Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə129/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   125   126   127   128   129   130   131   132   ...   143

__________________Milli Kitabxana_________________ 

381 


 

qardaş, bədbəxt Sonanın son dəqiqələrdə, ölüm ayağında özünü necə  mərdanə 

aparmasından elə şeylər danışdı ki, gözlərim dönəm-dönəın yaşardı... İnşallah vaxt 

olar, görüş qismət olsa, nağıl elərəm sənə. İanə sarıdan yazdığın yanıqlı  məktub 

mənə bu kağızı başlayandan sonra, bu səhər vüsul oldu. Neyləmək olar, qardaşım! 

Dövrün təqazası budur. İndilik himmət sahiblərinin cibinə göz tikməkdən savay 

ayrı çarəmiz yoxdur. 

Məniın burada birsürgün dostum var. Ursetin lap orta göbəyindən. 

Filtilbörkdən gəlib çıxıb buralara... O elə  qəribə  şeylər danışır kil Adam ümid 

eləyir, inanır ki, bir zaman gələcək, məktəb və maarifın sədəqəyə ehtiyacı 

olmayacaq... Kim bilir... 

Minasoltana, gəlinimizə və bacılara məndən salam yetir. 

 

Baqi ehtiram: qardaşın Tərlan. 

 

Hə, əzizim Ağa, bura bir bad xəbər gəlib çıxdı, deyirlər İsmayıl öz kiçik qardaşı 

Məhəmmədi öldürüb. Bir də dedilər ki, yox, onu dəllək Hüseyn al diliynən evdən 

çağırıb öldürüb, səhih xəbərdimi? Amma mən heç inana bilmədim. Çünki İsmayılı 

uşaqlıqdan tanıyırdım. Qardaşı əməlli yadıma gəlmir, amma özufağırın biri idi, o 

necə belə  şey elər? Qərəz, salamat qal, Allah iqbalını daimi, bizi də xoş 

xəbərlərinlə şad eləsin. 

 

Tərlan.  



Eşqabad, 12 zil-qəda, sənə filan  

 

Hə, qəribədir ki, Ağa Səməd deyir: Alışlar meşədi olub hörmətə minən  şəhər 



əlbattə, dağüacaq. Amma əvvəl mənə Sonanı otağın içində necə izlədiyini 

danışanda az qaldım boğam onu. Sonra başa düşəndə ki, bu elə o doğmaca atamla 

Molla Qurbanqulunun qurmasıdır, lənət  şeytana dedim. Oğlan  əvvəllər tutduğu 

əməllərdən elə peşman olub ki, day nə deyim... deyir... "utandığımdan indi göz açıb 

abırlı adamların üzünə baxa bilmirəm, ancaq onda utanmaq nədi bilməzdim ". 

Ağa indi səndən bir təvəqqəm var, əminəm ki, məni başa düşəcəksən və 

Minasoltanın yanında vasitəçi olacaqsan. Sən bilirsən ki, mən ömrümün 

axırınacan evlənməyəcəm. Sonanın yadigarı mənə düşür. Bu dünyada buna ən çox 

haqqı olan adam varsa, o da mənəm, mən biləni. Səndən xahiş edirəm ki, hansı 

yollarla olursa olsun, qızı mənə Çatdır. Xorasana gedənlərləmi, alış-verişə gələn 

etibarlı tacirlərdən birinin vasitəsiləmi, necə eləyirsən elə. Özün zəhmətin çəkib 

gətir Bakıda mindir gəmiyə. Mən Aşqabaddan gəlib Təzəşəhərdə qabaqlayaram. 

 

 


__________________Milli Kitabxana_________________ 

382 


 

Mən istəyirəm ki, Sonanın balasını özüm istədiyim kimi xoşbəxt elə özüın və 

zəmanənin təqazası və tələbiylə. İndi dövran dəyişir. Buralarda .xüsusi dərs deyən 

müəllimlər peyda olur, urusuycan əlbəttə. Mən də  qızı oxudaram, nə bilmək olar. 

Bəlkə anasının taleyi onda baş verməsin. Bıı da mənim Vətən bacılarına bir 

hədiyyəm olar ki, ilk qız muəllimini onlardan ötəri mən hazırladım. 

Bu xahişimə  əməl etsən və yerinə yetirsən onda ömrüm uzunu sənə borclu  

olacam. 

Sənin tövsiyənlə  "Əkinçi" qəzetini alıram. Bakılı  tacir dostlarımdan Ağabba 

cənabları bura göndərir. Gözlərimiz aydın olsun ki, sənin də ordakı nəzmini böyük 

bir maraqla oxuduq. Hamımız binihəyat sevinmişik. Allah qələminə qüvvət, gözünə 

isıq versin. Sən millətin dərdini çəkənlərə indi dayaqsan, rəhnümasan, qardaşım! 

 

Tərlan 

 

Seyid Əzim məktubu oxuyub qurtaranacan hər şey hazır idi, amma hələ hava 



kifayət qədər qaralmadığından Ceyran ayaq üstə can gəzdirir, süfrəyə yaxın düşüb 

orucunu sındırmır, əzam gözləyirdi. Bu, Ağanın qəlbini elə sıxdı ki: "...Ah, Ceyran, 

Ceyran", - deyə düşündü.  

Qalxıb  pəncərəyə tərəf boylandı:  

-

 

Deyəsən, vaxtı axı?.. Ceyran onun məqsədini anlayırdı, mədəsindəki küt ağrı 



bütün varlığını qırırdısa da, kandarda durub havaya baxdı: 

-Yox, - dedi, - heç əzan da başlamayıb... Məktub kimdəndi?  

Seyid Əzim, Ceyranın sözü orucdan dəyişmək istədiyini başa düşüb nəvazişlə 

gülümsədi: 

-Aga Tərlandandı! Ceyran, Qaratel səni incitmir kı?  

Ceyran mehriban üzündə xəfif bir təbəssüm bəlirdi: 

-Yox, amma yazıq yaman xiffət eləyir. Anasız... Hey ovundururam, elə    hey 

ağlayır... 

Seyid Əzim nə fıkirləşdisə birdən-birə dedi: 

-Ceyran, onun Eşqabadda dayısı varmış, Sonanın ölməyini eşidib, mənə  o 

kağız yazıb, xahiş eləyir ki, onu ora göndərim. Sən məməmi də, qızı  da yavaş-

yavaş başa sal, hazırlıq gör, görüm mən Eşqabada gedən tap   billəmmi? 

- Hayıf, yaxşı qız idi... Qalardı bizdə... 

- Yox, Ceyran, hər quşun öz yuvası! İndi ki, dayısı istəyir, saxlamaga haqqımız 

yoxdu. Bir də, orda özünü qohumu yanında biləcək, o qədər də sıxılmayacaq... 

 

 




__________________Milli Kitabxana_________________ 

383 


 

Elə bu zaman Kəblə Mürvətin nalələri göyə ucaldı: "La ilahə illəllah..." 

Seyyidin çiyinlərindən elə bil ağır yük götürüldü: "Ömrümdə əzan səsini belə 

həsrətlə gözləməmişəm. Ömrümdə  Kəblə Mürvətin "La ilahəsini" belə sevinclə 

dinləməmişəm, necə ki, bu bir ayda... ah, Ceyran, Ceyran..." 

-Bircə tez ol... - deyə o cəld süfrəyə yaxın əyləşdi. Öz əli ilə tələsik nəlbəkiyə 

bir qədər dağ su töküb arvadına uzatdı. Bir dənə  də xurma verdi. Ərinin qayğısı 

Ceyranın gözlərini yaşartdı, qəlbini köyrəltdi. Bir anlıq aclıq da, mədəsindəki küt 

ağrı da yadından çıxdı. 

Yerində bütün varlığına hakim kəsilən güclü, dağlar qədər uca və qüdrətli bir 

məhəbbət qaldı. O nəlbəkini aldı, xurmanı dişləyib dağ suyu içdi... Bədəninə xoş 

bir istilik yayıldı... 

-Ceyran, gerçəyimdi, sən neyşə mənim sözümə baxmırsan, hə? 

Qadın gözlərini süfrəyə dikdi. O çətinliklə yeyirdi, bütün günün aclığından 

sonra yemək çətin idi. 

-Nə barədə ki? 

-Özün yaxşı bilirsən nə barədə... Sənə oruc tutmaq yaramaz. Mənə inan, 

əvvələn sən süd verirsən, çox zəifsən, hifzi-bədən vacibdi. Sən özün də heç 

bilmirsən ki, necə günah işləyirsən. Həm çağa barədə, onun südü azalır, həm öz 

barəndə - üzülürsən... Bu ən böyük günahdı. Ceyran, mənə inan, qoy babalını 

mənim boynuma... 

-Mən sənə inanıram, Ağa, amma... orucumu yeyə bilmirəm, qorxuram, 

utanıram. Onsuz da bizim barəmizdə elə sözlər danışırlar ki... Bircə bu qalıb 

deyələr ki, mən də oruc tutmuram, səni deyirlər bəsdi... 

Ceyran sözlü idi, onu nə isə üzürdü, bu aclıqdan, uşaq əmizdirməkdən daha ağır 

bir  əzab idi. Mənəvi yorğunluq və qorxu idi ki, şair indicə bunu başa düşdü. 

Bayaqdan bəri qadının üzgünlüyünü təkcə oruca həml etmişdi. O birdən-birə 

dəyişmiş, daha mehriban və nəvazişkar bir səslə soruşdu: 

-Nə olub bəyəm, Ceyran nə dərdin var, əzizim? 

Ceyran bu nəvazişkar səsdən ötəri ölürdü: Ah, bu mehriban sözləri eşitmək 

üçün çox, həmişə... eşitmək üçün o nələr etməzdi! Amma... elə  şeylər danışırlar 

ki... O öz məhəbbəti üçün qorxurdu. Axı bütün bunları, qeybətləri, söz-sovları 

Ağaya necə demək olardı? O hardan, nədən başlayacağını bilmirdi. Neçə gün idi 

ki, Ağa ilə danışmaq istəyirdi, macal tapmırdı. Gecələr yarıyacan yazır, pozur, 

yerinə az qala ilk xoruz banında girir. Gündüzlər uşqolda, çöl-bayırda, kənd-

kəsəkdə, adam içində olur. 

 

 



Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə