Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


üçün böyük səy göstərirdi. Nəhayət yorulmaq nə olduğunu



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə92/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   88   89   90   91   92   93   94   95   ...   124

~ 333 ~

üçün böyük səy göstərirdi. Nəhayət yorulmaq nə olduğunu 

bilməyən bu zəhmətkeş insan öz arzusuna çatdı. O, tarixi 

yerlərimizdə ömrü uzunu apardığı tədqiqatları, araşdırmaları 

bir yerə toplamağa müvəffəq oldu. Beləliklə onun 2005-ci 

ildə yeganə  əsəri “Bura Gülüstanı-İrəm torpağıdır ” kitabı 

(“Şuşa “nəşriyyatı, 208 səh.) işıq üzü gördü. Kitab qədim 

Şabran şəhərinin öyrənilməsində ən dəyərli tədqiqat əsəridir. 

Nurbala müəllim bir ziyalı kimi həm də yüksək estetik 

zövqə malik bir insan idi. Bu yüksək və möhtəşəm duyğular 

onu həm də  rəssam və bağban kimi yetişdirmişdi. Çəkdiyi 

şəkillər insanların zövqünü oxşayırdı. Bağ-bağçada 

yetişdirdiyi nadir güllər, çıçəklər, bar verən meyvə  ağacları 

isə insanları heyrətə gətirirdi. 

Bir sözlə Nurbala müəllim belə gözəl və nadir xüsusiy-

yətlərə malik bir insan idi. İndi də gəlin onun həyat və əmək 

tarixçəsinə bir az da dərindən diqqət yetirək: 

Nurbala  Şahbala oğlu Quliyev 

1928-ci ildə Şabran (keçmiş Dəvəçi) 

rayonunun Orta Əmirxanlı kəndində 

kəndli ailəsində dünyaya gəlib.  İlk 

təhsilə 1935-ci ildə Orta Əmirxanlı 

kənd yeddillik məktəbinin I sinfinə 

daxil olmaqla başlayıb. 1943-cü ildə 

isə  həmin kənd məktəbini müvəffə-

qiyyətlə bitirib. Həmin ildə  də orta 

təhsilini keçmiş  Dəvəçi qəsəbə 

S.M.Kirov adına orta məktəbində 

davam etdirib. Yeni təhsil ocağında 

oxuduğu ilk vaxtdan yüksək bilik, bacarıq və nümunəvi əxlaq 

və intizam nümayiş etdirən N.Quliyev 1946-cı ildə orta 

məktəbi  əla qiymət, nümunəvi  əxlaqla bitirərək orta təhsil 

haqqında kamal attestatı alıb. 

Orta məktəbi bitirdikdən sonra gənc Nurbala tarix 




~ 334 ~

müəllimi olmağı  qərara alıb. Onun məqsədi ali məktəbdə 

Vətən tarixini dərindən öyrənmək, orada öyrəndiklərini gələ-

cəkdə məktəbdə müəllim işləyərkən şagirdlərinə çatdırmaq idi.  

Bu arzu və  xəyallarla sənədlərini ali məktəbin tələbə 

qəbulu komissiyasına təqdim edib. İmtahanlarda böyük uğur 

qazandığına görə o, 1946-cı ildə Azərbaycan Dövlət Univer-

sitetinin tarix fakultəsinə qəbul olunub. 

Ali təhsil aldığı illər N.Quliyevin həyatında  ən unudul-

maz illərə çevrilib. O, öz biliyi, bacarığı, davranışı və nizam-

intizamı ilə  qısa müddətdə bütün tələbə  və müəllim kol-

lektivinin sevimlisi olub. Ali məktəbdə  təhsil almaqla yanaşı 

tariximizi tədqiq etmək, onu araşdırmaq məsələlərini qarşısına 

ali məqsəd qoyub. 

Hər il yay tətili dövründə Azərbaycanın şimal bölgəsinin 

tarixi qalalar və istehkamlarla zəngin bir guşəsi sayılan Şabran 

ərazisində olan tarixi yerləri maşınla, piyada və ya atla gəzib. 

Çıraqqala, Narınqala, Dərbənd qalası kimi qalaları, eləcə  də 

Beşbarmaq və Gilgilçay sədlərini tədqiq edib.  

Bir sözlə, tələbəlik illərində  gənc Nurbala indiki Xızı 

rayonunun Giləzi kəndindən başlamış  Dərbənd qalasınadək 

bütün tarixi yerləri tədqiq etməyə müvəffəq olmuşdur. Gəzdiyi 

bütün tarixi yerlərdə o, hər daşı, kərpici belə tədqiq etməyi və 

araşdırmağı qarşısına məqsəd qoyub. 

Beləliklə gənc Nurbala  Şimal bölgəsində olan, xüsusilə 

Şabran ərazisindəki qədim yaşayış məskənlərində aşkar olunan 

eksponatlar haqqında dəyərli məlumatlar toplaya bilib. 

1950-ci ildə Nurbala Quliyev institututda təhsilini başa 

vurub və ali məktəbi bitirmək haqqında diplom alıb. Respub-

lika Maarif Nazirliyi tərəfindən onun təyinatı keçmiş  Dəvəçi 

rayonuna göndərilib. Rayon Xalq Maarif Şöbəsinin  əmri ilə 

gənc Nurbala keçmiş  Dəvəçi qəsəbə S.M.Kirov adına orta 

məktəbində  işə başlayıb. On ilə  qədər bu məktəbdə tarix 

müəllimi kimi fəaliyyət göstərib. 




~ 335 ~

Bu dövrdə o, iş təcrübəsini və pedaqoji ustalığını yüksək 

dərəcədə  artırmağı bacarıb. Rayonumuzun keçmiş tarixinin 

öyrənilməsi sahəsində  əldə etdiyi məlumat bazasını getdikcə 

daha da zənginləşdirməyə çalışıb.Tədris etdiyi tarix fənnini 

dərs dediyi şagirdlərə sevdirə bilib. Bir ziyalı kimi rayon 

əhalisinin ideya siyasi cəhətdən maariflənməsi sahəsində  də 

xüsusi xidmətlər göstərib. 

1961-ci ilin aprel ayında ciddi ehtiyaca görə N.Quliyev 

indiki T.Abbasov adına məktəbə tarix müəllimi köçürülüb. Bu 

məktəbdə  işlədiyi müddətdə yeni-yeni tədris metodlarının və 

üsullarının, müxtəlif tədris texnologiyalarının dərs dediyi 

sinifə gətirilməsinə nail olub. Bu səbəbdən də onun məktəbdə-

ki müəllimlər və şagirdlər arasında hörməti və nüfuzu get-gedə 

daha da artıb. Lakin bu illərdə  də o, Şabran (keçmiş  Dəvəçi) 

rayonunun tarixi yerlərini tədqiq etmək işini davam etdirib. 

1975-ci ildən başlayaraq Nurbala müəllim ciddi ehtiyaca 

görə  əvvəlcə Sincanboyad, sonra isə Surra kənd 8-illik 

məktəblərində direktor və müəllim işləyib. Həmin vaxtlarda o, 

öz biliyi və bacarığı, eləcə də yüksək təşkilatçılığı ilə işlədiyi 

kollektivin, eləcə  də  dərs dediyi hər bir şagirdin və onun 

valideyninin dərin hörmətini qazanıb. 



Nurbala Quliyev pedaqoji sahədə fasiləsiz olaraq əlli 

ilə yaxın əmək sərf edib. Uzun illərin bu zəhməti ona nəinki 

rayonda, hətta respublikada böyük nüfuz və hörmət gətirib. 

Adı yüksək kürsülərdə çəkilib. Qabaqcılların ən qabaqcılı olub 

Nurbala müəllim.  Şəkli  şərəf lövhəsindən heç zaman əskik 

olmayıb. 

Dəfələrlə  fədakar  əməyinə görə Azərbaycan Respub-

likası Maarif Nazirliyinin, Təhsil  İşçilərinin Respublika 

Həmkarlar  İttifaqı Komitəsinin RK-nın, eləcə  də SSRİ 

Maarif Nazirliyinin Fəxri Fərmanlarını alıb. Yaxşı  işinə 

görə V.İ.Leninin anadan olmasının 100 illiyi münasibətilə 

turist putyovkası ilə mükafatlandırılıb.  İki dəfə rayon 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə