman unutmayacağam. Çünki mən 

onların mənə öyrətdiyi bilik və savadın sayəsində  həyatda öz 

istəyimə nail ola bilmişəm. Bütün həyatım boyu onların 

verdiyi savaddan bəhrələnmişəm. N.Mehdiyev, İ.İsaqov, 

H.Cəbrayılov, B.Şükürov, N.Quliyev, X.Fərzəliyev, A.Quli-

yev, L.Şeller, B.Muradəliyev, R.Hüseynov, R.Hacıyev, 

T.Məmmədova, T.Musayeva, N.Məmmədova, F.Qrat və digər 

müəllimləri şirin xatirələrlə yad edirəm. 

Sinif yoldaşlarım isə heç yadımdan çıxmır. Məktəb 

illərinə aid albomu vərəqlədikcə şagird yoldaşlarımın hər biri 

ilə bağlı olan xoş xatirələr yada düşür. “ 

1955-ci ildə orta məktəbi uğurla bitirən  Şəfiqə  Aşurova 

sənədlərini Azərbaycan Dövlət Universitetinin tələbə  qəbulu 

komissiyasına verib. Qəbul imtahanlarında müvəffəqiyyət 

qazandığına görə  həmin ali məktəbin fizika riyaziyyat 

fakultəsinə qəbul olub. 

Həmin ali məktəbi yüksək təhsil göstəriciləri ilə bitirən 

gənc  Şəfiqənin təyinatı  Dəvəçi rayonuna verilib. O, Dəvəçi 

dəmir yol stansiyası 44 №-li səkkizillik məktəbinə fizika 




~ 358 ~

müəllimi təyin edilib. Bütün 3-illik təyinat müddətini o, bu 

məktəbdə çalışıb. 

1964-cü ildə ailə  vəziyyətinə  və  ərizəsinə görə  Şəfiqə 

müəllimə  Dəvəçi  şəhər keçmiş S.M.Kirov adına səkkizilik 

məktəbinə ixtisası üzrə müəllim köçürülüb. 2008-ci ilə kimi 

düz 44 il o, bu məktəbdə fizika müəllimi işləyib. Dərs dediyi 

şagirdlərə yeni-yeni təhsil üsullarından və texnologiyalarından 

istifadə edərək yüksək bilik verilməsinə nail olub. 

Attestasiya komissiyasının qərarına  əsasən 20 aprel 

1998-ci ildə o, “baş müəllim” adına layiq görülüb. 

Ş.Aşurova fizika dərslərində həmişə şagirdlərin fəallığını 

artırmaq, onların müstəqil çalışmasını təmin etmək məqsədilə 

təhsilin müxtəlif forma və üsullarından,  əyanilikdən, təlim 

üçün nəzərdə tutulmuş texniki və  əyani vəsaitlərdən, fizika 

fənninə dair əyani halda aparılan laboratoriya təcrübələrindən 

geniş istifadə edib. Rayonda tanınmış fizika müəllimləri Fikrət 

Əfəndiyev, Şəfa Həmidova, Şəms Həmidova, A.Musayeva və 

başqaları onun fəal ardıcılları hesab olunub. 

Şəfiqə  Aşurovanın bir sinif rəhbəri kimi də öyünməyə 

haqqı vardır. O, daim rəhbəri olduğu hər bir sinfin şagirdləri 

ilə müntəzəm iş aparıb, onlarla əlaqəli işləyib. Dərs dediyi 

şagirdləri  öz övladı kimi sevib. Onların cəmiyyət üçün bilikli 

və dəyərli, Vətənə layiqli, xalqa arxa olacaq bir vətəndaş kimi 

yetişməsinə çalışıb və bu vacib məsələyə bütün əmək 

fəaliyyəti dövrü xüsusi və vaxtaşırı diqqət yetirib. 

Şəfiqə müəllimənin sinif rəhbəri olduğu və  dərs dediyi 

məzunlar hal-hazırda rayonumuzun, eləcə  də respublikamızın 

müxtəlif idarə, müəssisə  və  təşkilatlarında, eləcə  də ordu 

sıralarında dövlətimizə və xalqımıza xidmət edirlər. Onlar ara-

sında demək olar ki, bütün peşə sahiblərindən var: mühəndis, 

həkim, müəllim, jurnalist, hərbçi, dəmiryolçu, polis işçisi, 

sürücü, tərcüməçi, dövlət məmuru və s. 

Yüksək dünya görüşünə  və intellektual baxışlara malik 




~ 359 ~

olan bu gözəl pedaqoqla bu kitab barədə söhbət edərkən o, 

bildirdi ki, keçmiş şagirdlərini bir zərrə də unutmayıb. Elə bil 

bu gün də onlara elm və bilik öyrədir. Bir ana kimi onların 

qayğısını çəkir. 

O, Ağalar Mirzə, Bayraməli Novruzəliyev, Aydın 

Tağıyev, Oktay Umayev, Anar Hacıyev, Sədaqət  Əsgərova, 

Fikrət  Əfəndiyev, Qiyas Məcidov, Ramiz Vahabov, Musa 

Musayev, Mübariz Əmirov, Akif Poladov, Ramiz Səlimov, 

Tofiq  Əmrahov, Allahyar Xəlilov, Roman Yusifov, Hikmət 

Məmmədov, Füzuli Aslanov, Rəşad  Əmrahov, Azər və Aida 

Ağayevlər və başqa keçmiş  şagirdləri ilə  fəxr edir. Onların 

adını  “şagirdim olub” deyərək tez-tez yada salmaqla böyük 

qürur hissi keçirir. Müəllimənin keçmiş şagirdlərindən dünya-

sını dəyişən insanlara Allahdan rəhmət diləyirik. 

Ş.Aşurova  Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov 

adına 4 saylı tam orta məktəbdə  işlədiyi dövrdə özünü çox 

aktiv, bilikli, bacarıqlı və təcrübəli bir müəllim kimi göstərib. 

O, məktəbdə müəllimlik fəaliyyəti ilə yanaşı  məktəbin və 

rayonun bir çox ictimai tədbirlərində fəal iştirakçı olub. İctimai 

qaydada olsa da məktəb fənn metodbirləşməsinin rəhbəri və 

həmkarlar ittifaqının sədri kimi məsul işləri həmişə layiqincə 

yerinə yetirib. 

Gənc nəslin təlim-tərbiyəsi sahəsində  məsuliyyət his-

sini dərk edərək daim işinə can yandıran  Şəfiqə müəlli-

mənin uzunmüddətli səmərəli əməyi işlədiyi məktəb, rayon 

Təhsil Şöbəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi 

tərəfindən neçə-neçə fəxri fərmanlarla qiymətləndirilib. 

Ailəlidir. 1963-cü ildə fiziki tərbiyə  və idman müəllimi 

Nuru Pirquliyevlə ailə həyatı qurub. Üç övladı var.  

Oğlu Nofəl Azərbaycan Texniki Universitetini bitirib. 

Ali təhsilli mühəndisdir. Kommersiya fəaliyyəti ilə məşğuldur. 

Üç övladı var. 

Oğlu Səbuhi Bakı Sovet Ticarəti texnikumunu bitirib. Üç 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə