Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə110/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   106   107   108   109   110   111   112   113   ...   124

~ 394 ~

Aliyə  Nəzirova mənim yaddaşımda 70-80 cı illərin  ən 

fəal, çevik və  təşəbbüskar müəllimi, rayonumuzda iqtisadi-

siyasi proseslərin önündə gedən, ictimai işlərin parlaq 

aparıcısı kimi qalıb. Doğrudan da onun həyat və  əmək 

salnaməsini vərəqlədikcə 5 uşaq anası olmasına baxmayaraq 

Aliyə xanımın rayonun bütün ictimai tədbirlərində yoruldum 

demədən yaxından iştirakının şahidi oluruq. 

O, məktəbdə rus dilini tədris etməklə yanaşı, fənn me-

todbirləşməsinin sədri, rayon Xalq Maarif Şöbəsinin ştatdan-

kənar metodisti, məktəbin ilk partiya təşkilatı katibi, Azər-

baycan KP Dəvəçi Rayon Komitəsinin üzvü, eləcə  də rayon 

Sovetinin deputatı idi. Aliyə müəlliməyə: “Burada adları 

sadalananan və sadalanmayan işləri eyni zamanda icra 

etməkdə  çətinlik çəkirdinizmi?” - sualını o belə cavablan-

dırdı: “İnsan gərək həyata nikbin gözlə irəliyə doğru baxsın, 

çətinlikdən qorxub, geriyə çəkilməsin. Əgər içərindən doğan 

həyəcana və qorxuya üstün gəlməyi bacarsan, deməli qalibiy-

yət səninlədir. Bir də belə böyük həcmli ictimai işləri 

aparmaqda rəhmətlik həyat yoldaşım Vaqif müəllim həmişə 

mənə hər cür dəstək verirdi. Ona görə də mən həmin illərdə 

yorğunluq nə olan şeydir ?- bilmirdim.”  

Müəllimənin söhbətindən belə anladım ki, doğrudan da 

yaxşı ailə  məhək daşıdır və bütün xoşbəxtliklərin açarıdır. 

Bu xoşbəxtlik yağışı hara yağırsa orada sağlam həyat, saf 

məhəbbət, yaşamaq həvəsi, şən ovqat, iş, güc və s. öz axarı ilə 

gedir. Bu dəmdə sevdiyim şairin  şerindən kiçik parça kino 

lenti kimi gözlərim önündən gəlib keçdi: 

 

“Mən indi bilmişəm, hər gözəldən yar olmaz, 

Bir ömür durnalar qoşa uçsa yorulmaz”... 

 

İndi də  gəlin bu kiçik yazının qəhrəmanı Aliyə müəl-

limə ilə sizi yaxından tanış edim: 


~ 395 ~

Aliyə Mövlud qızı  Nəzirova 

1939-cu ildə Quba şəhərində 

müəllim ailəsində dünyaya göz 

açıb. 

Atası Mövlud Ələkbər oğlu 



Aslanov 1916-cı ildə Quba şəhə-

rində anadan olub. Uzun müddət 

Qubada sinif müəllimi, RXMŞ-də 

inspektor vəzifələrində çalışıb. 

1982-ci ildə 66 yaşında dünyasını 

dəyişib. 

Anası Leyla Məmmədmöv-

süm qızı  Məmmədova 1920-ci ildə Quba şəhərində anadan 

olub. Uşaq bağçasında və  uşaq evində  tərbiyəçi müəllim və 

müdir vəzifələrində işləyib. Dəvəçi şəhərinə köçdükdən sonra 

isə Neftçilər klubunda müdir olub. 2009-cu ildə ömrünün 89-

cu ilində dünyadan köçüb. 

A.Nəzirova 1959-cu ildə  Dəvəçi qəsəbə orta məktəbini 

bitirib. Həmin ildə  də M.F.Axundov adına Azərbaycan 

Pedaqoji  İnstitutuna qəbul olaraq tələbə adını qazanıb. O, 

oxuduğu dövrdə Qulam Məmmədov institutun rektoru idi. 

Anna Abramovna Roşal rus dili və  ədəbiyyatdan, Tamara 

Vasilyevna isə rus dili qrammatikasından dərs deyən  ən 

sevimli müəllimlərindən idi. Gənc Aliyənin unudulmaz ali 

məktəb illəri çox yaddaqalan olması ilə seçilir. O, daim 

gündəlik mühazirələrdə, eləcə  də bütün ictimai tədbirlərlərdə 

yaxından iştirak edib. Çevikliyinə, bilik və bacarığına görə ali 

məktəbin ən sayılıb-seçilən tələbələri sırasında özünə yer alıb. 

1963-cü ildə o, institutu bitirib ali təhsil haqqında diplom 

alıb. Gənc Aliyənin işləmək üçün nəzərdə tutulan təyinat vərə-

qəsi Azərbaycan Respublikası Maarif Nazirliyi tərəfindən 

Dəvəçi rayon XMŞ-nin sərəncamına göndərilib. Həmin ildən 

A.Nəzirova Dəvəçi  şəhər T.Abbasov adına 1 saylı orta mək-




~ 396 ~

təbdə rus-dili müəllimi kimi işə başlayıb. Dəvəçi  şəhərində 

yeni tikilmiş ikinci orta məktəb açılan günə kimi o, bu 

məktəbdə pedaqoji fəaliyyətini davam etdirib. 

Aliyə müəlliməyə: Siz Dəvəçi  şəhər T.Abbasov adına  

1 saylı orta məktəbdəki iş dövrünü necə xatırlayırsınız? – 

sualına  belə cavab verdi: “Nurulla Xəlilov mənim ilk məktəb 

direktorum olub. O, mənim pedaqoji və siyasi cəhətdən irəli 

getməyimə çox çalışıb. Çünki o, Quba şəhərində  işlədiyi 

dövrlərdə müəllimim olduğuna görə  məni yaxından tanıyırdı. 

Məktəbdə Baba Muradəliyev, Həsən Cəbrayılov, Nadir 

Vəliyev və başqaları gənc müəllimlərə böyük kömək və qayğı 

göstərirdilər”. 

1972-ci ildə  Dəvəçi  şəhərində ikinci orta məktəb 

binası tikilib istifadəyə verildi. Bu tədbir rayonda böyük 

toy-bayrama səbəb oldu. Hamı: müəllimlər,  şagirdlər, 

valideynlər və bütün şəhər sakinləri yeni və möhtəşəm təhsil 

ocağının işə başlamasına sevinirdilər. Sevinən insanların 

arasında bu kitabın müəllifi də vardı. Belə ki, məktəb birbaşa 

Azərbaycan Respublikası Maarif Nazirliyinin maliyyə  vəsaiti 

hesabına tikilsə  də  mən də bu məktəbin tikintisinə ictimai 

qaydada nəzarət edənlərdən biri idim. Yadımdadır: hətta bu 

tikintidə  səhlənkarlıq və tamahkarlıq edən iş icraçısı  və digər 

məsul şəxslər barədə ciddi tədbirlər də görülmüşdü. 

Yeni məktəb fəaliyyətə başlayan kimi A.Nəzirova ciddi 

ehtiyaca görə bu məktəbə rus-dili müəllimi köçürülüb. Və düz 

39 il bu məktəbin ən qabaqcıl müəllimlərindən biri olub. 

Bu məktəbdəki müəllim yoldaşlarından da Aliyə müəl-

limə böyük razılıq hissi ilə söhbət açdı: “Onların hamısı gözəl 

insanlar idi. Lakin Şərqiyyə  Cəbrayılovanın,  İsbat  İsaqovun, 

Tamara Qasımovanın, Tofiq Poladovun, Əzizağa  Əzizovun, 

Hafiz Quliyevin adlarını xüsusi vurğulamaq istəyirəm. Bir 

sözlə, o illərdə rayonun ən yaxşı müəllim kollektivini məktə-

bimizdə yarada bildiyimiz üçün özümüzü xoşbəxt sanırdıq”. 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə