Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə124/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   120   121   122   123   124   125   126   127   ...   143

__________________Milli Kitabxana_________________ 

366 


 

-Aga, səbrüvü möhkəm elə, sözüm bir az uzaqdan olacaq, bəlkə  səni yordum 

da... Amma çarəm yoxdu, necə var, gərək qulluğuva elə də ərz eləyim.  

-Buyuracaqsan... 

Məşədi Qulam dəstərxanı daldaya (qurd-quş yeyər savabdı) çırpıb qayıtdı, hər 

ikı qonağından aşağı nimdərin üstündə oturub, taxta qəfəsənin alt mərtəbəsinə 

dirsəkləndi, həmişə  Kərbəlayı  Vəlinin uzaq ölkələr haqqında  əfsanə, nağıl, 

"Rüstəmnamə", "Hüseyni-kürd" əhvalatı kimi maraqlı hekayələrini necə 

dinləmişdisə, indi də elə, söhbətə qulaq verməyə başladı. 

Kərbəlayı Vəli sarvan öz hekayətini belə başladı: 

Ərdəbildən təzələrdə qayıtmışdım Bəkiyə. Yadıma düşdü ki, Küdrü binələrində 

Hacıqədirridə böyük bir alacağım var. Qabaqda da Şəki yolu. Qərəz, nə başınızı 

ağrıdım, baxmadım ki, qışdı, yolu Küdrüdən saldım. Yay olsaydı buna elə  sən 

deyən cürət eləməzdim. Yayda Küdrüdə ilan mələyir. Adama-zada irast olmursan

qərəzi ki, qumu yoxdursa da əsil elə  səhrayi-kəbirdi. Binələr bom-boş, qurd-quş 

yox, adamlar köçüb yaylağa, heyvanat yox, xali... qar oldu hər yanı ağappağ kəfən 

bürüyür, qar olmadı, boz-qara düzənlik. Bu başında yumurta qoysan o biri başında 

görünər. Elə də uzundu ki, zəhrimar getdikcə qurtarmaq bilmir, göz qaralır. Qış idi 

deyin binələr doluydu, qar girvə çox deyildi. Amma buna gərək yol adamı 

allanmasın, işin möhkəm tutsun. Neyçün ki, kiçik çillənin axırıydı. Kiçik çillə də 

ki, axırında lap tufan elər. Necə ki, deyiblər: Kiçik çillə böyügə deyib ki, əgər sənin 

ömrün məndə olsaydı, sən gələndə mən gəlsəydim, uşaqları bələkdə dondurardım, 

arvadların  əlini un çuvalında. Bir də deyib, sənin yerinə  mən olsaydım, həmli 

arvadlara uşaq ziyan elətdirərdim, hayıf ki, ömrüm az, dalım yaz... Qərəz, gəlib 

Hacıqədirridə  işimi aşırdım. Yaxşı qazancnan, kefı kök, damağı çağ gedirdim. 

Çəltikçidən ötdük, dayanmadıq, qərəzimiz Pirəsənniydi, orda duracaqdıq. 

Arabqiyasdıya çatanda dalımızcan bir-iki atlı özünü çatdırdı: 

- Ay qardaşlar, - dedilər, - bu tərəflərdə iki zənən xaylağı görməmisiniz? Biri 

qoca, biri cavan... 

Dedik: yox, bu yiyəsizlikdə zənən xaylağı nə gəzir? 

Qərəz. soruşub öyrəndik, bunlar Çəltikçi bəyinin nökərləriymiş, qulluqçuları 

qaçıb, ya götürüb qaçıblar. Nə olubsa, yoxa çıxıb, indi axtarırlarmış.,. Biz də 

doğrudan da görməmişdik. Zənən nə gəzirdi bu 

 

 




__________________Milli Kitabxana_________________ 

367 


 

yerdə? Göz işlədikcən təzə, elə bu gecə yağan qar hər yeri örtmüşdü, hər yan 

ağappaq idi. Uzaqdan qar üstündə bir qarğa da olsa, görünərdi. Sözün qısası, 

gədələr arxayınlaşıb qayıtdılar geri... 

Kərbəlayı  Vəli sözünə ara verdi, qəlyanın qəmişini nədənsə çevirdi, diqqətlə 

baxmağa başladı. Çəltikçi, qulluqçu sözlərini eşidincə Seyid Əzimin ürəyi uçundu, 

amma unamadı, çünki qaçan adamı iki dedilər. Bunlar kim ola və mənə nə dəxli 

var ki, Kərbəlayı  Vəli bu uzunluqda söhbəti bu əcələliklə  mənə danışmağa 

başlayıb? 

- Qərəz nökərlərin bizə çatdığı yerdən xeyli aralandıq. Qaram-mədə bir-iki 

ağaclıq yol qalmışdı ki, irəlidə, qar içində, xıxmış bir dəvə, yanında da qaraltılar 

gördük. Mən nədənsə narahat oldum, bayaqkı söhbəti unudurdum; amma bəs bu 

nədi qabağımıza çıxır? Yaxına çatdıqcan qəlib parçası, dolu çuval və xeyli yır-

yığıntı, balaca təpə kimi qaralırdı. 

Axırı ki, binəyə çatdıq. Dəvə heyvan necə vardı heyləcə axşamdan xıxırdıldığı 

yerdəcə oturub göyşək vururdu. Dəvənin tayları axşamdan açılıbmış, yaxında ocaq 

da qalanıbmış. Dəvədən aralı navala tabağı düşmüşdü. Görünür sahibi gecə 

heyvana navala veribmiş. Dəvənin sağ böyründə, dalda yerdə, qəlib salınmışdı; 

qəlibin üstündə sarı kürkə bürünmüş adamlar uzanmışdı; ya yatırdılar, ya da donub 

ölmüşdülər. Lap qorxulusu isə dəvənin o biri qatında idi, mən heç əvvəl əldə onu 

görməmişdim də. Gədələrdən kim isə qolumu dümsüklədi; baxdım, ətim ürpəşdi; 

bu fağır dəvəçi idi; arxası üstünə düşmüş, ey... haçandan ölmüşdü. Amma iri 

gözləri hadağasından çıxıb açıq qalmışdı, dübbədüz göyə zillənmişdi. Şeylər, dəvə; 

kürkün altındakılar da qalmışdı allahçuna....Mən dəvəçini tanıdım. Bu adama bir 

neçə  dəfə karvan yollarında irast olmuşdum.  Əsli Uduludan idi, tez-tez Bəkiyə 

gedərdi; bircə  dəvəsi vardı, hərdən karvana qoşular, çox vaxt da tək dolanardı. 

Bəkidən nöyütlükdən qara nöyüt, Masazırdan duz gətirərdi. Aparıb kəndbəkənd 

gəzib satardı. Hey çığırıb malını təriflər, alıcı çağırardı: "Ay nöyüt alan, ay nöyüt 

alan... Duz alan, ay duz alan..." Bir dəfə elə düşmüşdü ki, gecəni onunla birlikdə 

bir binədə dayanmalı olmuşduq. Bəkidən Ağdaşa gedirdik, o da bizə qoşulmuşdu. 

Axşam düşdü, ocaq qaladıq, çörək-xörək bişirdik. Dəvələri ota buraxdıq. O da 

dəstərxanın açıb yarımquru cad fətirini pendirnən yedi. Lap dəvəsi kimi göyşə-

yirdi... Amma sonra ocağın qırağında oturub patavalarını qurudanda, 

karvandakılara elə gözəl nağıllar danışdı, tapmacalar dedi, bayatı çəkdi, bir yanıqlı 

Şirvan şikəstəsi oxudu ki, səsi indi də qulağımdan getmir: 

 

 




__________________Milli Kitabxana_________________ 

368 


 

Şirvanın yolu həşəm,  

Ağlamaq olub peşəm,  

Hardadı mənim yarım,  

Bir aydı görməmişəm.  

 

Həmişə də yollarda olardı, bu şikəstəni ondan eşidəndə soruşdum ki,Ay Udulu 



hey, evlisən, köçün-külfətin var?" Gülümsədi, dedi: neyşə yoxdu, yer ayrılıb 

yerdən çıxmamışam ki! Bir nökərçən də var elə təzə dil açıb, ayaq açıb, nənəsi də 

öyrədib, o irəli gələn kimi cumub üstümə ki, "qar yağır pillə-pillə, dədə, mənə 

qaqqa, billə". İndi bu səfər ona gərək saçaqlı qəndəf alam, billə ona deyir..." 

Qərəz ki, gözüm Udulu dəvəçidə qalıb, uşaqlar bu yankıların üstünü açıblar. 

Bir də nə gördüm, uşaqlar qışqırışır məni səsləyir. Sarı kürkün arasında iki zənən 

xeylağı, biri lap uşaqdı, on iki-on üç yaşında ola-olmaya. O biri bir az ahıl, amma 

elə  də qoca-zad deyil, özü də elə cansızdı ki, bilmirsən dünən ölüb, israğa gün 

ölüb... Bu çöllü bəri-biyabanda arvad nə  gəzir, ay Allah?! Birdən o bayaqkı 

nökərlər yadıma düşdü. Dedim, yazıqlar yəqin bu dəvəçiyə pənah gətiriblərmiş, ya 

da elə buna qoşulub qaçıblarmış. Qərəz üst-başlarından da görünürdü ki, fuğara-

dılar. Dəvəci öz kürkün bunlara verib, qalıb yalınqat paltarda, bucuğazlar da 

ölməyiblərsə  də, kürk arasında elə yarıcan donan kimidilər. Mən qananı, Udulu 

dəvəçi soyuğa can verən adam deyildi. Görünür nəsə başına ayrı qəziyyə gəlmişdi, 

neyçün ki, belə yerdə cənazənin uzanışı alahı cür idi. Donsaydı, dəvənin böyrünə, 

ya bir yerə  qısılıb, büzüşüb qalardı. Busa əl-qolunu atmışdı, elə bil boğulmuşdu, 

gözləri də bərələ qalmışdı. Bir yasin oxuya-oxuya yazığın gözlərini örtdüm. Şəhid 

kimi elə ordaca ala-tələsik qəbir qazdırdıq. Suya, kəfənə tuta bilmədik. Təyəmmüm 

verib dəfn elətdirdim. Bunu da deyim ki, uşaqlar qəbir qazıncan mən zənənlərnən 

məşğul oldum. Qız uşağının qolunda tikili dördkünc bir şey var idi, bazubəndə 

oxşayırdı. Dua-pitiyə oxşamırdı. Keçə parçasıynan onların əl-ayaqlarını ovxalayıb 

isindirdik. Arvad hələm-hələm özünə  gəlmədi. Qız isə tez gözlərini açıb, tanı-

madığı adamları görəncən "ay ana" deyib yarımcan arvada sovxaşdı. Özü onun əl-

ayağın, sinəsin-başın ovmağa başladı. Onda bizimkilər kənara çəkildilər. Sirr-

sifətləri qara-quraya bulaşıq olsa da, oxşarları var idi, o saat bilinirdi ki, ana-

baladılar. Mənim nədənsə əlim dinc 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə