~ 428 ~
30 dekabr 1943-cü ildə M.Nəzirovun rəhbərliyi altında
12 nəfərlik partizan dəstəsi AY-Petri yaxınlığında alman
avtomobil karvanına hücum edərək 1 abtomaşın, 23 nəfər
faşist əsgərini məhv edib. Partizanlar bununla kifayətlən-
məyərək faşistlərə qarşı mütəmadı hücumlar təşkil edib və
nəticədə çoxlu qələbə qazanıblar.
1944-cü ilin yanvar ayında M. Nəzirovun və Ə.Əliyevin
rəhbərliyi altında keçirilən hərbi əməliyyatda isə düşmənin
2 avtomobili və 42 nəfər əsgəri məhv edilib.
Lakin 1944-cü ilin əvvəllərində Krım uğrunda gedən
döyüşlərin birində Məmmədağa yenidən xain düşmənə əsir
düşüb. Hərbi əsirlərlə birlikdə əvvəlcə onu Polşaya, sonra
Almaniyaya,oradan isə İtaliyaya aparıblar. Vətəndən uzaqda
əsir düşərgəsində saysız işgəncələrə məruz qalan və acınacaqlı
vəziyyətdə olan Məmmədağa burada rahatlıq tapa bilməyib. O,
nəyin bahasına olursa-olsun yoldaşlarının və özünün qisasını
faşistlərdən almaq istəyib. Bu məqsədlə həbs düşərgəsində
çətinliklə də olsa azərbaycanlılardan ibarət antifaşist təşkilat
yaratmağa müvəffəq ola bilib. O, əsir dostu Həsən Nadirovla
birlikdə bu təşkilata rəhbərlik etməyə razılıq verib.
Təşkilatın əsas məqsədi azadlıqda olan yerli partizanlarla
əlaqə yaratmaq və əsir partizanların da onlara qoşularaq faşist-
lərə qarşı üsyan qaldırmaq idi. Lakin üsyanın başlanmasına bir
neçə gün qalmış əsirlərin arasında olan gizli xain düşərgənin
rəisinə bu barədə məlumat verib. Partizanların üsyan emək
planı tamamilə pozulub.
Dərhal faşistlər M.Nəzirovu və H.Nadirovu həbs ediblər.
Onlar bir neçə gün sorğu-suala tutularaq olmazın əzab və
işgəncələrə məruz qalıblar. 16 mart 1944-cü ildə isə düşərgədə
həbsdə olan əsir yoldaşlarının gözləri qarşısında faşist cəllad-
ları tərəfindən güllələniblər.
~ 429 ~
Şabran şəhərində Məmmədağa Nəzirovun abidəsi
Məmmədağa Nəzirovun xatirəsi xalqımız tərəfindən
əbədiləşdirilib. İndi Şabran şəhərində onun adına məktəb,
küçə, park və s. vardır.
~ 430 ~
Şabran şəhərində salınmış M.Nəzirov adına istirahət parkından
bir mənzərə
ROMAN YUSİFOV
Roman Yasəf oğlu Yusifov 1973-cü ilin 29 dekabrında
Şabran (keçmiş Dəvəçi) şəhərində anadan olub.
1980-cı ildə Dəvəçi şəhər M. Nəzirov adına səkkizillik
məktəbin I sinfinə qəbul olub, 1988-ci ildə isə həmin məktəbi
müvəffəqiyyətlə bitirib. Dəvəçi şəhər 2 saylı orta məktəbində
orta təhsilini davam etdirmək məqsədilə orada IX sinfə daxil
olub. 1991-ci ildə həmin orta məktəbi yaxşı təhsil nəticələri ilə
başa vuraraq kamal attestatı alıb.
~ 431 ~
Azərbaycanın Milli Qəhrəmanı
Roman Yusifovun Şabran şəhərindəki abidəsi
1992-ci ildə gənc Romanın ali məktəbə qəbul olmaq
planı baş tutmayıb. O, Milli Ordu sıralarında hərbi xidmət
etməyə çağrılıb. İlk döyüş yolu Naxçıvanda Sədərək istiqa-
mətindən başlayıb. Orada düşmən ordusuna qarşı bir sıra
uğurlu döyüşlərdə iştirak edib. Lakin belə döyüşlərin birində
ağır yaralanaraq hosbitalda bir müddət müalicə alıb. Yarasının
ağır, həm də tam sağalmasına xeyli vaxt qalmasına
baxmayaraq Roman öz arzusu ilə vaxtından əvvəl yenidən
~ 432 ~
döyüşən ordumuzun sıralarına qayıdıb.
Sonralar Roman Yusifov Füzuli, Tərtər, Kəlbəcər və
Ağdam uğrunda gedən döyüş əməliyyatlarında fəal iştirak
edib.
13-15 mart 1995-ci ildə müstəqilliyimizin və dövlət-
çiliyimizin qorunması zamanı qəhrəmancasına həlak olub.
Ölümündən sonra o, Azərbaycanın Milli Qəhrəmanı adına
layiq görülüb.
Roman Yusifiovun adı xalqımız tərəfindən əbədiləş-
dirilib. Şabran şəhərindəki 2№-li texniki təmayüllü lisey-
məktəb onun adını daşıyır. Hər il məktəbin kollektivi onun
anadan olduğu və anım gününü yüksək fəallıqla qeyd edir.