Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə118/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   114   115   116   117   118   119   120   121   ...   124

~ 421 ~

Bu vəzifənin  ştatda saxlanılması  məktəb üçün böyük 

əhəmiyyət kəsb edir. Lakin biz həmin vəzifəyə aid olan işlərin 

bir qismi haqqında oxuculara məlumat verəcəyik. Bu 

vəzifənin  əsas rolu  məktəbin təmizliyinə, təmirinə  və 

mühafizə olunmasına diqqət yetirmək, məktəbi tələb olan 

material, inventar, mebel, əyani və texniki vəsaitlərlə  təmin 

etmək, eləcə  də lazımı yanacaqla (və ya istilik sistemi ilə) 

təchiz olunmasını və başqa  vəzifələri həyata keçirməkdir. 

Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov adına 4 saylı 

tam orta məktəbində yuxarıda saydığımız və saya bilmədi-

yimiz bu təhsil ocağına aid olan bütün təsərrüfat xarakterli 

vəzifələrin icrasına məktəbin həmin sahəyə baxan direktor 

müavini Ehtiram Məmmədov məsuliyyət daşıyır . O, 1988-ci 

ildən artıq 28 ildir ki, bu vəzifədə çalışır.  İşlədiyi müddətdə 

neçə dəfə növbəti təftişdən, digər qəfləti və hər ilin sonunda 

aparılan yoxlamadan keçdiyini özü də unudub. Neçə-neçə 

direktor, dərs hissə müdiri və texniki işçi ilə işləyib. Çalışdığı 

vəzifənin bütün yükünü, məsuliyyətini və  çətinliklərini öz 

çiyinlərində daşımalı olub. Lakin yoruldum kəlməsini hələlik 

dilinə  gətirməyib.  İndi isə  gəlin bu şəxslə sizi bir qədər 

yaxından tanış edim: 

Ehtiram Sədrəddin oğlu Məm-

mədov 1965-ci ilin yanvar ayının 20-

də  Şabran (keçmiş  Dəvəçi)  şəhərində 

neftçi ailəsində anadan olub.  

Atası  Sədrəddin Cəmaləddin 

oğlu Məmmədov 1935-ci ildə Quba 

rayonunun Afurca kəndində kolxozçu 

ailəsində dünyaya gəlib. Uzun müddət 

Bakı  şəhəri, Bulla dəniz neft kəşfiy-

yatı idarəsində buruq ustası  vəzifə-

sində  işləyib. 1987-ci ildə 52 yaşında 

dünyasını dəyişib. 



~ 422 ~

Anası Kübra Pənah qızı  Məmmədova 1935-ci ildə 

Şabran (keçmiş  Dəvəçi) rayonunun Uqah kəndində dünyaya 

göz açıb. Dəvəçi rayon Vərəm Dispanserində tibb bacısı, 

“Pirəbədil “xalça fabrikində toxucu və s. vəzifələrdə çalışıb. 

Hal-hazırda 81 yaşı var. 

Ehtiram Məmmədov 1972-ci ildə  Şabran (keçmiş 

Dəvəçi) şəhər T. Abbasov adına 1 saylı orta məktəbin I sinfinə 

daxil olub. 1980-cı ildə müvəffəqiyyətlə həmin məktəbin VIII 

sinfini bitirib. 1981-ci ildə  Dəvəçi axşam fəhlə-gənclər 

məktəbində orta təhsilini davam etdirməyə başlayıb.1983-cü 

ildə həmin təhsil ocağını uğurla bitirərək kamal attestatı alıb. 

Gənc Ehtiram 1984-cü ilin noyabr aytında hərbi xidmətə 

çağırılıb. O, keçmiş Almaniya Demokratik Respublikasında 

ikillik  əsgəri xidmət keçib. 1986-cı ildə ordudan tərxis olun-

duqdan sonra o, 15 saylı  Səyyar Mexaniki Dəstədə  fəhlə 

işləyib. 

1988-ci ildə iş bacarığı, nizam-intizamı, məsuliyyət dərə-

cəsi və  təşkilatçılıq qabiliyyəti nəzərə alınaraq indiki Şabran 

(keçmiş Dəvəçi) şəhər 4 saylı tam orta məktəbin rəhbərliyi onu 

məktəb direktorunun təsərrüfat işləri üzrə direktor müavini 

vəzifəsinə irəli çəkib. Ehtiram Məmmədov 28 ildir ki, bu 

məsul və çətin vəzifənin öhdəsindən şərəflə gəlir. Öz üzərinə 

düşən vəzifə borcunu layiqincə yerinə yetirir. O, nəinki 

məktəbin təsərrüfat işlərində, eləcə  də  məktəbin digər ictimai 

işlərinin  ən fəal iştirakçısı olub. Bİr sözlə, həmin dövrlərdə 

məktəbin elə bir yığıncağı, elə bir ictimai tədbiri olmayıb ki, 

Ehtiram orada canla-başla iştirak etməsin. Onun məktəbdə bu 

növ işlərin həyata keçirilməsində zəhməti və köməyi olmasın. 

Hər ilin sentyabr ayında tədris ocagının yeni dərs ilinə 

hazırlanmasında Ehtiramın rolu danılmazdır. Cari və  əsaslı 

təmir işlərinin vaxtında və keyfiyyətli aparılmasında, payız-qış 

mövsümünə istilik şəbəkəsinin yüksək işlək vəziyyətə gətiril-

məsində onun böyük əməyi olub. 




~ 423 ~

Ehtiram Məmmədovun sayəsində məktəbin yanacaqla və 

ya istilik enerjisi ilə  təmin olunması  məsələsində  şəhər 

məktəbləri arasında həmişə bu məktəb birincilər sırasında 

olub. 

Söhbətimiz zamanı bu məktəbdə  işlərinin uğurlu 



alınmasını o, belə izah etdi: “Mən hələ bu vəzifəyə  işə 

başlamazdan cox əvvəl bu məktəbin təsərrüfat işlərindən yaxşı 

baş  çıxarırdım. Rəhmətlik dayım  Şəkərəli kişidən məktəbin 

təsərrüfatına aid olan çox şeyləri öyrənmişdim. Məktəbdə 

təsərrüfat işləri və onun gündəlik təchizat vəziyyəti ona 

istənilən anda ovuc içi kimi aydın idi. Şəkərəli kişi mənə təkcə 

dayı yox, həm də böyük müəllim olub.  

Onun tapşırılan işə yüksək məsuliyyət hissi, insanlara, 

xüsusilə məktəbin müəllimləri və texniki işçiləri ilə mehriban 

münasibəti, vəzifə borcunun yerinə yetirilməsi sahəsində 

yorulmadan çalışması  mənə  ən gözəl nümunə idi. Mən bir 

neçə il bu məktəbdə  təsərrüfat işlərinin yerinə yetirilməsində 

ona kömək etdikcə həmin işləri zərrə-zərrə o, ağsaqqal müdrik 

insandan öyrənirdim. Çətin və aydın olmayan məsələləri isə 

dayım özü mənə başa salırdı. Allah ona rəhmət eləsin “! 

Ehtiram Məmmədov ailəlidir. İki övladı var. Böyük qızı 

Zərintac  Şabran  şəhər M.Nəzirov adına 4 saylı orta məktəbi 

bitirib. Hal-hazırda Bakı 1 saylı Tibb məktəbinin  əczaçılıq 

şöbəsinin II kursunda oxuyur. Kiçik qızı Aytən isə hazırda bu 

məktəbin V sinif şagirdidir. 



 

 

 

 

 

 

 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə