Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 3,13 Mb.
Pdf görüntüsü
səhifə127/143
tarix25.08.2018
ölçüsü3,13 Mb.
#64118
1   ...   123   124   125   126   127   128   129   130   ...   143

__________________Milli Kitabxana_________________ 

375 


 

-Onu da bilirəm... Bilməsəydim, bu halnan, eylə yolları keçib təzədən sizi 

narahat elərdimmi? 

-Onda ağlama!! Dünya xeyli dəyişilib, Sona! İndi dayı Qapaqlı əlində əsir olan 

azalıb... 

-Təki olsun... 

-Ağlama, həlbət ki! Ağa doğru deyir. Neyşə  ağlayırsan? Ağa,həkim Mirzə 

Məmmədin yanına gedər, sənə dava-dərman alar. Çox hazıq həkimdi.  İçərsən, 

inşallah sappasağ olarsan. Səndə nə var ki!Yəqin özünü soyuğa vermisən... 

Bu sözlərlə Minasoltan Ceyrana tərəf döndü: 

-Ceyran, bala, kürən qızarıbsa, bir piyalə süd qızdır Sonayçın. 

Axşam bəkləli qonağımız süd də  gətirmişdi, siz yatandan sonra, qaymaq da, 

süzmə də. Uşaqların bayramıdı bu gün... 

Yaxşı ki, Tərlan səni görmür, Sona! Elə bircə  ağagilin, bir də bizim 

gördüyümüz bəs elər... Yoxsa yaralı  aşiqinin onsuz da bişmiş bağrı bir az da 

bişərdi... 

Sona əllərini köksünün üstündə çarpazlamışdı, gözləri tavana dirənmişdi. 

Qadının batmış ordlarında dərin çökəklər  əmələ  gəlmiş, saçları yastığının 

üstünə dağılmış, bir zamanlar canlar alan gözəl gözləri kölgələnmişdi. Göylərə 

dikilmiş bu gözlərdə elə bir dərin məlal, elə bir kədər, nigarançılıq var idi ki... Bu 

gözlər göylərə yalvarır, heç bir zaman imdad almadığı  ənginliklərdən indi son 

nəfəsində balası ücün aman diləyirdi. Bu yalvarışları, bu imdad diləyilə sanki o 

özünə qarşı amansız olmuş bütün qüvvələri  əfv edirdi, təki balası bircə parçacıq 

xoşbəxt olsun: 

-İlahi, dünyaya gətirməydən nəydi məni məqsədin? Bilmədən ölürəm. Ey 

böyük xaliq, nəydi mənə qəsdin? Niyə mənə o bir dünyan qədər əzab və əziyyət 

verdin? Yaratdığın, başımın üstündən dünyaya yağdırdığın nemətlərdən 

dadmadım, birinin ləzzətini bilmədim!Neydi günahım? Qanmadan ölürəm! Məni 

sən yaratdın, sən də aparırsan. Özün haqsan, əlinin üstündə  əl yoxdur! Yaratdın, 

öldürdün. Kim səndən haqq-hesab istəyə bilər ki, mən, dünyanın ən məzlum xilqəti 

səndən hesab istəyim? Yalnız, bircə arzumu (axı  sən mənim heç bir arzumu 

eşitməmisən) yerinə yetir! Mənim balamı afətlərdən, yerin,göyünkündən demirəm, 

bu sənin öz işindir, heç olmasa, yaratdığın insanların afətindən himayət elə! Ona 

mənim taleyimi qismət eləmə! Heç olmasa qabağına bircə  ləyaqətli adam çıxsın. 

Onun yediyi bir tikə çörəyi 

 

 




__________________Milli Kitabxana_________________ 

376 


 

minnətsiz elə, başına qaxınc eləmə!..  İlahi, xilqətimdən bu günə kimi

yaratdıqların mənə  nə zülm etmişsə, bağışlayıram, təki balama insan əlindən 

sədəmə toxunmasın!  

Yızıq Sona!.. Dostlar, imkan olsaydı,  əyilib bədbəxt Sonanın qulağına 

pıçıldardım: "Qorxma, bacım sənin nəslin məzlum olmayacaq! Zaman gələcək 

sənin qızlarından Qəmərlər,  Əminələr kimi rəqqasələr yetişəcək ki, Moskvanı, 

Parisi, Londonu öz sənətilə heyran qoyacaq!   -deyərdim. 

Sona yazıq nə bileydi ki, onun qızları içindən Nisələr, Sonalar yetişəcək ki, 

dava-dərmansız ölən nənələrin xatirinə, təbabətin ən məşhur korifeyləri ilə yanaşı 

duracaq, tutulan gözlərə  işıq, boğulan sinələrə  nəfəs verəcəklər... Sona bədbəxt 

hardan bileydi ki, onun əziz bala özü də, anasının taleyilə  məhv olmayacaq. Şair 

Seyyid onu bir qədər saxladıqdan, oxutduqdan sonra, Tərlanın xahişi ilə Aşqabada 

göndərəcək, orada təhsil alıb, Tiflis qız məktəbini bitirəcək və xalqının ilk qadın 

müəllimlərindən biri olacaq... 

Sona nə bileydi ki, ...bunlar çoxdur, saymaqla qurtarmaz, əziz dost! Əgər 

mümkün olsaydı, Sonanın xəstə yatağının qırağında oturar, onun damarları çıxmış 

əlini əlimizə alar, hərəsi bir piyalə yaşla dolmuş gözlərindən öpər, deyərdim: "Əziz 

bacım, qəm çəkmə, rahat yat!.. Sənin taleyin səninlə  də qurtarır. Qızının 

səadətindən arxayın ol! Gözlərini dincliklə yum!" Təəssüf ki, bu mümkün deyil! 

Nə biz geri qayıda bilər, nə də dodaqlarındakı ana duası ilə bu dünyadan nakam, 

nigaran gedən Sonanı arxayınlaşdıra, ovundura bilərik... Tarixdə geri yol yoxdur! 

Biz onu görə bilərik, o bizi yox. 

 

Nuri-didəm Ağa Tərlan!  



Kiilli-nəfsin zaiqətiil-movt... 

 

Adəti başsağlığı  kəlməsilə başlanan məktubumu oxuyub elə güman etmə ki, 

atan və ya digər qohumlarından biri bu dünyaya göz yumub, belə deyil, qardaşım 

Bu dari-fənanı  tərk edib gedən sənin bədbəxt Sonandır. Allah ona rəhmət eləsin. 

Qurtardı bu dünyanın  əziyyətindən. Zəmanə ona çox haqsız oldu. Xəllaqi-aləm 

yaratdıqlarının ən gözəlinə, ən zərifinə olmazın zülmləri, əzab və əziyyətləri rəva 

gördü. Qərəz, kimin haqlı, kimin haqsız olduğunu o dünyada biləcəyik!.. Sonadan 

mənə bir  qəribə yadigar qalıb, qardaşım, o da Qaratel adında, eynən özünün 

 

 


__________________Milli Kitabxana_________________ 

377 


 

timsalı olan on iki-on üç yaşlı bir qız uşağı. Sonanın bəlalı başını  qəribə bir 

macəra çəkib mənim mənzilimə  gətirib. Mən sənə bir zamanlar yazmışdım ki, 

Sonanı Mahmud ağanın dostlarından  Əlyar bəy namində birisinə  nədimə 

vermişdik. Sonra özünün razılığı  və  Əlyar bəyin məsləhətilə  bəyin nökərlərindən 

birinə təzvic edibmiş. Bunu da mənim məktublarımdan biləsən gərək. Qız da onun 

qızı imiş. Bir il yarım bundan qabaq ərini tövlədə at vurur, yarası simləyir ölür. 

Bir neçə ay əqdəm də Əlyar bəylə külfəti vəfat eləyir. Mülkə və nökarnayibə onun 

oğlu Bəybala bəy sahiblənir. Varis öz dədəsinə oxşamır. Sonanın, xüsusən, balaca 

qızın günü pis keçir, artıq nə yazım ki! Baş götürür, nökərlərin köməyilə karvançı 

Kərbəlayı Vəlinin vəsatətiynən bizə pənah gətirir. 

Mən Sonanın son günlərini sənə  təsvir etməklə  qəlbini üzmək istəmirəm, 

qardaş! Son nəfəsinəcən ağlı salim, üstündə idi. Heç bir an da huşunu itirmədi. 

Həkim Mirzə  Məmmədi gətirdim, baxdı: "Uzun azardı, köhnədən varıymış, 

vərəmləyibmiş, indi soyuq ki, dəyib zatülcəm onun kələyini kəsib, azarını elə 

qalxızıb ki, həm də bu qızügülün köpürən vaxtında belə azarlılar üçün çətin keçər" 

- dedi. 

Sona elə  qızılgül kimi də soldu. Qarateldən- qızından yana nigaran getdi. 

Dünyada çox sonalar var, qardaş! Onların çoxu Sona kökdədi, amma çoxu da öz 

vəziyyətini başa düşmür. Yaranır, bahar vaxtında bir gül şaxəsi kimi açılır, yazın 

oğlan çağında bir gül qonçası kimi! Sonra da qəhri-zəmanədan solub gedir. 

Yerin elə görükür ki, Ağa Tərlan! Sənsiz, dost-aşinasız lap inzivayə  çəkilmiş 

kimiyəm. Bir-birinin ardınca həmtaylarım bu dünyadan köçür, qorxum budu 

təkkəvü tənha qalam... Sən də qürbət diyardan mənə bir əl yetir, bir nəfəs yetir, 

Tərlan! Hardasan, qardaşım? Sonanın ölümü mənim ürəyimə lap sağalmaz yara 

vurdu. 

 

Könül olubdu fərağında biqərar, ey dust!  

Neçin məni elədin zarü dilfikar, ey dust? 

 

O,  əsrin Leylası idi. Mən biləni elə Leyli kimi, nakam eşqini qəlbinin 

dərinliklərində dəfn edərək Leyli kimi bu dünyaya gözyumdu. Bircə deyə bilmədim 

ki, ey zəmanənin Leylası, fünuni-eşqi səndən dərs alanlar neçin sənin dərdinə qala, 

sənə bircə gün, bircə saat səadət verə bilmədilər?! 

 

 




Yüklə 3,13 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   143




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə