Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
124
inkişaf etdiyi bu məkanda məscid də, kilsə də, sinaqoq da şəhərin mərkəzində inşa olunub. Mam-
ruxda Armatey kilsəsi və müxtəlif yerlərdə onlarla xristianlıq nümunələri – Alban abidələri, şəhər
mərkəzində Sinaqoq, XVII-XVIII əsrlərə məxsus məscidlər, tarixi abidələr bir qayda olaraq dövlət
tərəfindən qorunur.
Burada yaşayan milli etniklərin tarixi, dili, özünəməxsus mədəniyyəti, adət-ənənələri inkişaf
etdirilir, qorunur və təbliğ olunur. Mədəniyyət evi və klublarda çalışan 243 nəfərdən 63 nəfəri avar,
18
nəfəri ingiloy, 36 nəfəri saxurdur.
Mədəni-turizm dəyərləri ilə seçilən Zaqatalada son illər mədəniyyət və turizmin inkişafı ilə
bağlı uğurlu layihələr həyata keçirilmiş, parklar, muzeylər, tarixi-memarlıq abidələri bərpa olun-
muş, yeni mədəniyyət müəssisələri yaradılmış, turizm istirahət mərkəzlərinin fəaliyyəti gücləndiril-
mişdir. Zaqatalada regionda analoqu olmayan yeni istifadəyə verilmiş Heydər Əliyev Mərkəzi, bun-
dan başqa Heydər parkı, akademik Zərifə Əliyeva adına park, Dədə Qorqud meydanı, Rayon Mədə-
niyyət Mərkəzi, 3 muzey, 57 kitabxana, 1 Uşaq İncəsənət məktəbi, 11 turizm obyekti və müxtəlif
ictimai-iaşə obyektləri burada yaşayan və buraya gələn hər bir şəxsə xidmət göstərir, mədəni inkişa-
fa
dəstək olur, mədəni inkişafı canlandırır. Saxurların yaşadığı Suvagil kəndindəki, ingiloyların ya-
şadığı Əliabad qəsəbəsindəki mədəniyyət müəssisələri paytaxt şəhərlərin mədəniyyət müəssisələri
ilə müqayisə oluna bilər.
Xalq kollektivləri, rəqs qrupları nəinki rayon və respublikada, eyni zamanda xarici dövlətlər-
də öz folklor nümunələrini təbliğ edirlər. Bu anlamda “Hudulki” avar xalq folklor kollektivi 2013-
cü ildə Belarusun Bobruysk şəhərində keçirilən festivalda da uğurla çıxış edib. Azərbaycanı təmsil
edən “Hudulki” xalq kollektivi burada müxtəlif konsert salonlarında, eləcə də açıq havada keçirilən
6 konsertdə iştirak edib, 10-a yaxın nömrə təqdim etmişdir. Festivalın açılış mərasimində Azərbay-
canın milli mətbəx və sənətkarlıq nümunələrinin nümayiş olunduğu sərgi xüsusilə böyük marağa
səbəb olub. Qoz ağacı materialından hazırlanmiş “Dostluq çələngi” suveniri və Azərbaycanı, regio-
nu təmsil edən digər hədiyyələr festivalın təşkilatçılarını yaxşı mənada təəccübləndirmişdir. On bir
dəfə keçirilən bu festivalda 2-ci dəfə iştirak edən kollektiv 22 dövlətin 38-ə yaxın
folklor kollektivi-
nin qatıldığı bu tədbirdə Azərbaycan dövlətini layiqincə təmsil etmişdir.
Bu minvalla Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə birgə 2014-cü
ildə Fransanın Paris şəhərində keçirilən "Top Resa 2014" beynəlxalq turizm sərgisində regionu təm-
sil etdiyim üçün qürur duyuram, özümü xoşbəxt sanıram.
2008-ci ildən ənənəvi olaraq keçirilən Prezident kuboku uğrunda Çövkən oyunu və ümummil-
li lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş milli atüstü oyunlar festivalında rayonun ingiloy
və avar gənclərindən ibarət komandaları müntəzəm iştirak etmiş, Qəbələ, Şəki, Masallı, Balakən,
Qax, İsmayıllı, Ağsu rayonlarında keçirilən Beynəlxalq festivallarda, tədbirlərdə avar, saxur,
ingiloy kollektivləri və müxtəlif azsaylılar iştirak etmiş, yüksək yerlər əldə etmişdirlər.
2015-ci il noyabr ayının 19-da Mədəniyyət və Turizm Nazirliyi Bakı sakinlərini Azərbayca-
nın regionlarının sosial-iqtisadi inkişafı, mədəni irsi, adət-ənənələri, turizm imkanları ilə tanış edən
“Bölgələrdən paytaxta” layihəsi çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında rayo-
na həsr olunmuş “Zaqatala mədəniyyət və incəsənət günləri” adlı tədbir
təşkil olunmuş, burada ra-
yonun sosial-iqtisadi inkişafını, turizm imkanlarını, zəngin mədəniyyətini, mətbəxini əks etdirən
sərgi, incəsənət ustalarının konserti təqdim olunmuşdur. Zaqatalada yaşayan milli azlıqların “al-əl-
van çələng” şəklində təqdim etdiyi proqram tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Hər il Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq Turizm və Səyahətlər sərgisində “Hudulki”,
“Lilay”, “Ceyranım” kollektivlərinin nümayəndələri rayonun folklor həyatını canlandıra bilmişlər.
Doğmalığın, isti münasibətin, qarşılıqlı hörmət hissinin, çoxmədəniyyətliliyin, bir sözlə, mul-
tikulturalizmin tam beşiyi olan bu məkanın folklor nümunələrinin öyrənilməsinə, araşdırılmasına və
təbliğinə, xüsusilə 2012-ci ildən sonra diqqət artırılmışdır.
AMEA-nın Folklor İnstitutu, Mədəniyyət və Turizm Nazirliyinin Elmi-Metodiki Mərkəzi,
Azərbaycan Turizm və Menecment Universiteti
ilə bir çox tədbirlər, Mədəniyyət və Turizm Nazirli-
yinin nümayəndələrinin iştirakı ilə zona müşavirələri keçirilmişdir. 2013-cü ildə “Zaqatala alimləri-
nin və yazarlarının folklorşünaslığın təbliğində rolu” mövzusunda elmi konfrans,“Azərbaycan folk-
loru milli sərvətimizdir” mövzusunda dəyirmi masa, 2014-cü ildə “Azərbaycanda folklor turizmi:
Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
125
mövcud vəziyyət və inkişaf perspektivləri”, “Turizmin müxtəlif növlərinin inkişaf istiqamətləri və
yerli əhalinin bu prosesin idarə olunmasında iştirakı” mövzularında dəyirmi masalar keçirilmişdir.
Həmin tədbirlərdə mədəniyyət işçilərinə və rayonun yaradıcı ziyalılarına Mədəniyyət və Turizm
Nazirliyinin fəxri fərmanları təqdim olunmuşdur.
“Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi
haqqında Azərbaycan Respublikası Prezidentinin 20 fevral 2015-ci il tarixli Sərəncamının icrası ilə
bağlı dövlət müşaviri, akademik Kamal Abdullayevin təşəbbüsü ilə Zaqatala
rayonunun Əliabad qə-
səbəsində silsilə tədbirlərin həyata keçirilməsi də təqdirəlayiqdir. Həmin tədbirlərdə “Azərbaycanda
dövlət-din münasibətləri” mövzusunda müzakirələr aparılmış, qəsəbə sakinlərinin iştirakı ilə mədə-
niyyət evində “Qafqaz Albaniyası və onun hazırkı varisləri” mövzusunda konfrans keçirilmiş, kon-
sert proqramı təşkil olunmuş, Zaqatala şəhər Heydər Əliyev Mərkəzində “Kitabi-Dədə Qorqud”un
Zaqatala bölgəsində izləri” mövzusunda dəyirmi masa keçirilmişdir.
2014-cü ildə Zaqatala rayon MKS-də AMİ-nin Zaqatala filialının müəllimi, tarix üzrə fəlsəfə
doktoru Qüdrət Qırtımovun “Zaqatala: tarixi abidələrimiz” başlıqlı yeni kitabının, o cümlədən ta-
nınmış şair, həvəskar Aşıq Valeh Rəhim oğlu Həsənlinin 2014-cü ildə çapdan çıxmış “Mən necə
yazmayım Zaqataladan”, “Vüqar və Aypara” dastanı, “Mərcan gözlər” kitablarının təqdimat məra-
simləri keçirilmişdir.
Son illərdə xalq tətbiqi və dekorativ sənəti növlərinin yaşadılması, gələcək nəsillərə ötürülmə-
si məqsədilə müxtəlif kurslar, dərnəklər təşkil olunmuş, suvenir istehsalı ilə bağlı müəyyən işlər gö-
rülmüş, rayonda qədim xalçaçılıq sənətini yaşadan “Xalça evi”
istifadəyə verilmiş, Suvagil,
Yengiyan, Əliabad xalçaçılarının əl işləri respublikanın müxtəlif sərgilərində nümayiş etdirilmişdir.
Bu xalqın istiqanlılığından, qonaqpərvərliyindən, ənənəsindən irəli gələn bir xüsusiyyətdir ki,
ailələrin bir çoxu milli tərkib baxımından rəngarəngdir. Azərbaycan, gürcü, avar, saxur, tat, ləzgi,
ingiloy qızları, gəlinləri düşdüyü ailədəki dinə, mühitə, adət-ənənəyə böyük hörmətlə yanaşır, eyni
zamanda özünün də hüquqlarını qoruyur. Belə mühitdə böyüyüb boya-başa çatacaq gələcək nəsil
zəngin mədəniyyətlə əhatə olunaraq inkişaf edir.
Zaqatalanın təbii zənginliyi, ərzaq çeşidi, çoxsaylı xalqların yemək nümunələri arzu edilən süf-
rəni açmağa imkan verir. Mətbəx nümunələri rəngarəngliyi ilə seçilir. Bu regiona məxsus olan qaxac
ət yeməkləri,
xüsusilə Sürhüllünün, maxaranın, düyü, qoz halvasının hansı etnik qrupa mənsub olması
ilə yox, dadı, ləzzəti ilə müzakirə olunur. Folklorşünas Əli Süleymanovun əsərlərində geniş təsvir olu-
nan qızılgüllər açanda avarların may ayında keçirdikləri “Rohul baq”, “Hulma” (yelləncək), “Vardi”
(qızılgül), “Toyole” (gül), Saxurların “Seyran”, İngiloyların “Qorqot” adlandırdıqları şənliklər birliyi,
bolluğu, səmimiyyəti, dostluğu və ruzini bölüşmələri geniş təsvir olunmuşdur. Yurdumuzun el bay-
ramları, xalq yaradıcılığı nümunələrinin zənginliyi, qədimliyi həmişə diqqəti cəlb etmişdir.
Azərbaycan mədəniyyətini sazsız, tarsız, muğamsız təsəvvür etmək mümkün olmadığı kimi,
ləzgi-həngi adlanan ləzginkasız, Dədə Qorqud ruhunu daşıyan tənburu olmadan da təsəvvür etmək
mümkün deyildir. Buranın çox fərqli, maraqlı toy adət və ənənələri vardır ki, bu rəngarənglik bu
gün də qorunur və daha da zənginləşdirilir.
Nə xeyirdə, nə də şərdə dini ayrı-seçkiliyə bu yurdda heç vaxt yol verilməmişdir. XIX əsrdə
yaşayan Seyid Əhməd Əfəndinin dəfn mərasimində bütün dinlərin nümayəndələri iştirak etmiş, bu
böyük din xadiminin ölümünə öz təəssüflərini bildirmişlər. Tarixi mənbələrdə belə faktlar çoxdur.
Valideynlər seçilmədiyi kimi dinlər də seçilmir.
Quran ayəsində deyilir: “Biz Allahın Peyğəmbərləri arasında fərq `qoymuruq”. İslam dininin
daşıyıcıları olan biz zaqatalalılar da insanlar, millətlər və dinlər arasında heç bir fərq qoymuruq.
Odur ki, Azərbaycan və onun lokal guşəsi olan Zaqatala bu gün bütün
yer kürəsinə mutikulturaliz-
min, tolerantlığın məcmusu, toplusu, ən səciyyəvi nümunəsi kimi təqdim oluna bilər.
Xülasə
Məqalədə Zaqatalada mövcud multikultural dəyərlərdən söz açılmış, ərazidəki bu dəyərlərin öz tarixi
köklərinə bağlı olduğu əsaslandırılmışdır. Daha sonra Zaqatalanın etnik tərkibi canlandırılmış, etnik, dini
ayrılıqlara baxmayaraq, multikultural dəyərlərin hər bir Azərbaycan vətəndaşını bir vəhdət halında birləşdir-