Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
122
Özet
Bu çalışmada XX asrın başlarında, 1907 yılında, daha bebekken ailesi ve 7 kardeşiyle Şimali
Kafkasya’dan Türkiye’ye, iç karışıklar sebebiyle, göçmek zorunda kalmış bir yazar "Kadircan Kaflı" ve
"Şimali Kafkasya" adlı eseri multikultiralizm perspektifinden değerlendirilecektir.
Резюме
В данной статье рассматриваются произведение «Северный Кавказ» с точки зрения мульти-
культурализма, а также многострадальное жизниописание автора этого произведения «Кадирджана
Кафлы», который по причине беспорядков был вынужден переселиться из Северного Кавказа в
Турцию в начале XX века, в 1907 году, в раннем детстве вместе с семьей и 7 братьями и сестрами.
Summary
This study will evaluate the work "Northern Caucasus" by Kadircan Kafli which will focus on the
aspects of multiculturalism. Kadircan Kafli (whom was a baby) with his family and seven children, were
forced to emigrate due to domestic disturbance from Caucasus to Turkey at the beginning of the 20th
century.
Kaynakça:
1.
Kaplan, Muharrem, Kadircan Kaflı ve Eserleri Üzerine Bir İnceleme, Kesit Yay. İstanbul, 2013
2.
Kaflı, Kadircan, Şimalî
Kafkasya, Vakit Matbaası, İstanbul, 1942
3.
Köseoğlu, Nevzat, Türk Dünyası Tarihi ve Türk Medeniyeti Üzerine Düşünceler , Ötüken Yay.,
İstanbul, 1990
Azərbaycan folkloru və milli-mədəni müxtəliflik
123
Zümrüd Ağakişiyeva, müdir
Zaqatala rayon Mədəniyyət və turizm şöbəsi
Azərbaycan, Zaqatala
ZAQATALADA MULTİKULTURALİZM ƏNƏNƏLƏRİ
Açar sözlər: multikulturalizm, dəyər, Azərbaycançılıq ideyası, turizm
Ключевые слова: мультикультурализм, ценность, идея Азербайджанства, туризм
Key words: multiculturalism, value, the idea of Azerbaijan-study, tourism
Dövlət, ölkə nə qədər çox xalqı birləşdirsə, bir o qədər çox zəngin olur, çünki onların hər biri
ümumdünya mədəniyyətinə və sivilizasiyasına öz töhfəsini verir (H.Əliyev).
Beynəlxalq aləmdə multikulturalizm eyni ölkədə yaşayan xalqların mədəniyyət hüquqlarını
tanıyan humanist dünyagörüşü və ona uyğun siyasət kimi qəbul olunur.
Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşma-
dan yaşadığı gözəl bir dövlətdir. Bu gün də Azərbaycanda müxtəlif dinlərə məxsus
bir çox etnik
qrupların nümayəndələri yaşayır ki, onlar da müstəqil, suveren dövlətimizin uğurlu inkişafına öz
töhfələrini verməkdədir.
Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi sayəsində Azərbaycan tarixən sahibi olduğu
tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etmiş, Möhtə-
rəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə multikulturalizm Azərbaycanda həyat tərzindən
dövlət siyasəti səviyyəsinədək yüksəlmişdir.
Bu gün azərbaycançılıq ideyası və multikultural dəyərlər ümumən Azərbaycan xalqını etnik,
dini
fərqliliklərə baxmayaraq, bir vəhdət halında birləşdirir.
Tarixi ənənəyə söykənən və uzun əsrlər formalaşan tolerantlıq mühiti azsaylı xalqların hüquq-
larının qorunması, onların ana dilini, mədəniyyətini, dinini yaşatması üçün əlverişli şərait yaradıb.
Belə ənənələrə sahib olan ölkəmiz dünyanın multikulturalizm, tolerantlıq, humanitar əməkdaşlıq
mərkəzinə çevrilib. Sülh və dostluq şəraitində yaşamın dünya üçün yeni modeli - Azərbaycan Mul-
tikulturalizmi təşəkkül tapıb.
III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda yüzdən artıq
ölkənin dövlət nümayən-
dələri qarşısında çıxış edən Azərbaycan Prezidenti bildirdi ki, Azərbaycan sivilizasiyaların, mədə-
niyyətlərin və dinlərin kəsişdiyi bir məkanda yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Biz
Şərqlə Qərb arasında yalnız coğrafi körpü deyil, həm də mədəniyyət körpüsüyük.
Təsadüfü deyil ki, ölkədə multikulturalizm mühitinin formalaşmasına, Azərbaycan və dünya
mədəniyyətinin inteqrasiyasına, çoxsaylı xeyriyyəçilik işlərinə dəstəyinə görə ölkənin birinci xanı-
mı Mehriban Əliyeva 2015-ci ilin adamı naminasiyası üzrə qalib elan olunmuşdur.
Ölkəmizdə keçi-
rilən dünya miqyaslı tədbirlər, multikulturalizm ənənələrinin təbliği Azərbaycanın bu sahədə oyna-
dığı əvəzsiz rolunu bir daha göstərdi.
Bu gün dünyanın multikulturalizm, tolerantlıq mərkəzinə çevrilən Azərbaycanın lokal, həm
də dilbər guşələrindən olan Zaqatala rayonu multikulturalizm və tolerantlığın qorunub saxlanıldığı
ən səciyyəvi mərkəzlərindən hesab oluna bilər.
Bunun üçün ərazidəki tarixi abidələrə və ya 20-dən yuxarı xalqın nümayəndəsinin tarixən
mehriban, birgə yaşamalarına nəzər salmaq, bizcə, kifayətdir. Burada milli mənsubiyyətindən asılı
olmayaraq, hamı vahid ailə kimi yaşayır.
Mədəniyyətlərin müxtəlifliyi, rəngarəngliyi bu yurdun
əvəzsiz sərvətidir.
Zaqatalanın zəngin etnik tərkibi vardır. Rayon əhalisinin təxminən 68 faizini Azərbaycan türk-
ləri, 21 faizini avarlar, 10 faizini saxurlar təşkil edir. Rayonda 1 faiz digər xalqlar və etnik qruplar –
Mesxeti türkləri, qumıqlar, laklar, ruslar, ukraynalılar və digər millətlərin nümayəndələri də yaşayır.
Ümumtəhsil məktəblərinin
ibtidai siniflərində avarlar, saxurlar və ingiloylar üçün onların ana
dillərində dərslər tədris olunur. Şəhərdə iki saylı məktəbdə tədris tam rus dilində aparılır, bir çox
məktəblərdə rus bölmələri fəaliyyət göstərir.
Çoxəsrlik multikulturalizm və tolerantlıq ənənələrinə malik Zaqatalaya hələ XIX əsrin ortala-
rında rus çarının fərmanı ilə şəhər statusu verilmişdir. Müxtəlif mədəniyyətlərin və dinlərin paralel