Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə128/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   124   125   126   127   128   129   130   131   ...   143

__________________Milli Kitabxana_________________ 

378 


 

 

Ümid əlim üzülüb damənin-vüsalından,  



Sənə bir növ degildim ümidvar, ey dust! 

 

Nə sən fəraqə səbəb olmusan, nə mən bais,  

Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!.. 

 

Bu da sənə  qəzəl... Tamamlaya da bilmirəm... Ümidvaram ki, tamamlayam, 



onda hüzuruna irsal olunar. 

Əzizim, dostum, qardaşım Tərlan, məktəb işlərim də o qədər yaxşı getmir. Məni 

şəhər məktəbindən xaric elədilər. Ozümüzkü də sönən  şam kimi güclə ziya verir, 

elə sönhasöndədi... Sənin kimi dostların köməyi olmasa, bu da gedər bətfanəyə. 

Dövrəmdə xeyli düşmən cəm olunub. Tərlan, heç özüm də bilmirəm ki, bu naəhl 

Allah bəndələri niyə başa düşmürlər ki, mən məhz onlardan ötəri, onların 

fərzəndlərinin sabahı üçün əlləşib çaləşıram. Külfət çoxaldıqca möhnətim də artır. 

Amma anam, sənin Minasoltanın deyir ki, "Sonanın yadigarını nə qədər canımda 

can var, öz nəvələrimdən biri kimi saxlayıb böyüdəcəm, verəcəm bir halal  süd 

əmmişin birinə ". 

Qərəz, salamət ol, cənab Mahmud ağadan, İrza bəydən sənə salam dua 

 

Baqi... Seyid Əzim Məhəmməd oğlu Şirvani  

21 məhərrəmül-həram fi sənə filan 

 

İftara az qalmışdı. Bu gün Minasoltan qonşu Məşədi Qənbərgilə "orucaçdıya" 



çığırıldığından evdə olmayacaq idi. Çağa beşikdə yatır. Mircəfərsə bu gün Bikə 

nənəgilə qonaq getmişdi, uşaqlar o biri otaqda şam etmiş, tezdən yerlərini salıb 

oturmuş, Qaratelin söylədiyi nağılı dinləyirdilər. Ceyran bu axşamkı iftar süfrəsini 

təkcə ikiləri - özü və  Ağa üçün hazırlayırdı. O nimdaş  qələmkar dəstərxanı yerə 

döşədi. Günortadan bişirib hazırladığı iki nimçə üstü darçınla bəzənmiş kimi, kəh-

rəba rəngli noğultərək, Ağanın çox xoşladığı şorməzə yarpaq dolması və sarımsaqlı 

qatıq piyalasını ortaya qoydu. Balaca çaydanı, fincan və  nəlbəkiləri də süfrəyə 

düzdü. Ayrıca nəlbəkiyə oruc açmağa xüsusi "səvab gətirən" bir neçə xurma yığdı. 

Elə bu vaxt darvazanın açılması  və Seyid Əzimin addım səsi eşidildi. Ceyranın 

ürəyi titrədi. Onsuz da obaşdandan ac idi, uşağa süd verməsinə baxmayaraq, 

orucunu sındırmırdı. Gəlin güclə ayaq üstə dururdu. Buna baxmayaraq ərini 

qarşılamaq üçün evin artırmasına çıxdı. 

 

 



__________________Milli Kitabxana_________________ 

379 


 

Seyid Əzim cibindən çıxardığı bir neçə saçaqlı konfeti qapıya çıxmış Qaratellə 

uşaqların arasında bölüb əylənirdi. Ceyranı görüncə  uşaqlardan ayrılıb otağın 

qapısına yaxınlaşdı: 

-Salam... 

Seyid Əzim Ceyranın saralmış, arıqlamış üzünə baxdıqca ürəyi əzilirdi: "Yenə 

də orucdur, ilahi, mən bu etiqadı onun ürəyindən necə çıxarım?" Lakin hələ bir söz 

demədən anasını soruşdu: 

-Məməm hanı? 

Ceyran xəfifcə gülümsədi, bir neçə uşaq anası olsa da, hələ də ərindən utanır, 

dik gözlərinin içinə baxa, arzularını açıq deyə bilmirdi: 

-Məşədi Qənbərgilə orucaçdıya çağırılıb... 

-Hə... deyirəm axı, əzana azca qalıb, amma, məməm həyətdə dəstəmaz almır, 

bu heç olan şeydi? Deməli  şamı  təklikdə eləyirik? - O da gülümsədi, lakin 

arvadının vəziyyətindən daxili bir əzab duyaraq, Ceyranın çənəsindən yapışdı  və 

başını yuxarı qaldırdı. Dərinə düşmüş, aclıq və yorğunluq tökülən gözlərinə baxdı, 

Ceyran Ağanın onu yenə də danlayacağını başa düşdüsə də aldırmadı, üzün yana 

çevirdi: 

-Hə... Minasoltan dedi ki, gec gələcəm, məni gözləməyin, iftarınızı eləyin. 

İçəri girdilər. Vaxt elə uzanırdı ki, Seyid Əzim qapıdan döndü, bir də nigaran 

gözlərlə üfüqə baxdı. Əgər iqtidarı olsaydı, günəşi, aləməfruz afıtabı bir az da tez 

qüruba endirər, iftar vaxtını yaxınlaşdırardı, təki Ceyran orucunu tez açsın, ac 

qalmasın... 

Birdən Ceyran taxçaya yanaşdı, oradan bir zərf çıxarıb şairə uzatdı. 

-Ağa, Şirin gətirib... 

Şair zərfı açdı, Tərlandandı, dərhal duydu, barmaqlarını  xəfıf hərəkəti ilə 

Ceyranın çənəsini sığalladı, yorğun gözlərinə baxdı, baxdı, heç bir söz deyə 

bilmədi. Dərindən köks ötürüb məktubu oxumağa başladı: 

 

Nuri-çeşmim, əziz şairim! 

Əvvəla mətləb sənin səlamətliyindir və  əgər zəhmət qəbul edib buraların da 

əhvalından xəbərdar olmaq istəsən, yaman-yaxşı dolanırıq. 

Bəradəri-mehribanım, sənə yazmağa qəribə bir xəbər var məndə. Amma heç 

bilmirəm sevinim bu işə, ya qəmgin olum. Deyəsən mən, indi başıma gələn 

bəlaların əsil iştirakçılarından biri ilə rastlaşmışam. Qərəz, cənabını yormayım, bil 

və agah ol ki, bizim həmvətənlərdən biri, Ağa Səməd buralarda peyda olub. Mən 

onu çoxdan bəri bazarda-dükanda görürdüm. Hal-əhvallaşır, salamlaşırdım. 

Amma o qədər də 

 

 




__________________Milli Kitabxana_________________ 

380 


 

 

qürbətimiz, yaxınlığımız yox idi. Cənab Ağa Səməd burada dükan açan Şirvan 



tacirlərindən biridi; özü də  mənimlə  həmyaş olmağına görə, mənə çox meyil 

eləyirdi. Əvvəl illərdə mən bu yovuqluğa o qədər də maraq göstərmirdim. Səbəbi 

də bildiyin idi, yəni heç insanlara qaynayıb-qarışmağa özümdə qüvvət tapa 

bilmirdim, nəhayət ki, mən də qaradan çıxmazlığı tərk elədim. Bir-birimizə gedib-

gəlişimiz artdı. Söz-söhbət çəkib bizi bir-birimizə bağladı. Qəriblik, tənhalıq bizi 

iki qardaşa çevirdi. Bu vaxtacan onun barəsində  sənə yazacaq elə bir maraqlı 

xəbər yox idi, odur ki, yazmırdım. Bu günlərdə bir vəsilə oldu ki, o öz keçmiş 

macəra və xatirələrindən mənə danışdı. Doğrusu, onun ürəyində nə isə bir dərdi, 

qüssəsi olduğunu anlayırdım. Başa düşürdüm ki, onu təkcə  zəlzələ diyarbədiyar 

salmayıb.  Əziz qardaşım! Ağa Səməd macəralarım mənə danışanda öyrəndim ki, 

bədbəxt Sonamı ölümdən xilas eyləyən oymuş. Sən demə Alışın dəstəsində bir vaxt 

qaçaqçılıq eləyən cavanların  ən igidlərindən, özü demişkən canavarlarından biri 

imiş. 

Mənim xahişimlə Mütrüf Ədilin öldüruldüyü gecə baş verən hadisələri mənə 

bircə-bircə yerli-yataqlı danışdı.  İndi lap səhih bildim ki, başıma gələn 

qəziyyələrin ən əsas səbəbkarı, başçısı öz doğma atam olub. Mən elə əvvəldən də 

onun bu işdə barmağı olmağını duyurdum. Özüm də ondan təkcə məni döyüb xar-

zəlil eləməyinə görə üz döndərməmişdim. Amma lap belə də bilmirdim ki, mənim 

atam kiminsə ölümünə razılıq, fərman verə bilər. 

Ozünü onlardan: o Molla Qurbanquludan, Alışdan və bir də ata adını 

gəzdirməyə layiq olmayan atamdan qoru, qardaş! Kərim Allah özü səni bəlalardan 

hifz eləsin!  Əlbəttə, biz, mən və  Ağa Səməd  Şirvanda olsaydıq, xatircəm olardıq. 

Onlardan sənə heç bir sədəmə toxuna bilməzdi; amma indi hərçənd dövrən  əsil 

dostsuz deyil... Yenə  də nigaran olacağıq... Bu axır  əhvalat bizim ürəyimizi Ağa 

Səmədlə bir-birinə elə bağlayıb ki, lap əkizə  bənzəyirik... O çox dəyişilib.  İndi 

savadını artırır, buradakı müəllimlərdən urus dilini də kamil öyrənib. Gözəl-gözəl 

kitablar oxuyur, deyirəm vaxtında oxuyub lazımi savad alsaydı, bədbəxt 

millətimizin xidmətində durardı. Neçə-neçə gözəl işlər görərdi... Elə qabiliyyətlidir 

ki... Tez-tez sənin yazılarından  əlimizə keçənləri birlikdə oxuyub, müsahibələr 

eləyirik. Buranın ziyalıları ilə  əlaqəmiz möhkəmdir.  İranlıların məktəbinə, burda 

açılan öz məktəbimizə, əlimizdən gələn köməyi eləyirik. Gələn illərdə ianə məsələsi 

qoyulanda, cənab Ağa Səmədi də nəzərdə tutmağım xahiş edirəm. Eh

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə