Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə126/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   122   123   124   125   126   127   128   129   ...   143

__________________Milli Kitabxana_________________ 

372 


 

-Pah atonnan, - deyə  Məşədi Qulam nəhayət ki, hadisənin sonunda cazib 

vəziyyətdən qurtarmış kimi dilləndi və durub çay sifariş etməyə . Kərbəlayı Vəli 

şairin cavabında dedi:  

-Heç bir xəcalət və zəhməti-zadı yoxdu. Sizdən bir xahişim var, əvvələn, həmin 

qəzəllər ki, mən onları bircə  dəfə oxumuşam,  ğayətdə xoşuma gəlib, onların 

surətini öz dəsti-xəttinlə köçürüb mənə verəcəksən, bu olacaq mənim müzdüm, o 

ki qaldı mükafata, o da nə yazsan, canımdan da artıq bir minnətlə qəbul eləcəm. 

Dayan, ay dost, bir bəri bax, axı deyirlər ki, tarix təkrarlanmır...  

Onda bəs bu nədir? Məgər Ağa Seyid Əzim ağanın darvazasını döyən Sona deyil? 

Bu erkəndən? Elə ondakı kimi bir gündür. Elə ondakı kimi də bir vaxt... Odur ey, 

qocalsa da, təravətdən, rəngü hənadan düşməmiş Meşədi Qənbər Qalabazar 

hamamına doğru irəliləyir. Ağır gedir, əsaya sövkənir, amma hər halda genə  də 

gedir... Qonşu qapısının belə erkən döyüldüyünü ömründə ikinci dəfə görür, 

əvvəlinci yadından çıxıb, birinci arvadının adı kimi! Çoxdanın söhbətidir... "Pah 

atonnan - deyir, bu payyığan köpək uşağı lap dayı ağın çıxardıb..." o, açıq-aşkar bu 

sözləri qapıdakı ana-balaya eşitdirir: "Xudaya, kərəminə  şükür, kənd-kəsək də 

axışıb doluşub  şəhərə, bir şəhərin  əhli beylə sayılı necə dolandırsın axı?.. Hələ o 

yanındakı  qıza bax..." Meşədinin ağzı sulanır, artıq bunları ürəyində düşünə-

düşünə uzaqlaşır. "Sən öləsən cavan vaxtım olaydı, alaydım  əlindən, deyəydim: 

balam, uşağuva çörək istəmirsən, qoy verək də!.." 

...Doğrudan da bəs uşaq kimdir? Bu kəndsayağı geyinmiş, yıpranmış libasda, 

köhnə cunalı arvad əgər Sonadırsa, onda qız kimdir? Sona deyəndə ki, Sonadan 

bircə cüt göz qalıb... Onlar da dərin quyuya düşmüş su kimi ölgün-ölgün işıldayır. 

Hardasınız, ay aşiqlər! Bir vaxt dönəm-dönəm öpmək istədiyiniz  əllər qaralıb 

yanıb, damarları qoç buynuzları kimi dikəlib, qoşalaşıb!.. Bəs o dərdə  dərman 

ayaqlara niyə baxmırsız, nə  qədər canlar bu ayaqlara sadağa gedərdi, altından 

öpməyi səadət bilərdi!.. İndi kim inanar ki, bu ayaqlar bir zaman incə, zərif şətəllər 

içində xırda-xırda, narın-narın rəqs edib, bu ölgün gözlər süzüb-axıb, canlar alıb? 

Dingənin altından partlayıb çıxmış bu saçlar bir zaman şümşad bədənin ətrafındakı 

iki qoşa ilan kimi qıvrılanda, tamaşa eləyənlərin ağlını alıb... 

Qapını yenə də Minasoltan açdı. Əvvəl əldə Sonanı tanımadı, tanıyanda ürəyi 

töküldü... 

 

 




__________________Milli Kitabxana_________________ 

373 


 

-Bıy, başıma xeyir, ay bala (ay bala!!! Çəngiyə deyilir ha!..) 

...Gəl-gəl içəri, hardan belə? Bu qız kimdi? 

Sona  əlindən tutduğu qızla darvazadan içəri girəndə, artırmanın önündə bir 

gəlin çöməltmə oturmuşdu, qarşısındakı palçıq kürədə kömür qızardırdı, yanında 

köhnə  təknəyə  xəkə-güllələr yığılmışdı. Qapının döyüldüyünü eşidəndə durmaq 

istədi, həyəti süpürməklə məşğul olan Minasoltan səsləndi: 

-Durma, durma, Ceyran, mən açaram... 

İndi gəlin başını darvazaya tərəf çevirib, maraqla qayınanasının içəri dəvət 

elədiyi ana-balaya baxırdı. 

-Keç, keç, Sona, keç, bala!.. 

Ceyran ər qohumlarının hamısını tanıyırdı. Bu kim ola bilərdi? Birdən yadına 

düşdü! Tək qaldıqları gecələrin birində qayınanası ona nağıl qarışıq bir əhvalat 

danışmışdı... Sona? "Heç kəsə bir söz demə ha, bala, irağ-irağ  Ağaya sədəməsi 

toxunar! Mənim də ki, (arvadam, arvadlığımda da qalacağam) dilim durmadı. 

İsgəndərin buynuzu var quyuya deyən dəllək kimi, bu neçə ildə özümü 

saxlamışdım, indi sənə danışdım... Bir də ki, kimə nə zərəli olacaq? Ağa deyirdi o 

irəli ki, Sona ərə gedib, bir uşağı da var... Allah eləyə irasta sala, xoşbəxt ola barı... 

Ağa Səməd də, deyir, o irəliki zəlzələdən sora, çıxıb gedib Alış batmışın  əli 

çatmayan bir yerə, bilmirəm vallah Aşqabada, ya Meşədə..." 

Hə, arvadın onunla görüşməsindən də, "Sona" deməsindən də, bu elə odu... 

...Sona da gəlini görmüşdü. Dili Minasoltanla danışır, dodaqları onun ana 

əllərindən öpür, gözləri Ceyranı seyr edir, ürəyi isə deyirdi: "Yəqin Ağanın 

gəlinidi. Gözəldi!  Şair arvadı belə  də ola gərək!..  İncədi... Dünyanın  ən xoşbəxt 

adamısan, gəlin! Doğrudur, sənin qabağında Şah-bikəbəyim kimi nökərlər, dəstə-

dəstə qulluqçular yoxdur. Sən kürəni özün qalayırsan. Palaz-paltarını da özün 

yuyursan. Biş-düşünü də özün eləyirsən... Amma yenə  də  sən  Şahbikə bəyimdən 

xoşbəxtsən. Ağa kimi bir adamın, arvadı demirəm, lap kənizi olmaq da umulmayan 

səadətdir. Sən onun qəzəllərini oxuyursanmı? Eşidir, başa düşürmüsən, ay bəxtəvər 

gəlin!.. Ağaynan qazmada, komada, şit fətir yemək, başqasının alşan imarətində 

külçə bükdələməkdən yaxşıdı, min dəfə..." 

-Qızındı, Sona? Bıy, olsun-olsun! Allah saxlasın! Ağa demişdi axı ki, ay ana, 

babat dolanır, balası da olub... 

Amma ana görürdü ki, Sona güclə ayaq sürüyür, ağır-ağır nəfəs alır. 

 

 



__________________Milli Kitabxana_________________ 

374 


 

-Qurbandı sizə, Minasoltan... 

-Bıy, Allah eləməsin! Qurbanın qoyun olsun! Allaha xoş getməz, bəndəsin 

qurban kəsən bir cənab  İbrahim peyğəmbər olub ki, ona da razı olmayıb, qoyun 

göndərib göydən Allah, cənab Cəbrayılnan... - O, qızın başını  sığalladı, - lap 

özündü durub, ay Sona, - və əyilib qızın alnından öpdü... 

-Ağzın şirin olsun, Minasoltan... 

-Bı da mənim gəlinimdi... 

Gəlin, Sonanın qənşərinə qalxdı.  İndi Sona, Minasoltan və  qız artırmaya 

yetişmişdilər. Ceyran da əyilib qızın başından öpdü: 

-Bəs adı nədi? 

-Əh adı... adı batsın onun, Minasoltan! Allaha acıq getsə də! Məni diyarbədiyar 

salan o deyil bəyəm?..  İndi də ondakı kimi sizə  pənah gətirmişəm, Minasoltan, 

mənim öldüyüm gündü... 

Sona dayana bilməyib Minasoltanın qabağında yerə çökdü, yenə ondakı kimi 

yerimi öpmək istəyirdi, ya da taqətimi kəsilmişdi? Minasoltan və Ceyran haldan 

getməkdə olan Sonanın qoltuğuna dilər, çətinliklə artırmaya qaldırdılar. Sona 

kəsik-kəsik deyirdi:  

- Kim deyir ki, alma ağacından gen düşər? Budu necə anam bədbəxt hələ bu 

yaşında Şirvana gətirib çıxartdı, özü ölüb getdi, məni əllərdə qoydu, indi mənim də 

öldüyüm gündür, Minasoltan amma sizə umudla gətirmişəm ki, yad əllərə 

düşməsin... 

Seyid  Əzim özünü evə yetirəndə Sonanı yatağında rahatlamışdılar.İçəri girdi, 

pərişan-pərişan yasdığa dağılmış saclara, Səmərqənd kağızına dönmüş sifətə baxdı. 

Gözləri doldu, qapısını ilham pərisi, pərilər döyüb! Lənət sənə, fələk, lənət sənə, 

zəmanə, nə gündə döyüb qapımı? Elə ac, yalavacı tapar! Mənim kimi lüt şairin 

pərilər da bu kökdə olar! Məni nə günə qoydu zəmanə ki, pərimə bir gün aglasın?  

-Ağlama, Sona, nə  uşağın, nə  də  məmənin ürəyini ağrıtma... Sən ki,dogulub 

böyüdüyün, içində azurğu ömür elədiyin zəmanəni yaxşı tanıyırsan...  

-Tanıyıram 

-Sən ki, kimlərin əhatəsində olduğunu, Alışların da, Qapaqlıların da kimliyini 

bilirsən?  

-Bilirəm...  

-Hara gəldiyini necə? 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə