Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə120/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   116   117   118   119   120   121   122   123   ...   143

__________________Milli Kitabxana_________________ 

354 


 

Seyidin gözləri qəzəblə parladı:  

-Axı özünə  də  məlumdur ki, heç vaxt dürüst olmayan söz mənim dilimə  

gəlməyib. Mən hansı həqiqəti əhalidən gizləmişəm? Quranı! Onu kim başa düşür? 

Qoy savadlansınlar...  

-Sonra da hamı durub getsin Nəcəfə, ərəbcən öyrənsin, buna kimin  gücü yetər? 

-Bəs çarə? 

-Bir baxın, ingilislər, fırənglər, hətta ruslar belə Quranı öz dillərincümə edib, 

əsil mənasını bilirlor. Bizdən başqa...  

-Bunu sən hardan bilirsən?  

Hardan bilməyimin mənası yoxdur. Məsələ bundadır ki, bilirəm. bizim camaat 

da Quranın mənasını  dərk eləsə, anlasa, əvvəla ki, ordakı qanunlar ölülər üçün 

deyil, məhz dirilər üçündü. Və  tərəfdən mollalar onu qazanc mənbəyi eləyib hər 

ölü yiyəsindən ilan qədər qoparda bilməz, bir də əsas budur ki, camaat tərəkə, və b. 

məsələlərdə aldanmaz. Qanunu bilər, fırıldaqçılara yem :... Sonra da özü bilər, ya 

bəyənər islam dininə, pərvərdigara ya da lap  elə yezidilər kimi iblisin özünə ibadət 

elər, bu onun öz işidir.  

-İlahi, özün məni pənahında saxla, məni şübhələr bürüyüb... onun  gözlərində 

nə qədər böyük həqiqət var.  

Ağaseyidəli ağa düşündükcə  xəyalında canlanan səhnələr daha da güclənir, 

indiyə, buraya, məscidə keçir və elə bil ki, həmin mübahisənin davamı olaraq 

bütün mütərəqqi ziyalıların və füqəranın hörmətlə "Ağa" ucaltdığı şair Hacı Seyid 

Şirvani çıxışına davamla deyirdi:  

-..Tarixi-bəşər qanlardan, əzilən baş, bədən və gəmiklərdən yoğrulub , Həzrəti-

Adəm  əleyhüssəlam qəbirindən ricət edib gəlsə, məşriq övladını görüb dəhşətə 

gələr, bir zərrə tərəqqisiz, elə necə  gedib, elə də qalmışıq. Şirvan tarixini yazmaq 

üçün tarix kitab-, müraciət elədim. Ataların rəyasət üstündə  oğulları kor etdiyini, 

ogulların  atalara, qardaşların qardaşlara xəyanət etdiyini, bir-birini didib 

parçaladığını gördüm. Bəşərin matəmli keçməyən günü olmayıb. Bəs nə vaxt  

insanın üzü güləcək? Bəs nə vaxt biz də gözümüzü xabi-qəflətdən  açıb, qeyri 

millətlər kimi qardaş  dərdi çəkəcəyik, övladlarımızın həqiqi dünyəvi elmlər 

öyrənməsinə, tərəqqi tapmasına çalışacayıq?..  

-Sən ölməyəsən kafir oğlunun cəddindən uzaq yerdə bir danışıgına bax ha… 

 

 




__________________Milli Kitabxana_________________ 

355 


 

-Dilim kəlməyə gəlməsin əgəm o babi deyilsə... 

Məşədi Alış xüsusilə yerində dinc farağat otura bilmirdi. O məsciddəki nüfuzlu 

sünnü cavanlarının eşidə biləcəyi bir sövtlə "pıçıldayırdı:" 

-Aadə, babi nədi, sünnüdü, o moltanı! Getdiyim qəriblər ağasına and olsun 

əgəm yalan deyirəmsə... uşaqların anası o gün gör mənə nə deyir ki, "Ağa sünnü-

şiəliyi aradan götürmək istəyir..." Oğlu olub bu təzəlikdə, adını nə qoysa yaxşıdı: 

Seyid Osman, Ömər oğlu Ömər Aşanı, Öməri yığmışdı başına, bu da Osman... 

cəddinə qurban olduğum seyidlərin adını murdarlayıb... 

-Pay atonnan... əşi bir ağzına vuran da yoxdu... 

-Bizdə qeyrət hardadı?... 

-Neyşə yoxdu?.. Dalında duranların bazburuduna bir bax... biri o Mahmud ağa, 

Kərim bəy... 

-Hələ Ağaseyidəli ağanı demirsən?... 

-Əşi onun da payını verib!.. 

-Neynəyib ki? 

-Heç nə, deyib: 

 

Tövbə sındırmağıma şeyx məlul olsa əgər,  



Piri-meyxanə bu işdən təki dilşad olsun. 

-Bundan sonra çətin dura dalında... 

-Mən də elə-belə qanıram... 

-Amma Məşədi, səndə  də yaddaş var ha!.. Maşalla, namxuda, göz dəyməsin, 

harda bir nəzm eşitdin yadında qalır... 

-Hə, Alışınkı yaddaş deyil, Allah vergisidir... 

Məscidin silsiləcumanı bu tərəflərə keçib "ağalar, cənablar, xahiş eləyirəm.... 

Ağaseyidəli ağa bura baxır, sükut... rəncidəxatir olar", -deyə pıçıldadı. 

Xosunlaşanlar arasına sükut çökdü. 

-Qardaş düş deyir. Səs eləməyin, görürsüz ki, ürednik də, dilmanc da bizə tərəf 

baxıb işarə eləyir... 

-Neynək, qalsın qırmızı qulluğunda, o kafir, biz müsəlman!.. 

-Haqqına çatar!.. 

-İndilik dilinizi qatdayın qoyun dişinizin dalına, o durub, biz durmuşuq, ağa 

durub, ağacan durub. 

 

 




__________________Milli Kitabxana_________________ 

356 


 

Məscidin aşağı  tərəfındə Seyid Əzimin  şagirdləri və  pərəstişkarlarından bir 

neçə cavan oturmuş, bu xısın-xısın danışıqları da eşidirdi; həmin cərgədə cavan bir 

şair də diz üstündə çökmüşdü. Bu acı  mənzərəni gördükcə onun qəlbində bir səs 

ucalırdı. Bu səs şairin bütün etirazını, qəzəb və nifrətini özündə cəmləmişdi, gur bir 

atılğan kimi fəvvarə vurur, pərran olur, fışqırtı ilə aşıb-daşırdı:  

 

Kafir olub, vurun, vurun,  



Rişteyi-ülfətin qırın,  

Yazdığı şerini cırın,  

 

Dinə sataşdı, qoymayın!  



Küfrə bulaşdı, qoymayın!  

 

İlahi, bu necə  şeydir? Bu necə  nəzmdir! Axı  mən  əbədən belə  şeir 



görməmişəm. Heç bir qanuni-şerə  sığmır". (O nə bileydi ki, bir on-on beş il 

keçəcək, Seyyidin şagirdi, "Molla Nəsrəddin" səhifələrində  həmin qəbildən olan 

şeirləri ilə aləmə  səs salacaq, ustadının da adını göylərə ucaldacaq, onun 

mübarizəsini daha böyük bir əzmlə davam etdirəcək! Hələlik o, qəlbində doğan bu 

kimi misraları dilinə  gətirməkdən, onları  nəzm,  şeir adlandırmaqdan da ehtiyat 

edirdi. Nə olar, o durur, biz dururuq, dostum, irəli niyə qaçırıq ki, zaman gələr

oxuyarıq...) O gün hələ qara fikirlilərin boğaza döyməsi elə bir şey eləyə bilmədi, 

qarşıları tez alınmışdı. Bir yandan Şirvanlılıq təəssübü, qonaq yanında başaşağı 

eləməmək arzusu, Ağanın çıxışı, cənab Ünsizadənin xitabları nəticəsiz qalmamış, 

məsciddə  məktəb üçün bir xeyli ianə toplanmış; bəylərdən, ziyalılardan, qismən 

tərəqqiyə qol qoyduğunu söyləyən, divan-dərə, vəzifə qorxusu istəyi ilə 

ruhanilərdən və xüsusilə gözuaçıq tacirlərdən xeylisi Ünsizadənin qəzetinə abunə 

yazılmışdı. 

 

ANA DUASI 

 

Şair bağda gəzdikcə, ağaclara, kollara tamaşa etdikcə ürəyi fərəhdən əsirdi... 



Ağac budaqlarına elə bil ki, narın qar ələnmişdi, ağ çiçəklər hələ yarpaqsız 

budaqlan sım-sıq örtmüş, onlara Şamaxıda dəb olan ağ qaymağı xaradan gəlinlik 

paltarı geyindirmişdi... 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   116   117   118   119   120   121   122   123   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə