Microsoft Word zeytun-v-zeytun-ya-a doc



Yüklə 1,44 Mb.
Pdf görüntüsü
səhifə35/44
tarix20.10.2017
ölçüsü1,44 Mb.
#5989
1   ...   31   32   33   34   35   36   37   38   ...   44

__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



145

Tədqiq  olunan  zeytun  yağlarının  orqanoleptiki 

göstəricilərinin  tədqiqindən  alınan  nəticələr  4.1.  saylı 

cədvəldə verilmişdir. 



                                           Cədvəl 4.1. 

Tədqiq olunan zeytun yağlarının  

orqanoleptiki göstəriciləri 

 

Göstəricilərin  

adı 

 

“Zeytun  

bağları” 

“Final” 



Pomace 

 

zeytun 


yağı ( taliya-  

dan alınan) 

yi 

Zeytun yağı- 



na məxsus, 

kənar iysiz 

Zeytun yağı- 

na məxsus, kə

nar iy müşahid

olunmur 


 

Zeytun yağı- 

na məxsus  

olub bir  

qədər kəskin 

iyə malikdir. 

Dadı 

Özünəməxsus



xoşagələn 

olub, kənar 

dad hiss  

olunmadı. 

Zeytun yağına 

məxsus xoş 

tamlı 

kənar dadsız 



Zeytun yağına 

məxsus, lakin 

bir qədər ağız-

büzüşdürücü- 

dür. 

Rəngi 


Yaşıl çalarlı 

sarımtıldır. 

Yaşılımtıl 

çalarlı 


sarıdır. 

Yaşılaçalan  

rəngdədir 

Şə

ffaflığı 



Şə

ffafdır, asılı 

hissəciklər  

müşahidə 

olunmadı. 

Şə

ffafdır. 



Çöküntü 

yoxdur. 


Şə

ffafdır, zəif 

kölgəli yaşıl  

rəng hiss  

olunur. 

 

4.1.  saylı  cədvəldəki  tədqiqat  nəticələri  göstərir  ki,  

ekspertizadan  keçirilmiş  zeytun  yağlarının  orqanoleptiki 

göstəriciləri  qüvvədə  olan  normativ-texniki  sənədlərin 

tələbinə  cavab  verir.  Pomace  markalı  zeytun  yağındakı  cüzi 

Zeytun və zeytun yağı_________________________________ 

 

146



dəyişiklik  həmin  yağın  zeytun  istehsalının  tullantılarından 

hazırlandığını və nisbətən aşağı keyfiyyətli olduğunu göstərir. 

 

4.4. Zeytun yağının fiziki-kimyəvi 

göstəricilərinin ekspertizası 

 

Zeytun  yağının  fiziki-kimyəvi  göstəricilərindən 

həcm  kütləsi  və  ya  sıxlığı,  şüasındırma  əmsalı,  rəng  ədədi, 

turşuluq ədədi, peroksid ədədi, sabunlaşma ədədi, yod  ədədi, 

sabunlaşmayan  maddələrin  kütlə  payı  və  digər  göstəricilər 

müəyyən olunur. 

Yağların  sıxlığı  0,9100-0,9700  arasında  tərəddüd 

edir. Bütün yağlar sudan yüngüldür, suda həll olmurlar, üzvi 

həlledicilərdə həll olurlar. Yağların şüasındırma əmsalı onun 

tərkibindəki  yağ  turşularının  molekulundan  və  hidroksil 

qrupunun  çox  olmasından  asılıdır.  Məsələn,  20

o



temperaturda    zeytun  yağının  şüasındırma  əmsalı  1,4660-

1,4710  arasında  dəyişir.  Yağların  ərimə  və  donma 

temperaturu 

onların 


tərkibindəki 

yağ 


turşularının 

müxtəlifliyindən  asılıdır.  Doymuş  yağ  turşularının  əmələ 

gətirdikləri  triqliseridlərin  ərimə  temperaturu  doymamış  yağ 

turşularının  qliseridlərinə  nisbətən  yüksəkdir.  Ona  görə  də 

tərkibində doymamış yağ turşuları çox olan bitki yağları otaq 

temperaturunda maye halında olur. Zeytun yağının  tərkibində  

olein yağ turşusu çox olduğundan -6

o

C temperaturda donur.  



Bitki  yağlarının  tərkibindəki  doymamış  yağ 

turşularının miqdarını müəyyən etmək üçün yod ədədini təyin 

etmək lazımdır. 100 q yağa birləşən yodun qramla miqdarına 

yod ədədi deyilir. Bərk yağların yod ədədi 28-40, maye bitki 

yağlarının  yod  ədədi  isə  100-200  arasında  olur.  Zeytun 

yağının yod ədədi 85-100 arasında olur. 

Turşuluq  ədədi  yağın  standart  göstəricisidir.  Onun 

miqdarı  yağın  təzə  və  ya  köhnəliyini  göstərir.  Uzun  müddət 

saxladıqda  yağın  turşuluq  ədədi  artır  və  keyfiyyəti  aşağı 




__________________________________________Əhməd-Cabir Əhmədov 

 

 



147

düşür.  1  qr  yağın  tərkibində  olan  sərbəst  yağ  turşularının 

neytrallaşmasına  sərf  olunan  kalium-hidroksidin  (KOH)  mq-

la miqdarına yağın turşuluq ədədi deyilir. 

Yağların  qələvi  iştirakı  ilə  hidrolizi  sabunlaşma 

reaksiyası adlanır. 1 qr yağı sabunlaşdırdıqda sərbəst və yağın 

hidrolizindən  alınan  yağ  turşularının  neytrallaşmasına  sərf 

olunan  kalium-hidroksidin  (KOH)  mq-la  miqdarına  yağın 



sabunlaşma ədədi deyilir. Zeytun yağının  sabunlaşma ədədi  

185-200 arasında olur.  



Reyxert-Meysel  ədədi  5  qr  hidroliz  olunmuş  yağı 

su buxarı ilə distillə etdikdə ondan su ilə birlikdə qovulan və 

suda  həll  olan  xırda  molekulalı  uçucu  yağ  turşularının 

neytrallaşmasına sərf olunan 0,1 n qələvinin ml-lə miqdarını 

göstərir. Zeytun yağında bu göstərici 0,2- 1,0 arasında olur. 

Polensk  ədədi  5  qr  hidroliz  olunmuş  yağı    distillə 

etdikdə ondan  qovulan və suda həll olmayan yağ turşularının 

neytrallaşmasına sərf olunan 0,1 n qələvinin ml-lə miqdarını 

göstərir. Zeytun yağında bu göstərici 9 - 10 arasında olur. 

Yağların insan orqanizmində tez və ya gec, az və ya 

çox mənimsənilməsi yağın ərimə və donma temperaturundan 

asılıdır.  Yağın  ərimə  temperaturu  nə  qədər  aşağı    və 

orqanizmin  temperaturuna  yaxın  olarsa,  bir  o  qədər  asan 

həzm olunur. Ərimə temperaturu 36

o

C-dən aşağı olan yağlar 



97-98%, ərimə temperaturu 36

o

C-dən yüksək  olan yağlar isə 



84-95%  mənimsənilir.  Zeytun  yağları  otaq  temperaturunda 

maye  halında  olduğu  üçün  insan  orqanizmində  98-99% 

mənimsənilir.  4.2  saylı  cədvəldə  ədəbiyyat  (6,  8,  25) 

məlumatlarına görə zeytun yağının yağ turşu tərkibi və fiziki-

kimyəvi göstəriciləri verilmişdir. 

Biz  laboratoriya  şəraitində  zeytun  yağının  nisbi 

sıxlığı,  şüasındırma  əmsalı,  turşuluq  və  yod  ədədlərini  təyin 

etmişik.  Alınmış  nəticələrə  görə  həmin  yağların  keyfiyyəti 

haqqında fikir  söylənilmişdir. Zeytun yağının fiziki-kimyəvi 

göstəricilərinin  tədqiqindən  alınan  nəticələr  4.3.  saylı 



Zeytun və zeytun yağı_________________________________ 

 

148



cədvəldə  verilir.  Hər  göstərici  üzrə  5  dəfə  təkrar  analiz 

aparılmış  və  orta  hesabi  qiymət  tapılmışdır.  Alınan  orta 

qiymət  standart  və  ədəbiyyat  göstəriciləri  ilə  müqayisə 

edilmişdir. 

                                                                    Жядвял 4.2. 

Зейтун йаьынын тяркиби вя физики-кимйяви хассяляри 

 

Göstəricilərin  



adı 

 

Ə



dəbiyyat 

 məlumatı 

Göstəricilərin 

 adı 


 

Ə

dəbiyyat 



 məlumatı 

Yağ turşularının 

%-lə miqdarı: 

  20


o

C-də şüasın- 

dırma əmsalı 

1,4660 -  

1,4710 

   Palmitin  



   turşusu  

12,9 


Donma  

temperaturu  

- 6

o

C-dən  



aşağı tempe- 

raturda 


   Stearin  

    turşusu  

2,5 

Sabunlaşma  



ə

dədi  


185-200 

   Olein  

64,0 

Yod ədədi 



85-100 

   Linol  

12,0 

Reyxert-Meysel 



ə

dədi 


0,2-1,0 

   Digər turşular  ≈ 8,6 

Turşuluq ədədi 

1,5-3,0 


20

o

C-də sıxlığı,  



q/sm

3

 



0,914- 

0,929 


Polensk ədədi 

9-10 


 

 

4.3. saylı cədvəldən göründüyü kimi tədqiq olunan zeytun 



yağlarının fiziki-kimyəvi göstəriciləri standart və ədəbiyyat 

məlumatlarına demək olar ki, uyğundur. Çox  yaxşı nəticədir ki, 

turşuluq ədədi “Zeytun bağları” və “Final”  zeytun yağlarında əla 

sort yağın standart göstəricisindən də  iki dəfə azdır. 

 

 



Yüklə 1,44 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə