Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə104/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   100   101   102   103   104   105   106   107   ...   124

~ 373 ~

Oğlu Nofəl Azərbaycan Texniki Universitetini bitirmiş

hazırda Bakı  şəhərində  məsul vəzifədə çalışır. Ailəlidir. Bir 

öladı vardır. 

Qızı Münəvvər ailəlidir, 2 öladı var, evdar qadındır. 

Qızı  Kəmalə Bakı Plan Uçot Texnikumunu bitirib. 

Ailəlidir. 3 övladı var, evdar qadındır. 

Qızı Xanımana ailəlidir, 2 övladı var, evdar qadındır. 

Oğlu Firudin Dəvəçi Taxıl Məhsulları Kombinatında 

mühasib-xəzinədar vəzifəsində  işləyir. Ailəlidir, 3 övladı 

vardır. 

Oğlu İsmayıl Bakı İnşaat Texnikumunu bitirmiş, hazırda 

bizneslə məşğuldur. Ailəlidir, 2 övladı vardır. 

Oğlu Qabil Bakı Plan İqtisad Texnikumunu bitirmiş, 

hazırda bizneslə məşğuldur. Ailəlidir, 2 övladı vardır. 

Müslüm Mayılov 2015-ci ilin aprel ayının 3-də dünyasını 

dəyişsə  də o, hələ  də unudulmayıb. Övladları, nəvələri, 

qohumları, dostları, keçmiş müəllim yoldaşları  və  şagirdləri 

tərəfindən tez-tez şirin xatirələrlə yad edilir.         

              

 

         



AĞALAR MİRZƏ 

 

Həmyerlimiz, şair Ağalar Mirzə haqqında bu yazının ilk 



cümləsini yazmağa başlayanda onun radio üçün veriliş 

hazırlamaqdan ötrü bizə gəldiyi vaxtlar yadıma düşdü.  

Azərbaycan Dövlət Televiziya və Radio Şirkətində  işlə-

diyi ilk illər idi. Həmin dövrdə o, radionun “Bulaq” verili-

şinin redaktoru idi. Yazıçı-publisist Aydın Tağıyevlə birlikdə 

bizə anamdan müsahibə almağa gəlmişdilər. Rəhmətlik 

anam Həlimə xanım onda şifahi xalq ədəbiyyatımızdan 

bildiyi, bu vaxta kimi heç yerdə  səslənməyən nadir şeirlər 


~ 374 ~

şöylədi və səsi lentə yazıldı. Həmin lent yazısı əsasında tərtib 

edilmiş veriliş bir neçə dəfə respublika radiosunda səsləndi. 

Mən özüm o dövrlərdə  Ağalar müəllimin redaktor 

olduğü “Bulaq” və digər verilişlərin vurğunu idim. Çünki 

Ağalar Mirzə yaradıcılığı başdan-başa xalqımızın şifahi xalq 

ədəbiyyatına bağlı idi. O, sanki radionun “Dədə Qorqud”u 

idi. Özünün cavan olmasına baxmayaraq poetik təfəkkürlü 

müdrik xalqımızın qədim soy kökünə bağlı söyləmələri, bir 

ağsaqqal öyüd-nəsihəti, elin təfəkküründən süzülüb gələn 

gözəl nəsihətləri və dürlü kəlamları ilə istənilən dinləyicini 

valeh edirdi. 

Bir sözlə, Ağalar Mirzə yaradıcılığı, bu insanın xalq 

yaradıcılığının araşdırılmasına və inkişafı üçün göstərdiyi 

xidmətlər o qədər yüksək və çoxşaxəlidir ki, onlar, tək bir 

yazıya sığan məsələ deyil. Ona görə  də  mənə icazə verin 

mərhum  şair dostumuz, həmyerlimiz, qohumumuz və 

yaradıcı ziyalımız Ağalar Mirzənin həyat və yaradıcılığı ilə 

sizi bir qədər yaxından tanış edim:  

Ağalar Mirzə (Ağalar Həmzə 

oğlu Mirzəyev) 25 aprel 1954-cü 

ildə  Dəvəçi  şəhərində neftçi ailə-

sində dünyaya gəlib.  İlk təhsilini 

ındiki  Şabran  şəhər M.Nəzirov 

adına 4 saylı tam orta məktəbdə 

alıb. Otra təhsilini isə T.Abbasov 

adına  şəhər 1 saylı orta məktəbdə 

davam etdirərək 1972-ci ildə həmin 

təhsil ocağını bitirib. Orta təhsil 

illərində öz bilik və bacarığı, nitqi 

və yazı savadı, eləcə  də dünya görüşü ilə öz yaşıdlarından 

köklü surətdə fərqlənib.  

Orta məktəbdə əla oxumaqla bərabər xalq yaradıcılığının, 

o cümlədən şifahi xalq ədəbiyyatının tarixi kökləri ilə dərindən 




~ 375 ~

maraqlanıb. Qədim nağıllarımıza, dastanlarımıza, bayatıları-

mıza, uzun əsrlərlə yaşıd olan, ildən-ilə keçdikcə dillərdə- 

dodaqlarda təkrarlanıb cilalanaraq saflaşan atalar sözlərinə

aşıq yaradıcılığına, el nəğmələrinə güclü meyl göstərib və 

onları yüksək həvəslə öyrənməyə çalışıb. 

Gənc Ağalar altımışıncı illərdən  şeir yazmağa başlayıb. 

İlk şeiri isə 1969-cu ildə o, 15 yaşında olarkən işıq üzü görüb. 

Bulaq suyu kimi süzülüb gələn yaradıcılıq eşqi, tükənməz 

yazıb-yaratmaq həvəsi ilə onun qəlbində jurnalist olmaq 

arzusu baş qaldırıb. Bu məqsədlə o, 1974-cü ildə  təhsil 

sənədlərini Azərbaycan Dövlət Universitetinin tələbə  qəbulu 

komissiyasına təqdim edib. İmtahanları yüksək müvəffəqiyyət-

lə verdiyinə görə  həmin ali məktəbin jurnalistika fakultəsinə 

qəbul olub. Tələbəlik illərində  təkcə mühazirələri dinləmək, 

imtahan və məşğələlərə hazırlaşmaqla kifayətlənməyib.  

Ali məktəb daxili tədris məsələləri ilə yüksək formada 

məşğul olmaqla yanaşı o, sənət aləminə atdığı titrək addım-

larını da get-gedə sürətləndirməyə nail ola bilib. Unudulmaz 

tələbəlik illərində  çəkilən zəhmət nəhayət ki, öz bəhrəsini 

verib. Onun mərkəzi qəzet və jurnallarda bir çox məqalə  və 

şeirləri çap olunub. 

1979-cu ildə ali məktəbi yüksək nəticələrlə başa vuran 

gənc Ağaların işləmək üçün təyinatını Azərbaycan Dövlət 

Televiziya və Radio Verilişləri  Şirkətinə veriblər. Burada o, 

Azərbaycan xalqının demək olar ki, əksər hissəsinin dinləyicisi 

olduğu “Bulaq” verlişinin redaktoru olub. Bu verilişə  Ağalar 

Mirzənin redaktor təyin olunması ilə verilişin səsı-sorağı 

nəinki respublikamızın ucqarlarından, hətta xarici ölkələrdən 

gəlib. 


1980-cı ildə o, Azərbaycan Yazıçılar Birliyinin üzvü 

kimi, çətin bir vəzifəni üzərinə götürüb. Yaradıcılığının 

çiçəklənmə  mərhələsinə  qədəm qoyan Ağalar müəllim neçə-

neçə şeir kitabının, gərgin yaradıcılıq məhsulu olan etnoqrafik 




Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə